Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Quranda UFO-lar 3.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Quranda UFO-lar 3. Empty
PostSubject: Quranda UFO-lar 3.   Quranda UFO-lar 3. Icon_minitimeFri Nov 14, 2008 12:39 pm

Kosmosda mələk və ruhanilərin varlığı, yer üzündə insan və heyvanların varlığı qədər qətidir. Qurani-Kərim, bu gerçəyi saysız ayətlərdə izah edər. Müasir bir kəlamçı və çağımızın ən orijinal Quran şərhçilərindən olan Səidi Nursi, "Sözlər" adlı əsərinin 33 hissəsindən birini tamamilə, ´Mələklər, ruhanilər və kosmosda həyat´ mövzusuna ayırmışdır. 29-cu Sözün hamısında bu məsələni isbat etməyə çalışmışdı.. Burada diqqətimizi ən çox çəkən bir cümlə var ki, bu işimizin də ürəyini təşkil edir. Ona görə, çox dəyişik cins və növdəki yadplanetlilərin hamısına, Quran tərəfindən ´Mələk´ və ´Ruhani´ deyə adlandırılmışlar.. İrəlidə mələk və ruhani sözlərini ələ aldığımızda görəcəyik ki, mələk nisbətən obyektiv varlıqların, ruhani tamamilə mücərrəd varlıqların adıdır. İndi, Səidi Nursinin, Qədr Surəsinin "O (gecədə) mələklər və Ruh, Rəblərinin icazəsiylə yer üzünə enərlər" tərcüməsindəki ayətinin şərhini etdiyi hissədən bir keçid köçürək.

"Həqiqət qətiyyən tələb edir və hikmət qəti hökm tələb edər ki, yer üzü kimi, kosmosun da -həm də şüurlu- sakinləri olsun. Və o sakinlər yaradılış baxımından oturduqları ulduzlara uyğun yaradılışda olsun. Quran bütün bu varlıqları mələk və ruhanilər deyə adlandırır.." Bəli işin gerçəyi bunu tələb edir. Kosmosda bizim kimi şüurlu canlılar var və olmalıdır. Necə ki, dünyamızın, -kiçikliyi və sadəliyinə baxmayaraq- şüurlu varlıqlarla dop dolu olması və üstəlik zaman-zaman boşaldılıb yenidən doldurulması bizə bu gerçəyi açıqlayar; Ulduzlarla və bürclərlə bəzənmiş kosmos da şüurlu və idrak sahibi varlıqlarla dop doludur. O varlıqlar da, eynilə insanlar və cinlər kimi bu möhtəşəm kainatın tamaşaçıları, müşahidə ediciləri və şərhçiləridirlər.. Kosmosun quruluşu, necəliyi və xüsusiyyəti, belə varlıqların varlığını tələb edir, məcburi edir.

Kainatın bu möhtəşəm varlığı əhatəliyi və geniş bir təfəkkürü, onu tam mənasıyla qavrayacaq bir qulluğu tələb edir. Halbuki insanlar və Cinlər, bu təfəkkür və qulluğun milyonda bəlkə birini belə edə bilmirlər.. Bu möhtəşəm yaradılışı daha üst bir şüurla tamaşa edəcək və onun Yaradıcısına qarşı təşəkkürlərini təqdim edəcək daha üstün formada yaradılmış varlıqlara ehtiyac vardır. Mələyi və ruhanilər də bunlardandır...

"Bəzi hədislərin bizə verdiyi işarələrdən bunu anlayırıq ki, bu varlıqlar, kosmosda başıboş kimi görünən səyyar cisimləri-meteorit, bulud və təyin oluna bilməyən sair uçan cisimləri-ulduzları-qaranlıqda sürətlə axıb getdikləri üçün ulduz şəklində qəbul etdiyimiz UFO´ları da bu çərçivəyə sala bilərik-minik olaraq istifadə edib kainatımızda olub bitənləri seyr edirlər.. O varlıqlar, bu səyyarələrə-sürətlə axıb gedən, görünüb və bir anda yox ola bilən şeylərə minərək, yaşadığımız bu obyektiv dünyanı müşahidə edərlər. Miniklərinin təsbihatını edərlər.." (Sözlər, İyirmi Doqquzuncu Söz, Müqəddimə) (Burada Səyyara sözünə kiçik bir qeyd salaq. Təyyarə, uçan qanadlı obyektlərə verilən addır. Səyyara isə, uçmaqdan çox, son dərəcə böyük bir sürətlə axıb gedən qanadsız vasitələri izah etməkdədir.. Hər ikisi də ´minikk´ deyə xatırlanmaqdadır. Görəsən, UFO´ya, yəni ingiliscədəki, Təyin oluna bilməyən Uçan Cismə tək sözlük bir ad verilmək istənsəydi Səyyarədən uyğun nə tapa bilərdik?) Yuxarıda Səidi Nursidən götürdüyümüz mətndə bir tək şey dəyişdik. Bilinən klassik ifadələrin yerinə-məsələn, səma yerinə kosmos, təfəkkür yerinə şüur kimi hal-hazırda istifadə edilən sözləri yerləşdirdik. Və gördük ki, "açıq-aşkar yadplanetlilər var" və üstəlik bizi müşahidə edirlər. Hətta bir hədisdə peyğəmbərimiz, "Cənnət əhli, yaşıl ´quşların ´cövf´lərinə minərək cənnət yurdunu gəzəcəklər" deyir.. Ərəpcədə ´tarə´ ´uçdu´ deməkdir. ´Tayr´ isə uçan şeyə verilən addır. Belə ki, keçmişdə bir tək quşlar uçduğu üçün də Quranda və hədisdə ´tayr´ sözünün keçdiyi hər yerdə bu söz ´kuş´ olaraq adlandırılmışdır. Quranın ifadə etdiyinə görə, Hz. İsa, imana çağırdığı insanlara belə deyirdi; "Mən sizə palçıqdan quşa bənzər bir şey edərəm. Sonra ona öz ruhumdan üfürərəm, yəni enerji yükləyərəm, o da Allahın icazəsiylə uçar" deyirdi. Demək ki, hər uçan quş deyildi və hər ´tayr´ sözüylə ifadə edilən şeyin qəti olaraq quş olması lazım olmurdu.

Cövf isə, ´boşluk, çuxur, oyuq, iç boşluk´ mənasındadır. Əgər siz ´tayr´ sözünün yerinə ´kosmik aparat´ və ya ´uçan cisim´; ´cövf´ sözünün yerinə də ´pilot kabini´ sözlərini yerləşdirsəniz, yuxarıda bəhsi keçən hədisi, "Cənnət xalqı, yaşıl rəngli, (Yaşıllığın təmiz bir ətrafın simvolu olduğunu unutmayaq) uçan vasitələrə minib kabinindən cənnət yurdunu seyr edərlər" şəklində tərcümə edə bilərsiniz. Qəribədir, bu hədis, nədənsə mənə həmişə Jetgilləri xatırlatmışdır. Elə isə, kainatımızı bizimlə paylaşan yadplanetlilər vardır və bunlar istifadə etdikləri ´səyyarələr´lə (UFO´larla) bizi seyr edir, yəni izləyir və hətta, pozğunçuluğumuzu önləmək və dünyamızı qorumaq üçün bizi müşahidə edirlər desək, şişirdilmiş bir ifadə istifadə etmiş olmarıq.

Qeyd; Hörmətli istifadəçilər, bu mövzular son dərəcə həssas və önəmli olduğundan sizin də rəylərinizi öyrənmək istərdik. Burada, sizcə, nəyin doğru, nəyin yanlış ifadə edildiyini bildirə bilərsiniz.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Quranda UFO-lar 3.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Quranda UFO-lar 9.
» Quranda UFO-lar 10.
» Quranda UFO-lar 11.
» Quranda UFO-lar 12.
» Quranda UFO-lar 1.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Kainat-
Jump to: