Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Quranda UFO-lar 2.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Quranda UFO-lar 2. Empty
PostSubject: Quranda UFO-lar 2.   Quranda UFO-lar 2. Icon_minitimeWed Nov 12, 2008 8:19 pm

İndi bir az da insanın ilk yaradılışından danışaq. Bizə Quranda izah edilən şey, Adəmin torpaqdan yaradılan ilk insan olduğudur. Adəm, əvvəl ´cənnət´ə qoyulmuş, burada, bu gün cinssiz artım deyə biləcəyimiz bir üsulla ondan bir yoldaş -Həvva- yaradılmış və daha sonra da işlədikləri bir səhvdən -şəhvətlərinə məğlub olub içində yaşadıqları atmosferi çirklətmələrindən ötəri ´aşağı´ deyə xarakterizə edilən dünyaya endirilmişdir. Qurani üslubla Adəm ilə Həvvanın, yəni ilk atalarımızın hekayəsi belədir. Burada ağla belə bir sual gəlir; Adəm ilə Həvva cənnətdə idilərsə dünyaya necə gəldilər? Təbii ki dərhal Allahın hər şeyə müqtədir olduğunu söyləyəcəksiniz. Şübhəsiz ki, Allah hər şeyə müqtədirdir. Amma Adəmin cənnətdən çıxarıldıqdan sonra tabe olduğu aləm determinist və səbəb-nəticə əlaqəsinə söykənən universal qanunlara söykənir. Yəni qüdrət yurdu, niyyət-nəticə əlaqələrinin etibarlı olduğu kainat olan Cənnətdən çıxdıqdan sonra səbəb-nəticə əlaqələrinin etibarlı olduğu ´hikmət yurdu´na -əşyanın meydana gəlməsində səbəb lazımlılığının meydana gəldiyi kainata- keçdi. Burada hər şeyin bir vasitəsi olmalı idi. Başqa sözlə, Cənnətdən çıxarıldıqdan sonrakı macəralarını ağıl yoluyla izah edə bilməmiz lazım idi. Çünki əgər cənnət bu dünya üzərindədirsə, eniş necə reallaşmışdı? Daha da əhəmiyyətlisi, əgər Adəm ilə Həvva atmosferimizin xaricindəki bir yerdən dünyaya gəlmişlərsə, zərər görmədən atmosferi necə keçdilər. Və nə üçün ayrı-ayrı yerlərə düşdülər. Sonra ayrı-ayrı yerə düşdükləri halda görüşmə nöqtəsini necə bildilər və necə bir-birlərini tapdılar? Və hansı vasitələrlə yön təyini etdilər?

Hərhalda Adəm ilə Həvvanın atmosferi meydana gəlməmiş bir dünyaya göndərildiklərini iddia etmə şansımız yoxdur. Çünki Rəhman Surəsində Cənabi-Haqq, yer kürəsinin insanlar üçün necə hazırlandığını mərhələ-mərhələ izah edər.

"Səmanı yüksəltdi və ona ölçü qoydu. Əsla bu ölçüləri pozmayın. Siz də bu tarazlıqları qoruyun və tarazlıqları aşmayın. (Və sonra) yeri ´Ənam´ üçün yaşana bilər etdi. Onda meyvə və salxımlı xurmalar var. Yarpaqlı çərəzlər və xoş qoxulu meyvələr var. İndi Rəbbinizin hansı nemətlərini yalanlayırsınız? O ki insanı poqquldayan palçıqdan yaratdı" (Rahman Surəsi, 7-14)

Burada qəsd edilən ´səma´ təfsirlərdə iki mənada istifadə edilər; atmosfer və göy üzü. Hər ikisi də müəyyən ölçülər və mizanlar üzərinə quruldu. Bu ´ölçü´ anlayışıyla həm kosmosun ruhunu təşkil edən müdhiş tarazlıq qəsd edilir, həm də atmosferi təşkil edən, atmosferində olan qazların qramları qəsd edilir. Azot, başqa qazlar və oksigenin dağılam və miqdarları insanın varlığını ən yaxşı şəkildə davam etdirə bilməsi üçün lazımlı miqdarlarda tutulmuşdur. Beləcə atmosfer torpaq mənbəli varlıqların yaşamasını təmin edəcək vəziyyətə gətirildi. Bu iki ayətin dərhal davamında gələn iki ayət çox maraqlı bir xəbərdarlıq daşımaqdadır. Cənabi-Haqq, insani, ´tarazlığı pozmamaq´ barəsində xəbərdar edir və "ölçünü əldən qaçırmayın" deyir. Çünki insanın bir xüsusiyyəti də pozmaqdır. Ona görə, Allah, ancaq bu gün, yəni etdiyimiz ölçüsüzlüklər və çıxardığımız zərərli qazlar üzündən ozon təbəqəsinin deşilməsiylə anlaya bildiyimiz bir mövzuya diqqətimizi çəkir. Atmosferdəki tarazlığı poza biləcəyimizi, bunun da sonumuzu hazırlayacağını xatırladır. Və bu tarazlıqların qorunması mövzusunda insanı xəbərdar edir.. Birinci sırada atmosferin yaradılması, yəni həddindən artıq istilərlə yer kürəsinin təbiətində olan buxarların yüksəlib atmosferi meydana gətirməsi, ikinci etapda, bu atmosferdəki qazların insan təbiətinə uyğun miqdarlarda təşkil edilməsi, üçüncü etapda da yer üzündəki bitki örtüyünün insan ehtiyacına görə nizamlanması danışılır. (Rəhman Surəsinin üçüncü ayətində nəhəng ağaclardan və meşə otlaqlardan bəhs edilir. Əl-əla Surəsində isə bu nəhəng otlaqların yerin dibinə keçirilərək onlardan axıcı bir mayenin, yəni neftin var edildiyi xatırladılır) Necə ki, əvvəl nəhəng otlaqlar, ardından meyvə ağacları və dənli bitkilər və nəhayət nazənin varlıq olan insanın dünyaya təşrifi. .."Biz insanı poqquldayan palçıqdan yaratdıq" deyərək Cənabi-Haqq, palçıqdakı kimyəvi fəaliyyətə diqqət çəkir. Nəticə olaraq insan yer kürəsinə endirildiyi zaman yer kürəsinin onu çöldən gələcək meteor və xarici cisimlərə qarşı qoruyacaq atmosfer kimi bir qoruyucusu vardı. Yaxşı, elə isə, Adəm ilə Həvva, yenə insan oğlunun yaşadığı, amma artıq yaşanmaz hala gətirdiyi bir dünyadan, bir kosmos vasitəsiylə dünyamıza gəlmiş olmazlarmı? Bizim nəsilimizin atası olan bu iki insan, bizim dünyamız kimi bir dünyadan gəldilər desək çoxmu axmaqlıq edərik?

Adəm ilə Həvva, insan növünün məğlubiyyətçilik və fəsadçılıq xüsusiyyətindən ötəri, istehlak etdikləri bir dünyadan kosmosa atılmış iki qəhrəman idi bəlkə də. Çox yaxşı, belə deyə bilərik ki; Milyon-milyon il əvvəl, bu kainatın bir başqa aləmində, bəlkə də bu gün həddindən artıq istilər nəticəsində yaşanmaz bir hala gəlmiş, amma hələ həyat izləri daşıyan Marsda yaşayan insan nəsli, öz səhvləri və günəşin genişləyən istilik haləsi nəticəsində artıq o planetdə varlığını davam etdirə bilməz hala gəldi. Çatdıqları texnologiyanı, növlərinin davamını təmin etmək üçün istifadə etdilər. Seçdikləri bir cütü, kapsulaya qoyub, buz çağından hələ çıxmaqda olan yer planetinə atdılar. Gəmilərinin adı ´fulkil-Məşhun´ (həyat üçün lazımlı hər cür qaynağı içində tutan gəmi, kosmos gəmisi, dənizaltı vs. kimi) idi. Necə ki Quranda bir-iki yerdə Cənabi-Haqq, "Zürriyyətinizi Fulkil-Məşhun ilə daşıdıq" buyurar. Və ona bənzər daha nə qədər gəmi yaratdığını xatırladır. Bu gəminin zahiri və ya tarixi qarşılığı Nuh Tufanında istifadə edilən; Cəbrailin, -o ən böyük mələyin adıdır- (irəlidə mələk sözü üzərində də dayanacağıq) təlim və qarovulluğu altında inşa edildiyi ifadə olunan gəmi olmaqla birlikdə, bundan daha çox ulduzlararası səyahət edən bir gəmini anlamaq da mümkündür. Çünki, Kuran ´atalarınızı´ demir, ´zürriyyətinizi´ deyir. Bu ifadə bizim nəslimizin aqibətindən də xəbər verir kimidir. Bəlkə, bizim nəslimiz də, yaşadığı dünyanı yaşanmaz hala gətirdikdən sonra, həyat əlaməti təsbit etdiyi -buz çağından yeni-yeni çıxan- bir planetə nəslinin nümunələrini göndərəcək, təbii ki, yaşayan insan nəsli son nəsil deyilsə. Çünki bəzi qaynaqlarda, bu anda dünya üzərində yaşayan nəslin-insan irqinin 13 versiyası olduğu və insan irqinin bu günə qədər, ən az altı dünya istehlak etdiyi ifadə olunur. Bədiüzzaman Səid Nursi, "İşarətul-icaz" adlı təfsir əsərində, Bəqərə Surəsindəki "O Allah ki, yer üzündəki hər şeyi sizin üçün yaratdı. Sonra göyə yönəldi və onu 7 kosmos halında təşkil etdi. O, hər şeyin gerçəyini biləndir" ayətini şərhlərkən, ´Yeddi´ sözü üzərində uzun-uzadı dayanar və bu ayətdən, Yer kürəmiz kimi atmosferi olan yeddi dünyanı anlamanın mümkün ola biləcəyini xatırladar.. Demək ki, bir az cəsur bir şərhlə desək, yeddi dünyadan və üzərində yaşayan insanabənzər varlıqlardan danışmaq çox da ağılsızlıq olmaz.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Quranda UFO-lar 2.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Quranda UFO-lar 1.
» Quranda UFO-lar 3.
» Quranda UFO-lar 4.
» Quranda UFO-lar 5.
» Quranda UFO-lar 6.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Kainat-
Jump to: