HomeHome  RegisterRegister  Log inLog in  

 

 Quranda UFO-lar 1.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Quranda UFO-lar 1. Empty
PostSubject: Quranda UFO-lar 1.   Quranda UFO-lar 1. Icon_minitimeTue Nov 11, 2008 12:50 pm

Quranda UFO-larla təmasdan danışılırmı? Bu İlahi mətndə, günümüzün ən maraqlı problemlərindən biri olan UFO ilə əlaqədar mesajlara yer verilmişdirmi? Ümumiyyətlə Quran ətrafında aparılan araşdırmalarla buna dərhal ´bəli´ demək mümkün deyil.. Quranda bizdən başqa varlıqların mövcudiyyəti söz mövzusudur, amma bizim ´Gəlmələr´ deyə təyin etdiyimiz, maddələr mübadilələrisi bizimkinə bənzər varlıqların varlığından açıqca danışan ayətlər vardırmı? "Kosmosda canlılar varmı?" deyə bir din adamına və ya Quran şərhçisinə bir sual yönəltsəniz alacağınız cavab dərhal ´Bəli´ olacaq.. Çünki Qurani-Kərim, insanlardan başqa, ən az dörd növdən bəhs edir. Bunlar mələk, cin, şeytan və ruhanilərdir. Qurana görə, bütün bu növlər bizim dünyamızın da içində iştirak etdiyi kainatda yaşayırlar. Və hətta bizim məkanlarımızı bizimlə paylaşırlar. Ancaq, edilən izahlar işığında, bu növlərlə bizim maddələr mübadiləmiz arasında bir bənzərlik qurmaq mümkün deyil. Bununla birlikdə, bu mücərrəd varlıqların, demək olar ki, hamısının təməssül, yəni başqa bir forma içində görünə bilmə qabiliyyətləri vardır.

Halbuki bizim axtardığımız, maddələr mübadiləsi baxımından bizə tam olaraq bənzəməsə belə, bizə yaxın olan formalardır. Yaxşı, müqəddəs kitabımızda, belə bir varlıqdan danışılırmı? Bunun cavabı şübhəsiz "bəli"dir. Qurani-Kərim bu növlərin xaricində bir də "Dabbə"-dən danışar. Dabbə sözü, daha çox canlı, şüurlu və öz arzusuyla yer dəyişdirib yeriyə bilən və yemə içməyə ehtiyac duyan varlıqları izah edər. Maddələr mübadiləsi baxımından cindən də, mələkdən də şeytandan da fərqlidir. Necə ki, bu söz daha çox heyvanlar və insanlar kimi bəslənməyə ehtiyac duyan varlıqlara əhatəsinə alar. Dabbənin təriflərini də yenə Quranda tapa bilirik.

Çox qədim bəzi rəvayətlərdə, insan nəsilindən əvvəl Nesnas deyilən bir növün yer üzündə yaşadığı, o dövrdə yer üzünün gerçək sahibləri olan bu varlıqların, eyni zamanda ´Xilafət´, yəni bu gün insanın üstlənmiş olduğu Tanrıya ibadət etmə xüsusiyyəti olduqları ifadə olunur. Lakin bu növ, zaman içində istiqamətini itirdiyi üçün kökündən məhv edilmişlər və onların yerinə cin taifəsi gətirilmişdir. Sonunda Allah, mələklərə və digər şüurlu varlıqlara insan deyə bir varlıq yaradacağını və onları yer üzünə göndərəcəyini söyləuincə, Quranın sadə ifadəsiylə ´cin´, ´mələk´ və ´şeytan´ deyə xatırlanan növlər, insan növünün kainatdakı tarazlığı pozacağını və uzun döyüşlərlə bir-birlərini yox edəcəklərini ifadə edərək etiraz etdilər. (Bəqərə Surəsi) Amma Allah onlara, ´sizin bilmədiklərinizi də bilirəm´ deyərək insanı yaratdı və dünyaya ´Xəlifə´ təyin etdi. Üsdəlik ´mələk´ daxil bütün varlıqları, Adəmə səcdə etməyə çağırdı. Bu, bir növ, üstün varlığı təyin etmə mərasimi idi. Şeytanlar bu çağırışa uymadılar və insan növüylə hər sahədə döyüşəcəklərini dilə gətirdilər. Quranda çox geniş izah edilən bu ´qeybi´ hadisə, əslində eyni zamanda, insan növünün kainatdakı mübarizəsində başqa varlıqlarla da hesablaşmaq məcburiyyətində qalacağının açıq bir dəlili idi. Deməli insan, yalnız özünə ´musəxxər´ edildiyi, əmrinə verildiyi ifadə olunan təbiətə hökm etmə mübarizəsiylə qalmayacaq, öz varlığını qorumaq üçün, üstün formada yaradılmış varlıqlarla da mübarizə etmək məcburiyyətində qalacaq. Quranın açıq ifadələrindən anladığımız, bu mübarizənin cin və şeytan taifəsiylə veriləcəyi yolundadır. Üstəlik bu hər iki növlə etdiyi mübarizə ´enfusitik´ (daxili) bir mübarizədir. Yəni ləyaqət və şəxsiyyət mübarizəsi.

Halbuki Mülk Surəsi, açıq-aşkar, kosmosdan hücum edəcək bir növdən; yadplanetlilərdən danışır. Bunların xüsusi nüfuza malik özəl varlıqlar olduğunu ayət mətnində iştirak edən ´mən´ sözcüyündən anlayırıq. Ayətdə keçən ´mən fi´s Səmai´ ifadəsində "mən", kim sualına verilən cavabdır. Əgər bu ayət göydən başımıza enəcək ilahi bəlalar və ya bir ulduz toqquşması olsaydı, ´mən´ yerinə ´ma´ sözünün istifadə edilməsi lazım idi. Ərəbcə ´mən´, ingiliscədəki ´Who´ sözcüyünün qarşılığıdır, ´ma´ isə ´that´ sözcüyünün.. Demək ki, kosmosda bizimlə təkə-tək müqayisə ediləcək varlıqlar vardır və var olmalıdır.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Quranda UFO-lar 1.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Kainat-
Jump to: