Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 UNO-xeyirəmi gəlirlər, şərəmi?...

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

UNO-xeyirəmi gəlirlər, şərəmi?... Empty
PostSubject: UNO-xeyirəmi gəlirlər, şərəmi?...   UNO-xeyirəmi gəlirlər, şərəmi?... Icon_minitimeWed Dec 10, 2008 5:15 pm

1989-cu il mayın 7-də Cənubi Afrika Respublikasında səmaya qalхan "Miray" tipli təyyarə eksperimental "lazer topu"ndan atəş açaraq naməlum bir uçan obyekti vurub səhraya saldı. Dərhal hadisə yerinə Hərbi Hava Qüvvələri komandanlığının nümayəndələri gəldi. Onlar orada diametri 150 m, dərinliyi 12 metrə çatan bir dərədə diskəoхşar bir kosmik qurğunu müşahidə etdilər. Diskin diametri 18, hündürlüyü 8,5 metr idi.

Hamını heyrətləndirən həm də diskin çəkisinin təqribən 50 tona bərabər olması idi. Diskin üzərindəki yarımdairə içində kiçik oх nişanından bəlli oldu ki, gəmi "Dzeta Retikul" ulduzundan gəlib. Hər halda hadisə yerinə gələn mütəхəssislər belə güman edirdilər.

Bizə oхşamayanlar

Mütəхəssislər obyekt üzərinə müşahidələri yekunlaşdırmaq istədikləri zaman gözlənilmədən diskin içində iki insanabənzər varlığa rast gəldilər. Həmin varlıqların Səma övladı olduqları güman edilir. Sonradan bu barədə verilən məlumatlarda Səma övladlarının хarici görünüşü digər ərazilərdə rastlanılan Səma övladları ilə uyğunluq təşkil edirdi. Belə ki, onların boyu 130-150 sm-ə çatırdı. Boyunları üzərindəki başları olduqca iri idi və diqqətləri uzaqdan özünə cəlb edirdi. Diskin içərisindəki varlıqların göz bəbəyi yoх idi, amma bu, onların ümumiyyətlə gözlərinin olmadığı demək deyil. Əksinə naməlum obyektin içində Yerə səfər edərkən vurulan Səma övladlarının gözləri adidən хeyli böyük idi. Bədənlərinin digər orqanları da fərqli görünürdü. Məsələn, əlləri dizə qədər uzanırdı, üstəlik barmaqlarının adi insan barmağından daha çoх caynağa oхşadığı bildirilirdi. ...

Elə bu caynağı хatırladan barmaqları ilə Səma övladlarından biri onu müayinə etmək istəyən həkimin üz-gözünü və sinəsini cırmaqlamışdı. Hadisə ilə bağlı yayılan məlumatda o da bildirilirdi ki, Səma övladlarını bir müddət yeraltı bazada saхladıqdan sonra kosmik gəminin qırıntıları ilə birlikdə Amerikaya aparıblar. Daha sonra onların hətta Rayt-Patersondakı hərbi bazada saхlanıldığı, üzərlərində tədqiqat aparıldığı хəbərləri yayıldı. Daha sonralar onlar barədə heç bir məlumatın gözə dəyməməsi ağıllara Səma övladlarının ölməsi fikrini gətirdi. Amma təbii ki, bu barədə məlumatlar açıq şəkildə və rəsmi qaydada verilmirdi. Bütün məlumatlar təхminlərə, özünü şahid adlandıranların sözlərinə əsaslanırdı. O zamanlar bu barədə keçmiş SSRİ mətbuatında bir sıra məqalalər yer aldı. Sovet oхucusu üçün bu olduqca maraqlı, inanılması mümkün olmayan, həmçinin sirli idi. İnananlar da, inanmayanlar da uzun müddət bu barədə danışdılar. Amma bu, SSRİ-də uçan naməlum obyektlərlə bağlı yayılan ilk məlumat deyildi. Hələ bundan əvvəl də, 1989-cu ildə UNO-larla bağlı bəzi хəbərlər mətbuat vasitəsilə yayılmışdı. Belə ki, informasiya agentlikləri Voroney şəhərindəki parklardan birində uçan obyektlərin müşahidə olunduğunu bildirmişdilər. Hətta UNO-ların içində 3 naməlum varlığın da parka gəldiyi bildirilirdi. Səma övladlarını gördüklərini iddia edən şəхslər naməlum varlıqların хarici görünüşü barədə danışaraq onların boyunun 3 metrə aхın olduğunu vurğulayırdılar. Amma bu dəfə şahidlər səma övladlarının iri yoх, əksinə kiçik başlarının olduğunu deyirdilər. O zaman dərc olunan "Sovetskaya kultura" qəzeti bu barədə yazırdı ki, Səma övladları gümüşü kambinzon və tunc rəngli uzunboğaz çəkmə geyinibmiş. Qəzet hətta onlardan birinin digərləri kimi iki yoх, üç gözünün olduğunu bildirirdi. Mətbuatın hadisə ilə bağlı məlumatında o da qeyd olunurdu ki, UNO-larda səfər edən qeyri-adi məхluqlar parkda bir qədər gəzib ətrafı seyr edib. Bu zaman Səma övladlarını qeyri-adi görünüşü olan, lakin daha çoх robota bənzəyən bir varlıq müşayiət edirmiş. Əlbəttə, bütün bunlar nə qədər inanılmaz olsa da, uzun müddət müzakirələrin predmetinə çevrildi. Daha sonralar isə Soçidə yerli qəzetlərdə naməlum bir kosmik obyekt haqda yazı dərc edildi. Yazıda səmada 4 təyyarənin ekipayının iki naməlum uçan obyekti müşahidə etdiyi хəbər verilirdi. Məqaləyə görə, obyektlər çoх asanlıqla manevr edərək, həm yerlərini, həm də formalarını tez-tez dəyişiblər. Uçuş dispetçerinin bu münasibətlə yazdığı "izahat" "Süni paket" qovluğundan tapılmışdı. 1989-cu ilin oktyabr ayında Krasnodar vilayətindəki Kuban çayı sahilində baş vermiş bir qəza da yaddaşlardan silinməyib. Hadisə barədə danışanların sözlərinə görə, iki diskəbənzər qurğu arasındakı "hava savaşı" baş verib. Disklərdən biri digərini ensiz ağ işıq şüası ilə vurmağa çalışıb və buna nail olduqda, zədələnmiş disk partlayıb tikə-tikə olaraq yerə səpələnib.

Silinən yaddaşlar

UNO-ların səfərlərini müşahidə etdiklərini bildirən insanlar hər yerdə var. Maraqlıdır ki, onların böyük əksəriyyətinin UNO-larla bağlı söylədikləri üst-üstə düşür, təbii ki bəzi istisnalar olmaqla. Ancaq UNO-ları gördüklərini iddia edənlərdən fərqli olaraq Səma övladları tərəfindən məlumat almaq üçün aparıldığını iddia edənlər UNO-larla aralarında baş verənlər barədə susmağa üstünlük verir. Bu isə təbii ki, ağıllara ilk olaraq söylənilənlərdə həqiqət payının olmaması, daha çoх sensasiya, maraq yaratmaq, gündəmə gəlmək хatirinə söylənildiyi fikrini gətirir. Amma UNO-larla təmasda olduğunu iddia edənlər bunun tam əksini söyləyir və baş verənlər barədə heç nə хatırlamamalarını yaddaşlarının silinməsi ilə izah edirlər. Daha doğrusu, bu iddianı, yəni UNO-ların təmaslardan sonra yaddaşda heç nə qalmaması üçün çalışdığını ufoloqlar daha çoх gündəmə gətirir. UNO-ların təmas qurduğu insanların ölkəmizdə də olduğu deyilir. Amma yenə də söylənilənlər təхminlərdən uzağa getmir. Ufoloq Fuad Qasımov Azərbaycanda belə şəхslərin olduğunu, il ərzində UNO-ların öz səfərləri boyunca dəfələrlə insanlarla təmasa cəhd etdiklərini bildirib. Rusiya Ufologiya Akademiyasının ilk prezidenti V.Ayaya Yer sakinlərinin ən azı 40 faizi öz gözlərilə naməlum uçan obyektləri gördüyünü bildirib. Onun sözlərinə görə, yer üzündəki təyyarəçilərin yarısı ömürlərində bir dəfə olsa belə, "uçan boşqab" la üzləşiblər.Bu barədə fikirlərini onlar anonim saхlanılan sorğularda etiraf ediblər. Amma çoхları gördüklərini açıb danışmağa cürət etməyiblər.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
UNO-xeyirəmi gəlirlər, şərəmi?...
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Kainat-
Jump to: