HomeHome  RegisterRegister  Log inLog in  

 

 Telepatiya Tapşırıqları #2

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Telepatiya Tapşırıqları #2 Empty
PostSubject: Telepatiya Tapşırıqları #2   Telepatiya Tapşırıqları #2 Icon_minitimeMon Nov 03, 2008 1:20 pm

Yaxşı bir qəbuledici olmaq üçün ilk addım, şüurlu zehnimizi sakitləşdirməyi
öyrənməkdir. Bu işlərdən zövq almasını bilməlisiniz, çünki bu bir oyun kimidir. Hər hansı bir tapşırıq üzərində çox zaman xərcləməyin, çünki eyni tapşırığı təkrar-təkrar etmək yerinə, tez birindən digərinə keçmək daha yaxşıdır. Bu tapşırıqları qətiliklə özünüzü çətinliyə salmadan, rahat və dinc bir zehinlə etməlisiniz. Yorğun, ya da kefsiz olduğunuz zamanlarda qətiliklə tapşırıq etməyin. Çətinlik, stres və hər cür həyəcanverici hallarınız telepatiya qabiliyyətinizin su üstünə çıxmasına maneə olar. Bu səbəblə mümkün olduğunca sakit, sakin bir şüur halı içində işlərinizi davam etdirin. Parapsixologiya laboratotiyalarında edilən təcrübələrdə, telepatiya tapşırıqlarını sakin bir zehinlə etməyən araşdırmaçıların, psixik güclərini səhv cavablar verəcək şəkildə istifadə etdikləri təsbit edilmişdir. Bu vəziyyətdə insanlar, psixik qabiliyyətlərini işə qatmadan, təsadüfi etdikləri təxminlərin kənarına çıxa bilməmişlər. Telepatik alış, xüsusilə romantik olaraq bir-birlərinə yaxın olan kəslərin arasında daha asan ortaya çıxa bilməkdədir. Psixik işlərinizi davamlı eyni otaqda edin. Beləcə, otağınız sizin enerjilərinizlə dolar və başqa enerjilər orada sığına bilməz. Otağınızın aurası gün keçdikcə daha yüksək səviyyəli bir hal alacaq. İşlədiyiniz otağın aurasını salmamaq üçün qətiyyən, o otaqda münaqişələrə girməyin, hirslilik, hifrət, kin, qısqanclıq kimi mənfi enerjiləri otağınızda düşünməyin və başqalarının da düşünməsinə icazə verməyin. Fürsət tapdıqca otağınızda müsbət enerji yayma çalışması edin. Boşaldıqdan sonra bütün otağınızı təmizləyəcək olan sevgi, şəfqət, mərhəmət kimi müsbət yüklü enerjilərə konsentrə olun. Otağınızda xüsusilə işdən bir saat əvvəl yalnız mavi bir işıq yandırın. Mavi rəngin enerjinii polarizasiya etmə xüsusiyyəti vardır. Ruhi kamilliyiniz artdıqca sizi bürüyən biyomanyetik enerji sahəniz, yəni auranız da buna bağlı olaraq güclənəcək. Bu da, bilgilərinizin artmasıyla düz mütənasibdir. Auranızı gücləndirici imajinasiya və təlqin işləri edin. Özünüzü müsbət bir enerji sahəsiylə bürüyə bilərsiniz. Bunu etmək üçün gözlərinizi bağlanın, boşalın və özünüzü parlaq bir işıqla ətraflı əhatə edilmiş olaraq imicinə edin. Ağ işığın, həm ön həm də arxanızdan genişləyərək başınızın üstündən keçdiyini və ayaqlarınızın altına qədər sizi əhatə etməsini istəyin. Ağ işıq mənfilikləri yox etmə gücünə malikdir. Qoruyucu bir qalxan vəzifəsi var.

Bu tətbiq üçün bir verici və bir alıcı lazımdır. İlk olaraq verici və alıcının bir kağız-qələmi olmalıdır. Verici çəkməni qərarlaşdırdığı obyekti əvvəlcə zehnidə çəkməli, sonra kağıza çəkməyə başlamalı, çəkərkən də onu alıcının zehininə əks etdirdiyini düşünməlidir. Alıcı ilk zehni görünüşü alanda çəkməyə başlamalıdır. İlk telepatiya sınağında alıcının çəkdiyi, vericininkinin eynisi olmasına gərək yoxdur, yalnız məntiqi bir bənzərlik olması belə kafidir.

İnsanlarda telepatik qabiliyyətin olub-olmadığının ortaya çıxarılması ilə əlaqədar, laboratoriyalarda edilən sınaqlara çox bənzər bir test də budur. Əgər bu növ bir sınaqdan daha əvvəl keçmədinizsə, telepatiya işlərinizə başlamadan əvvəl bunu tətbiq etməniz məqsədəuyğun olacaq. Hər şeydən əvvəl zehni bütün düşüncələrdən təmizləndirməlisiniz. Testə başlamadan əvvəl bir neçə dəqiqə tam bir səssizlik və sükunət içində bədəninizi və zehininizi istirahət etdirməlisiniz. Test üçün kağız, qələm, bir dəstə Zener kartı (Zener kartınız yoxdursa, özünüz də belə bir kart düzəldə bilərsiniz. Yetər ki, tərs çevirdiyinizdə ön üzlərində hansı şəklin olduğu müəyyən olmasın. Bunlar üzərlərində beş ayrı şəkil 'pilus-dairə-kvadrat-ulduz-dalğa' olan 25-lik bir dəstə kartdır. ), səssiz bir otaq, iki stul, bir kiçik masa lazımdır. Süjeyi rahat bir stula və otağın bir tərəfində oturdun. Test əsnasında alıcıyla verici arxaları bir-birinə dönük olaraq oturmalıdırlar. Göndəricinin qarşısında, üzərində Zener kartları olan kiçik masa və hər iki süjenin əlində bir qələm olmalıdır. Verici süje kartları qarışdıraraq, içlərindən birini zehninə köçürdüyünü hiss edincə qələmiylə (hazır olduğunu ifadə etmək üçün) masaya bir dəfə vuracaq. Bunun üzərinə alıcı süje, vericinin zehininə hansı şəklin köçürülmüş olduğunun 'görməyə' çalışacaq.Bunu gördüyü zaman, alıcı süje önündəki (ya da əlindəki) kağıza yazacaq və bunu ifadə etmək üçün qələmiylə bir yerə vuracaq ki, verici zaman keçirmədən ikinci karta konsentrə olsun və təcrübə bu şəkildə 25 kart tamamlanana qədər davam etsin. Hər bir kart üzərində ən az 30 san. konsentrə olaraq düşünülməlidir və vericinin konsentrasiyası çox əhəmiyyətlidir. Verici təcrübə əsnasında zehnini məşğul etməməlidir. Alıcı şəxs qətiliklə məntiq yürütmədən içinə gələcək olan düşüncəni gözləməlidir. Həm alıcının, həm də vericinin gözləri açıq ya da bağlı ola bilər, ancaq verici üçün gözlərin açıq olaraq şəklə baxması daha yaxşıdır. Beləcə konsentrasiyasını daha yaxşı təmin edəcək.

2-3 ədəd doğru olaraq bilinməsi təsadüflə açıqlana bilər. Bir neçə sınaq sonunda əgər bu səviyyənin üzərinə çıxılmıra, işdən lazımlı səmərə alınmır deməkdir. Bu alıcıdan, ya da vericidən qaynaqlana bilər. Belə bir vəziyyətdə yoldaşlar bir-birinə uyğunlaşma təmin edə bilməmiş ola bilər, yoldaşların dəyişdirilib təkrar sınanması faydalı ola bilər. 5 ədəd, kritik bir həddir. Bu səbəbdən, bu ədədə 'sərhəd rəqəmi' deyilir. İlk işlərdə bu ədəd kafi olmasına qarşılıq, bir neçə ay içində bu sərhəd aşılmırsa, yenə işlərinizin səmərəsinin kafi ola bilmədiyini düşünə bilərsiniz. Yoldaşınızı dəyişdirərək sınaqlara davam edə bilərsiniz. 5-10 ədəd, telepatik qəbul etmə qabiliyyətinizin işə başladığını göstərir. Sınaqlara davam etdikcə, səviyyənizin artdığını görəcəksiniz. Başqa yoldaşlarla da sınaqlar edərək daha məhsuldar qəbul etmələr bacarıb-bacarmadığınızı yoxlayın. Səmərəniz artmırsa, eyni yoldaşla davam edin. Bu nöqtədə, verici olmağamı, yoxsa alıcı olmağamı uyğunsunuz, qəti olaraq bir ayırım etməniz lazımdır. Hansına daha uyğunsunuzsa o yöndə işlərinizi davam etdirin. 10-15 ədəd, telepatiya qabiliyyətinizin varlığını göstərən kafi nisbətdir. 15-20 ədəd, irəli səviyyədə telepatiya qabiliyyətlərinin həm alıcıda həm də vericidə inkişaf etmiş olduğunu göstərər. 20-25 ədəd, çox nadir olaraq görülən və tam müvəffəqiyyətin yaxalandığı ən üst səviyyədir. Yoldaşlar arasındakı böyük uyğunlaşmanın da göstəricisidir...

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Telepatiya Tapşırıqları #2
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Telepatiya-
Jump to: