HomeHome  RegisterRegister  Log inLog in  

 

 Quranda UFO-lar 9.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Quranda UFO-lar 9. Empty
PostSubject: Quranda UFO-lar 9.   Quranda UFO-lar 9. Icon_minitimeThu Dec 04, 2008 9:38 pm

Maddi kainatdan bildiyimiz müsbət ağ kainat mərtəbələrindən saysız paralel kainat olar. Bunun əksinə, bir də antimaddə və ya mənfi mücərrəd kainatlar olduğuna görə bunların da mənfi paralel kainatları olmalıdır. Paralel mənfi və müsbət, maddə-antimaddə kainatları qara dəliklər bir-birinə bağlayar. (Tunel deyilən dördüncü məkan ölçüsü). Əgər qara dəliklər olmasaydı sonsuza qədər bu kainatlardan xəbərimiz olmayacaqdı. Aləmlərin Rəbbi (Bütün kainatların tərbiyəçisi) bu həqiqəti izah edər. Beləcə Allah, var olan bütün kainatların öz qüdrəti altında olduğunu xatırladar. Həmçinin, ayətdə keçən "Allah iki şərqin də iki qərbin də Rəbbidir" ifadəsi bu mənfi və müsbət paralel kainatların xatırladılmasına istiqamətlidir. Ağ kainatdakı şərq, qara kainatdakı qərb olmaqdadır. Bu paralel kainatları biz üst-üstə qoyulmuş iki lövhə şəklində qəbul edərik. Bu iki kainatı bağlayan tunel isə üçüncü ölçüdür. Gerçəkdə isə bizim kainatımız üç məkan koordinatlarından quruludur və tunel bu məkanların dördüncüsüdür. Sürünənlərin gözləri iki yanda olduğundan dərinlik duyğusunu qəbul etməzlər. Hər şeyi kino pərdəsi kimi üst-üstə yapışıq görərlər. İnkişaf etmiş canlılar dərinliyi görərlər. Lakin onlar da zamanı qəbul edə bilməzlər. Yalnız insan zehni dörd ölçünü (en, boy, dərinlik, zaman) birdən qavrayar. Bizim məkan olaraq qavradığımız en, boy və dərinlikdir. Sürünənlər dərinliyi qəbul edə bilmədikləri kimi biz də dördüncü məkan olan Tuneli qəbul edə bilmirik. Halbuki yuxuların məkanı burasıdır.

Bu tunel məkan, bizim bir üst ölçüyə keçməmizi təmin etdiyi kimi, üst ölçüdə yaşayan varlıqların da bizim kainata keçməsini təmin edər. Və zaman müddətini ortadan qaldırar. (Bilindiyi kimi, yuxularda bizim bildiyimiz zaman məfhumu yoxdur. Eyni anda saysız məkanda və saysız hadisəni yaşaya bilərik.) Başqa sözlə, tək istiqamətli zaman yoluyla ancaq milyard-milyard işıq ili bir müddətdə qət edə biləcəyimiz bir yolu, tunellər vasitəsiylə bir anda keçməmiz mümkündür. Hz. Peyğəmbərin Meracda istifadə etdiyi yol "tunellər" keçididir. Necə ki, hər tunelin girişində ondan keçiş izni olub olmadığı soruşulmuşdur və Cəbrailə "Mən-maak (Yanındakı kimdir?)" deyilmişdir. Çünki normal olaraq maddi bir bədən tunellərdən keçərkən yox ola bilər. Ancaq onun sirrini bilənlər o tunellərdən rahat keçə bilərlər. İnsanın maddi bədəniylə axirətə köç edəcəyinin sirri də burada gizlidir. Demək ki, bizim çox uzaqda sandığımız varlıqlar burnumuzun dibindən keçən paralel bir kainatda yaşa bilərlər və "ulduz keçidi" (yəni paralel kainatları bir-birinə bağlayan keçid) vasitəsiylə bir anda bizim kainatımızda görülə bilərlər. Və eyni sürətlə yenidən öz kainatlarına keçə bilərlər. Məkanda kimin yaşadığına zamanı açıqlanınca hökm verilər. Paralel kainatlar gərəyi, bizim kainatımızın yaşı 20 milyard il isə, sıfır nöqtəsinin kənarında da mənfi 20 milyard il yaşında bir kainat mövcuddur. Və iki kainat arasındakı zaman hissəsi 40 milyard ildir. Halbuki ikisi də eyni kosmosda eyni yerdədirlər. Lakin araya "zaman divarı" girmişdir. Yəni iki kainat arasındakı məsafə qırx milyard il olduğu halda, tunel əlaqəsiylə bir saniyədən də az vaxt ala bilər. Bir dəftər səhifəsini düşünək. Bir üzünün tam ortasına bir nöqtə qoyaq və bu nöqtədən bir xətt çəkək. Sonra bu xətti o biri yüzündəki mərkəz nöqtə ilə birləşdirək. Keçəcək zaman 40 milyard ildir. Amma eyni nöqtəyə bir iynə ilə deşərək dərhal keçirik. Bax, kainatlararası məsafə bu qədər uzaq və bu qədər yaxındır. Gələcəyi təmsil edən mərhələmiz ilə keçmişi təmsil edən o biri kainat iki eyni şey olub başqa zamanlarda yaşamaqdadırlar. Xıdır kimi bu kainatlar arasında səyahət edə bilən Zülqərneynin bir səddin arxasına həbs etdiyi Yəcüc və Məcüc gələcəkdə, basdırıldıqları keçmişdən çıxaraq birbaşa zamanımıza keçəcək və qiyamətə doğru dünya səhnəsində boy göstərəcək varlıqlardır. O halda Zülqərneynin hördüyü sədd bir ´Zaman -Məkan Səddi´dir. Keçmişdəki kainat kimi onlar da qarşımıza çıxacaq. Ancaq onların görünməsi, iki kainatın qarşılaşmasından daha əvvəl olacaq. Çünki iki kainatın qarşılaşması, bu kainatın yox olması deməkdir ki, o da qiyamətdir. Xatırlasanız bir elmi-fantastik serialı vardı "Galaktika" adında, orada Saylonlular vardı. Əslində şişirdilmiş şeylər vardı, amma təsvirlər heç də nəzərə alınmayacaq cinsdən deyildi. Heç bir şey olmasa belə, insan zehninin bu məsələ ilə bu qədər məşğul olması onların var edilməsinə kifayət edəcək. İnsanın varlığını düşündüyü hər şey bizim "Qeyb aləmi" dediyimiz məkanda vücuda gəlir (İnsanın YARATma gücü).

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Quranda UFO-lar 9.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Kainat-
Jump to: