HomeHome  RegisterRegister  Log inLog in  

Share
 

 Həyatda heç bir şey üçün "Mənimdir" demə!!!

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Həyatda heç bir şey üçün "Mənimdir" demə!!! Empty
PostSubject: Həyatda heç bir şey üçün "Mənimdir" demə!!!   Həyatda heç bir şey üçün "Mənimdir" demə!!! Icon_minitimeMon Oct 27, 2008 12:43 pm

Yaşadığı şəhərdən, olduğu mühitdən, qısacası həyatından bezən bir adam,
cibindəki az miqdar pul ilə yanına heç bir şey almadan olduğu şəhəri tərk edib
daha əvvəl heç bilmədiyi bir ölkəyə getmiş, oraya hələ alışmağa çalışarkən birdən bir səs eşitmiş, bir dəllal, avazı çıxdığı qədər meydanda qışqırırmış: "Teatr! Gəlin! Qaçırmayın! Bu axşam Teatr var!…
Adam həyatında heç teatra getməmiş və inanılmaz dərəcədə maraqlanmışdı. Biletin haradan alındığını öyrənmi, bilet qiyməti cibindəki bütün pul qədər olmasına baxmayaraq tərəddüdsüz bileti almışdı. Başlamış maraqla oyunu izləməyə… Tamaşa bitmiş, hər kəs dağılmış və bizim "Cənab maraqlanan" eləcə izlədiyi möhtəşəm tamaşa qarşısında mat qalmışdı. O sırada təmizlikçi tərəfindən salonu boşaltmaq üçün xəbərdarlıq edildi. Cibində tək qəpiyi qalmayan adamsa: "Mənə müdirinizin yerini söyləyərsinizmi?
Onunla bir şey danışmaq istəyirəm"… demişdi.
Seyr etdiyi tamaşanın təsiri ilə müdir ilə danışmış və nə olursa olsun, nə iş olursa olsun buranın bir parçası olmaq üçün işləmək istədiyini ifadə etmişdi.
Müdir ona çox şanslı olduğunu, bu sıralarda bir təmizlikçi axtardığını, lakin əvvəl onu sınaması lazım olduğunu ifadə etmiş və sınamaq üzrə aylardır əl dəyməmiş bir kitabxananın təmizliyini uyğun hesab etmişdi.
- Bax buranı təmizlə. Əgər bəyənsəm səni işə götürərəm… demiş və getmişdi.
Teatr eşqinin verdiyi şövq ilə təmizlik gözləniləndən qısa müddətdə bitmiş, müdir otağı görmədən adamın səmimiyyətinə inanmamış, onu digərləri kimi işi yola verən biri sanmışdı. Lakin otağının təmizliyini görüncə heyrətlər içində qalmışdı. Aylardır içəriyə girilməyən otaq par-par parıldayırdı. Müdir bu cəld və bacarıqlı adamı işə götürməyə qərar verdi.
- Oldu, səni işə götürürəm
- Lakin mənim yatacaq yerim yoxdur.
- O zaman burada yatarsan və işə daha erkən başlayarsan.
İstəyi həyata keçmiş teatr aşiqi, dinc bir şəkildə otağı tərk edərkən müdir.
- Sənin adın nə oldu, işçi siyahısına yazmağa görə… demiş.
Aldığı cavab isə;
- Uilliam! Uilliam Şekspir!… olmuşdu.
Bu hekayə həm insanı dəhşətə salıcı həm də ilham vericidir. Şekspir teatr həyatına bu şəkildə başlamışdı. Düz 40(qırx) yaşında… teatrı o illərdə tanımış və böyük bir əzmlə o möhtəşəm tamaşaları yazmışdı. Üstəlik peşəsi üçün böyük bir fədakarlıq göstərmişdi. Peşə həyatı boyunca yalnız 3(üç) saat yataraq həyatını davam etdirmişdi. Səhər erkən qalxıb tamaşa məşqini edir, tamaşanı oynayır və axşam yenidən tamaşa yazırdı… Bu belə sürüb getmişdi.
Heç bir şey üçün "Mənimdir" demə, sadəcə de ki, "YANIMDADIR". Çünki; nə qızıl, nə torpaq, nə yoldaş, nə həyat, nə sağlamlıq, nə dinclik, nə kədər, nə də həyat daim səninlə qalmaz .

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Həyatda heç bir şey üçün "Mənimdir" demə!!!
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Digərləri-
Jump to: