HomeHome  RegisterRegister  Log inLog in  

 

 Telepatiya Tapşırıqları #1

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Telepatiya Tapşırıqları #1 Empty
PostSubject: Telepatiya Tapşırıqları #1   Telepatiya Tapşırıqları #1 Icon_minitimeSun Nov 02, 2008 7:27 pm

1-Qarşılıqlı Telepatik alış-veriş

Sakit, səssiz bir otaqda seçmiş olduğunuz bir yoldaşınızla birlikdə qarşılıqlı şəkildə oturun. İş öncəsi ilıq bir duş qəbul etməniz faydalı olacaq. Əgər buna o anda imkan tapa bilmədinizsə, heç olmasa, əl-üzünüzü mütləq yuyun.

Yoldaşınız xoşladığı bir meyvəni zehnindən seçsin. Yalnız onu düşünsün və seçmiş olduğu meyvəyə konsentrə olsun. Yoldaşınız meyvənin adını zehnində bir neçə dəfə təkrarlamalı və eyni zamanda o meyvəni zehnində canlandırmalıdır.
Məsələn, "alça" sözünü zehinində bir neçə dəfə təkrarladıqdan sonra, onun yumruluğunu, açıq yaşıl rəngini və görünüşünü gözündə canlandıraraq sizə zehni olaraq bu imicləri göndərməlidir. Eyni zamanda onun turşluğunu da hiss etdirməlidir...
Yoldaşınızın düşüncə yoluyla göndərdiklərini götürəcək şəkildə zehninizi təmizləyin. Zehninizi mümkün olduğu qədər sakit, sakin və boş tutmağa diqqət göstərin. Ümumiyyətlə zehninizdə ilk meydana çıxan hissləriniz sizə doğru cavabı verəcək. Bu telepatiyanın çox əhəmiyyətli bir prinsipidir. Zehininizdə meydana çıxan cavablar üzərində məntiq yürütməyin. Yalnız sakit, sakin, özünüzə etibarlı bir zehin halı içində, içinizə dolacaq cavabı gözləyin.
Yoldaşınız 1dəqiqə boyunca seçmiş olduğu meyvəni düşünərkən, siz də bu müddət içində qəbul etdiyiniz meyvəni bir kənara qeyd edin. Sonra yoldaşınız başqa bir meyvə seçsin və siz təkrar bunu qəbul etməyə çalışın. Cəmi 5 ədət meyvəni telepatik hiss etməyə çalışdıqdan sonra cavablarınızı yoxlayın. Nəticələr çox yaxşı deyilsə, həm qəbuledicinin həm də göndərənin eyni dərəcədə qüsurlu olduğunu unutmayın. Bunun səbəbi, telepatiyanı çox az tətbiq etmiş olmanız ola bilər. Bu tapşırığı zaman tapdıqca təkrarlayın.
İlk sınaqlarınızda mümkün olduğu qədər sadə imiclər üzərində işlərinizi davam etdirin. Məsələn; bitkilər, çiçəklər, rənglər və ədədlər ilk tətbiqləriniz üçün ən ideal pratik imicləriniz ola bilər. İləriki işlərinizdə bir-birinizə müxtəlif əşyaları, sözləri, hətta cümlələri belə zehnən asanlıqla göndərə bilərsiniz. Ancaq unutmayın, telepatiya qabiliyyətinizin inkişaf edə bilməsi; edəcəyiniz nizamlı işlərə və uyğun iş yoldaşlarınıza bağlıdır. İlk sınaqlarda müvəffəqiyyətli ola bilməsəniz, dərhal imtina etməyin. Praktiklərə davam edin.
Əgər müəyyən bir müddət çalışıb da müvəffəqiyyət əldə edə bilməsəniz çalışdığınız yoldaşınızı dəyişdirin. İlk başda aranızda sevgi və simpatiya bağı olan kəsləri seçməniz daha uyğun olacaq.

2-Telepatik qəbuletmə
Telefon çaldığı zaman dəstəyi əlinizə götürmədən əvvəl 5-10 san durun və kimin zəng etdiyini əvvəldən təxmin edin. Əgər müəyyən bir kimsədən telefon gözləyirsinizsə bu telefonu işinizə daxil etməyin. Gün içində gələn bütün telefonları əvvəldən təxmin etməyə çalışın və bir gün boyunca neçə zəng gəldiyini, buna qarşılıq əvvəldən neçə dənəsini öncədən hiss edə bildiyinizi qeyd edin. Bu qeydlərinizi atmayın, bir kənarda yığın. Hər günə bir tarix verin və işlərinizin necə getdiyini öz-özünüzə yoxlayın. İrəliləyən günlərdə hiss ediləcək dərəcədə bir nisbətdə təxminlərinizin sayında bir artımın meydana gələcəyini görəcəksiniz.

Bəzi günlərdə telepatik qəbuletməniz bir başqa günə nəzərən daha çox sayda az olduğunu təsbit etsəniz, bu o günkü prixoloji halınıza bağlı ola biləcəyi kimi, eyni zamanda biyoritmlərinizlə də bağlı olaraq dəyişmə göstərmiş ola biləcəyini unutmayın. Fiziki, zehni, romantik və hissi olaraq bir günümüzün bir başqa günümüzə uymamasının səbəblərindən biri də, söz mövzusu etdiyimiz biyoritmlərinizdən ötəridir.
Telefonla edə biləcəyiniz bir başqa tapşırıq da, ağılınıza biri gəldiyində ona zəng edib o sırada sizi düşünüb düşünmədiyini soruşmanızdır. Zehninizdəki düşüncələrin nə qədər sıx olaraq sizdən qaynaqlanmadığını, onların telepatik hesab etdiyinizi fərq etməz sizi bir xeyli çaşdıracaq.
Ancaq gələcək telefon çeki sizi daha çox çaşdıra bilər
Diqqətli olun. ..Bu səbəblə telefon yerinə döyülən qapılarınızı da bu tapşırığın içinə daxil edə bilər və qapınızın zəngi çalındığında kimin gəlmiş ola biləcəyini əvvəldən hiss etməyə çalışa bilərsiniz...
Xalq arasında "ağılıma gələn başıma gəldi" deyə bir söz vardır. ..Bax siz bunu təsbit etməyə çalışacaqsınız. ..Baxıb görək, nə qədər ağılınıza gələn, başınıza gəlir?..Bunu həyatınızın hər sahəsində müşahidə edə bilərsiniz...

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Telepatiya Tapşırıqları #1
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Telepatiya-
Jump to: