Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Telepatiya vÉ™ Şüuraltı ÃœnsiyyÉ™t

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Telepatiya və Şüuraltı Ünsiyyət Empty
PostSubject: Telepatiya vÉ™ Şüuraltı ÃœnsiyyÉ™t   Telepatiya vÉ™ Şüuraltı ÃœnsiyyÉ™t Icon_minitimeMon Nov 03, 2008 1:21 pm

Yunanca "tele" (uzaq), "pathos" (birinə, ya da bir şeyə qarşı meydana gələn fövqəl-normal romantik bağ) sözlərinin birləşməsindən meydana gəlmiş bir sözdür. Hisslər xarici qəbul etmələrin, bəlkə də, ən məşhur və çox vaxt da fərqində olmadan istifadə edilən bir növünə verilən addır. Düşüncələr arasında birbaşa əlaqə qurulması, iki zehin və ya ruh arasında imic, fikir, simvol tərzində ortaya çıxan təsir alış və verişi deyə təyin oluna bilər.

Telepatik ünsiyyətin reallaşması üçün ən az iki adamın olması lazımdır. Bu iki insandan biri verici, digəri alıcı vəziyyətindədir. Bu ünsiyyətdə şəkil, fikir, simvol olaraq göndərmə-alınma edilməkdədir. Təcrübi ola biləcəyi kimi, özbaşına da ortaya çıxa bilər. Xüsusilə ikinci vəziyyətdə, insanlararası simpatiya bağının qüvvəti əhəmiyyətli bir ünsürdür. Bu vəziyyətə ən gözəl nümunə, ana ilə uşağı arasındakı səssiz ünsiyyətdir. Sevgililər, yaxın yoldaşlar, qardaşlar, ər-arvad arasındakı telepatik ünsiyyət, reallaşma intensivliyi baxımından, üst sıralarda yer almaqdadır.

Telepatik ünsiyyətin idarəli və təcrübi olaraq da bir-birini tanımayan, lakin telepatik qabiliyyətləri inkişaf etmiş süjelər tərəfindən tətbiq olunması, xüsusilə Sovet Rusiyası və ABŞ-da edilən sınaqlarda, insan telepatiya qabiliyyətinin nə dərəcədə məhsuldar yöndə istifadə edilə biləcəyini göstərmişdir.

Beyindəki hər fəaliyyət atom səviyyəsində kimyəvi bir dəyişməyə səbəb olur. Bunun nəticəsində mühitə bir növ enerji dalğaları yayılır. Hər enerji formasının da bir yayımı vardır. Təcrübələrlə sabit olmuşdur ki, telepatik ünsiyyətdə zaman və məkan sərhəddi yoxdur. Başqa sözlə, həssas süjelər mühitdə yayılan enerji dalğalarını harada olursa olsunlar, heç bir itkiyə uğratmadan qəbul edə bilməkdədirlər.

Telepatiyada təsbit edilən bir başqa vəziyyət də, zehinin bu ünsiyyət əsnasında alfa dalğa boylarında yayım etməsidir. Xüsusilə vericinin dərin bir konsentrasiya və vizualizasiya (zehndaxili canlandırma) içində olması lazımdır. Alıcı vəziyyətindəki süje üçün, zehinini alfa dalğa boyunda yayımlama halına gətirməsi kafidir.

Telepatiya yalnız insanlar üçün deyil, heyvanlar və bitkilər də bu ünsiyyəti istifadə etməkdədirlər. Bunlara aid edilmiş bir çox laboratorik təcrübələr bunun həqiqətini təsdiq edərkən, ətrafımızda olan heyvan və bitkilərlə qurduğumuz xüsusi yaxınlıqlar, ən təbii hadisələr olaraq yaşanan nümunələrdir.

Telepatiya hadisəninin bizə gətirdiyi ən böyük qazanc, bütün canlılar arasında beyin səviyyəsində bir məlumat al-verinin olduğunu bilməmizdir. Hamımız bir-birimizə bağlıyıq. Heç kim müstəqil bir varlıq deyil. Heç bir düşüncə tamamilə bizə aid deyil.

Şübhəsiz ki, o düşüncənin mənbəyində bizə başqa bir yerdən daxil olmuş bəzi ip ucları vardır. Biz onu düşünər, böyüdər və öz düşüncəmiz sanarıq. Yaşayan hər varlıq görünməyən bir məlumat şəbəkəsi içərisindədir, şüurlu ya da şüursuz sonsuz bir məlumat al-veri içərisindədir. Bu səbəblə də, bir məlumat şəbəkəsinə köçürəcəyimiz hər məlumatın keyfiyyətinin yüksək olmasına diqqət yetirməliyik.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Telepatiya və Şüuraltı Ünsiyyət
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Telepatiya Tap??r?qlar? #1
» Telepatiya Tap??r?qlar? #2
» Evd? telepatiya gücünüzü test edin.
» Sizin Telepatiya Qabiliyy?tiniz Varm?? (Oxuyun, s?nay?n).

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyÉ™ylÉ™r :: Telepatiya-
Jump to: