HomeHome  RegisterRegister  Log inLog in  

 

 Həyat enerjisi.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Həyat enerjisi. Empty
PostSubject: Həyat enerjisi.   Həyat enerjisi. Icon_minitimeSun Oct 26, 2008 3:33 pm

Vücudunuz qabiliyyətli bir enerji çevrilmə mərkəzidir. Daşıdığınız trilyonlarla hüceyrə, qidalarla aldığınız gücü enerjiyə çevirə bilən orqanoidlərlə (orqancıqlarla) təchiz edilmişdir. Yemək və içkilərlə aldığınız gücü istifadəyə yararlı enerjiyə çevirən mərhələlər, müdhiş bir nizam içində saat kimi işləyir. Bu mərhələlərə təsir edən xeyli çox faktor var. Yaşınız, cinsiyyətiniz, hormonal metabolik qabiliyyətləriniz, genetik mirasınız və fərdi sağlamlıq hekayəniz bunlardan bəziləridir.

HƏYAT bir enerjidir. Ehtiyacı olan enerjini bədən və ruhun o müdhiş əməkdaşlığından götürər.

Yerimək, qaçmaq, danışmaq, eşitmək, yatmaq, gülmək, hirslənmək, yazmaq kimi həyatla əlaqədar bir çox şey bu enerjini istifadə edir.

Nə bədəninizin bol-bol enerji çıxarması, nə də kalorilərlə yüklənməsi özünüzü canlı və güclü hiss etmənizə çatmaz. ‘Enerji' və ‘canlılıq hissi' arasındakı əlaqəni yalnız kalorilər təyin etməz.

Canlılıq hissində, bir az ruh sağlamlığının və bir az da romantikliyin yeri olması lazımdır.
COŞĞUYA ƏHƏMİYYƏT VERİN
Enerjili və canlı qalmağı, babaların deyimi ilə ‘turp kimi olmağı' istəyirsinizsə, həyatın gücünü yalnız yediklərinizdə, içdiklərinizdə axtarmayın. ‘Həyat şorbasının içinə bir qədər dinclik, coşğu, sevinc və bir para kef, həyəcan və ümid qatmağa çalışın!

Həyat enerjisinin yalnız yedikləriniz, içdiklərinizdə gizli olmadığının fərqinə varmalısınız. Sağlamlığın ‘maddi və ruhi tam bir yaxşılıq halı' olduğunu unutmayıb, fiziki metabolik müddətlərə ilişib qalmamalısınız.
Yorğunluğunuz, durğunluğunuz, əldən düşmüşlük, halsızlıq və istəksizliyinizin, yuxu bölünmələri, ürək döyüntüləriniz, kürək-bel-boyun-sinə ağrılarının, qaşıntı və eqzemalarınızın qaynağını ruhi elektrikinizdəki kontakt atmalarında axtarın. Saydığımız bu və bənzəri problemlər, çox vaxt bədəndən qaynaqlanmır.

Bir az qorxu, narahatlıq, hüzn və ya etibarsızlıq, onsuz da dolu olan tapancanı bir anda partladır.
Əgər ruhi enerji istehsalınızın kafi olmasını istəyirsinizsə bu təklifləri bir kənara qeyd ala bilərsiniz:

TƏLƏSİKÇİ OLMAYIN
Yavaşlayın. Sağlam bir ruh, bədəni ilə yan-yana yeriyən, ona gecədə gündüzdə, qorxuda sevgidə, dərddə, kədərdə yoldaşlıq edəndir. Sağlam ruh, sizin ən sadiq dostunuzdur

Ruhunuzu bədəninizdən ayırmayın, onu çox yormayın. İşə ‘yavaşlayaraq başlayın'.

Ruhunuzu həyatın təbii sürətinə, adi ritminə buraxın. Yemənizi içmənizi, aşiq olub sevmənizi, yerimənizi, düşüncələrinizi, mümkün olduğu qədər yavaşladın.
Tələsmək üçün çox da tələsik davranmayın.

Bədən və ruhunuza baş-başa qalmaları, danışıb razılaşmaları üçün zaman buraxın.

Daha yavaş yeməyə, istirahət etməyə, yatmağa, zamanı uzadıb daha çox yaşamağa, həyatı daha çox paylaşmağa çalışın.

Əgər həyata daha çox yararlı olmaq, dinclik, kəşf, sevinc əlavə etmək, həyatı "yola verməmək" istəyirsinizsə, birinci addımın həmişə eyni olduğunu unutmayın.
İşə yavaşlayaraq başlayın.

MÜQAVİMƏTLİ OLUN
Sizə daha çox sağlamlıq verən şeyin yalnız tort, börək, hamburger və peçenyelərə göstərdiyiniz müqavimət olduğunu sanmayın.

Keyfiyyətli və düzgün bir həyat istəyirsinizsə müqavimət göstərməniz lazım olan çox şey var: Pessimizm, qorxu, narahatlıq, çaxnaşma, hiddət, hirslilik, kobudluq, kin və nifrəti həyatınızdan çıxarın.
HİRSLƏNİB ƏSƏBİLƏŞMƏYİN
Hirslənməyin, əsəbiləşməyin. Hər şey, həmişə daha əvvəl hesablanan, ölçülüb biçiləndən fərqli vəziyyət ala bilər.

Ətrafınızda sizi üzən, böhrana salan şeylər bəzən sıxlaşa bilər. Bunları ‘ekoloji çirklənmə' kimi qəbul edin.
‘Dinc olmaq, içəyönümlü həyatda daha əvvəldən təşkilatlı olmaqdır. Baş qarışıqlığı, çətinlik, qarşıdurma və əleyhdarlıqlar həmişə olacaq.

Əsl bacarıq, bu vəziyyətlərdə də əsəbiləşməmək, hirslənməməkdir.

Daxili sükunət, ola bildiyi qədər qorumaqdır' deyir Vincent Peale. Dinclik və sükunətin çıxardığı enerji, təmiz və orqanik bir enerjidir.
Hirs, nifrət kimi zərərli inqredientləri ehtiva etməz.

DAHA ÇOX SEVİN
Daha çox həyat enerjisi çıxarmanın ən asan yolu daha çox sevməkdir.

Sərhədsiz, qarşılıqsız sevməkdir. Sevgi keyfiyyəti ən yüksək, qiyməti ən ucuz yanacaqdır. Baqajınıza daha çox sevgi yükləyin.

BƏZƏN BOYUN ƏYİN
Qəbul edin! Lazım olduğunda müqavimət göstərməlisiniz. Amma uzun, davamlı müqavimətlərin, bihudə qarşıdurmaların, uzunmüddətli streslərin adrenalin, kortizon və insulin kimi çoxusu cana ziyanlı hormonları artırdığını bilməlisiniz.

Bir az şans, tale, qismət və bir az da ilahi təqdir həyatın içində mütləq iştirak etməlidir.

Belə vəziyyətlərdə Nehrudan faydalanın:
‘Həyat kart oyununa bənzər. Əlinizə gələn kartlar həqiqəti, o kartlarla oyunu necə oynadığınız isə azad iradənizi təmsil edər… ‘

Əlinizə yaxşı kartlar gəlmədiyində, mövcud kartlarla kifayətlənin. Gözləyin, qəbul edin, ‘Bu da keçər' dəyin.
Həyat sonsuz bir enerjidir. Bu enerjini davamlı olaraq çıxarmaq, çıxararkən tükənməmək, tükətməməkdir, çirklətməmək və yaxşı idarə etmək lazımdır. Bacarıq həyatı uzatmaqda deyil, həyatı xoşbəxt etməkdə, ona yeni və fərqli həyatlar əlavə edib ritmini və sürətini pozmamaqdadır.
İnsanlar şişirilən əzələləri, silinən qırışıqlıqları ilə gənc qalmır. Gənc qalmaq, yaşadığıyla öyünə bilmək, istədiyində başını götürüb gedə bilmək, istədiyində qaldığı yerdən, ya da ən başdan başlaya bilməkdir, həyata tərəf olmaqdır, həyatı taptalamamaqdır, həyatın içində qalmaqdır və ən nəhayət, həyata hər yaşda və hər səhər yenidən başlamaqdır…

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Həyat enerjisi.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Digərləri-
Jump to: