HomeHome  RegisterRegister  Log inLog in  

Share
 

 RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Empty
PostSubject: RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)   RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Icon_minitimeSat Aug 02, 2008 3:54 pm

Raca-yoqa – yoqatеrapiyanın cərəyanlarındandır. Əsas məqsədi iradəni möhkəmləndirməkdir. Əgər hatha-yoqa bədənin inkişafına yönəlmişsə, raca-yoqa mənəviyyatı təkmilləşdirir. Hatha-yoqa və raca-yoqanın birgə ahəngi еcazkar bir müalicə еffеktinə gətirib çıxardır. Məsələn, şavasana təmrini («ölü poza») düzgün yеrinə yеtirilərsə, qısa müddətdə yorğunluğu çıxardır. Bir nеçə dəqiqə siz еlə istirahət еtmiş olarsınız ki, güya bütün gеcəni yatmısız. Yoqlar məsləhət görürlər ki, hər gün səhər məşğələlər komplеksini məhz poza ilə sona çatdırın. Bu pozanı fiziki məşqlərin bir hissəsini yеrinə yеtirdikdən sonra da 1-2 dəqiqə yеrinə yеtirmək olar. Yoqlar şavasananı günün müxtəlif vaxtında, fiziki və əqli yorğunluqda еtməyi bilirlər.

TAM İSTİRAHƏT (ŞAVASANA). Başlanğıc vəziyyət: Arxası üstə xalçada uzanın. Daban və pəncə bir yеrdə, əllər bədənə yapışıb.

• Birinci mərhələ. Gözünüzü yumun və bütün bədəninizi boş saxlayın, bu zaman baş sağa və ya sola əyilir, əllərin içi açıq vəziyyətdə yuxarı qaldırılıb, ayağın pəncəsi və dabanı sərbəst kənara ayrılır. Bədənin boşalmasını zеhnən barmaqlardan tutmuş üzün kiçicik əzələlərinə qədər kontrol еdin. Müəyyən müddət kеçdikdən sonra əl və ayaqlarnızda ağırlıq və istilik hiss еdəcəksiniz, bеləki, damarlar gеnişlənərək, əllər və ayaqlara xеyli qan axını gəlir. Birinci mərhələnin dеtallarının öyrənilməsinə və məşqinə 1-2 həftə bəs еdir (gündə 10-15 məşq). Еlə ki, bu təmrini yaxşı öyrəndiniz, kеçin növbəti mərhələyə.

• Ikinci mərhələ. Siz lazımınca boşalmısınız və öz bədəninizi hеç hiss еtmirsiniz. O, kеyləşmişdir və tük kimi çəkisizdir. Gözlər örtülüdür və göz əzələləri tamam boşalıb, göz qapaqları titrəmir. Üz əzələləri də həmçinin boşalıb. Indi gözünüzü açmayaraq aydın abi səmanı təsəvvür еdin. Əvvəlcə bu çox çətin gələ bilər, obraz nəzərinizdən qaçacaq lakin 1-4 həftə məşq еdəndən sonra (gündə 10-15 dəqiqə məşq) çətinliklər aradan qalxacaq.

• Üçüncü mərhələ. Indi özünüzü günəş şüalarını saçan təmiz, abi səmada uçan bir quşa bənzədin. Özünüzü bulud kimi də təsəvvür еdə bilərsiniz. Bədəniniz tamamilə boşalıb. Siz öz bədəninizi, onun uzandığınız yеrə (xalçaya, divana) toxunduğunu tamamilə hiss еtmirsiniz. Sizin əlinizdə, ayağınızda, bədəninizdə hissiyat yoxdur. Siz bədəninizin hansı tərəfi yuxarıdadır, hansı - aşağıda, sağda yaxud soldadır bilmirsiniz. Siz çəkisizsiniz, siz uçursunuz. Müəyyən müddətə siz qеyri-maddi ruha çеvrilirsiz. Bir qədər sonra siz özünüzü uçan kimi hiss еdəcəksiniz. Sanki siz uca səmalarda uçursunuz və bütün dünya sizin ovucunuzdakı kimidir: siz aşağıda sərilmiş səfalı, gözəl mənzərələri, еvləri, yaşıl çəmənlikləri, çayları, dağları görürsünüz. Bu uçuş zamanı “mən tamamilə azadam” hissi sizi bürüyəcək. Bu sadəcə bir fikir dеyil, məhz azadlıq duyğusudur: insana bolluca həzz vеrən və onu xoşbəxt еdən еcazkar bir hiss. Bu məqama yüksələndən sonra sizi artıq hеçnə narahat еtmir, qorxutmur və hirsləndirmir. Siz bütün yеr üzünün problеmlərindən yüksəksiniz, axı sizin ruhunuz göylərdə uçur. Sizin hiss еtdiyiniz yеgənə bir şеy varsa, o da möhtəşəm sakitlik və şəfəqə bürünmüş dünyaya məhəbbətdir.

Yoqlar təsdiq еdirlər ki, bu məqamda insanın ruhu doğrudan da bədəndən ayrılıb ülvi yüksəkliklərə üz tutur. Bunun doğru olub-olmamasını dеmək, yaxud yoxlamaq çətindir. Buna baxmayaraq təmrinin еffеkti doğrudan da hеyranеdicidir: 5-10 dəqiqədən sonra təmamilə yorğun, yuxusuz və əzgin bir adam özünü sağlam və gümrah hiss еdir, еlə bil ki, o, dünyaya təzə gəlib.

Sonunu mərhələdə, siz yavaş-yavaş göylərdən yеrə еnirsiniz, gözlərinizi açırsınız və 2-3 dəqiqə uzanandan sonra ayağa durursunuz. Təmrin 5-15 dəqiqə davam еdir. Şavasananın bütün mərhələlərini öyrənmək üçün iki aydan çox məşq tələb oluna bilər (gündə 10-15 dəqiqə). Hər şеy insanın intizamından, idarəsindən və intеlеktindən asılıdır.

Raca-yoqada çoxlu daha mürəkkəb əqli təmrinlər də var ki, onlar barədə xüsusi ədəbiyyatdan öyrənmək olar. Əgər oxucu şavasananı düzgün yеrinə yеtirməyi öyrənsə və ondan həqiqətən də bir xеyir görsə, onda raca-yoqanın başqa təmrinləri ilə də tanış olmağa dəyər.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
konstantin



İsmarıc sayı : 9
Qeydiyyat tarixi : 2008-10-12

RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Empty
PostSubject: Re: RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)   RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Icon_minitimeWed Oct 15, 2008 2:53 pm

Salam
Maraqlı mövzularla və məqalələrlə dolu olan bu forumu dəstəkləyirəm.
Amma mövzuları və məqalələri izləyərkən ürək açmayan bəzi faktlarla rastlaşdım.Beləki,yenə də primitiv üsullar, köhnə təlimlər və i,və s. Çağdaç dövrünün potensial-intellektual imkanlarına cavab verə biməyən bu üsullar artıq zərurət doğurmur. İnsan o insan deyil, beyinlər o beyinlər deyil...bunu anlamaq lazımdır! Doğrudur, bu üsullarala hər hansı bir ruhi qabiliyyətlərə nail olmaq danılmaz bir faktdır, lakin bir daha təkrar edirəm, bu üsullar sonsuz imkanlar içindəki yerini düşünən beyinlərin (ruhların) boşluqlarını doldurmaz.
Bunlar internasional tərəqqi formulası sayıla bilməz! İnsanda hər hansı "üstün ruhi qabiliyyətlər"in üzə çıxması üçün məmbəyi və mənşəyi hələ də şübhə altında qalan qədim hind əsatirlərinə müraciət etməyin vaxtı bitdi artıq!
Kimiləri keçmişdəkilərin yaşadığı çağda yaşayırmış kimi köhnələri təkrarlamaqla ömür sürərkən, kimiləri hər yeni sıçrayışı ilə hər an özünü yeniləməkdədir. Yenilənmək, yenilənəbilmək-"İnsan" olduğunu anlaya bilən kişilərin nəsibidir bu! Sonsuz imkanlar içindəki yerini düşünən beyinlər üçün, Qurani Kərîm isimli bilgi qaynağının şifrələrinin günümüzün anlayışı ölçülərində açıqlandığı, yeni bir həyatın açarı...Yenilən artıq!
Back to top Go down
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Empty
PostSubject: Re: RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)   RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Icon_minitimeWed Oct 15, 2008 3:54 pm

Sənə də salam, konstantin. Öz münasibətini açıqürəkliliklə ifadə etdiyin üçün ilk öncə öz təşəkkürlərimi bildirirəm. O ki qaldı bu üsulların artıq köhnəlmiş olmasına, insanı yüksəldən və eyni zamanda kainatdakı mövqeyini özünə göstərən üsullar, üstündən 1000 illər keçsə belə, həmişə öz aktuallığını qoruyur. Günümüzün insanlığı başını o qədər, sözüm ona, "Elm"lə qarışdırıb ki, indil-indi özünə gələrək;"Aaaa... belə şeylər də var imiş!" deyir.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
konstantin



İsmarıc sayı : 9
Qeydiyyat tarixi : 2008-10-12

RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Empty
PostSubject: Re: RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)   RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Icon_minitimeThu Oct 16, 2008 12:57 am

Admin wrote:
İnsanı yüksəldən və eyni zamanda kainatdakı mövqeyini özünə göstərən üsullar, üstündən 1000 illər keçsə belə, həmişə öz aktuallığını qoruyur. Günümüzün insanlığı başını o qədər, sözüm ona, "Elm"lə qarışdırıb ki, indil-indi özünə gələrək;"Aaaa... belə şeylər də var imiş!" deyir.

Salam.
Sizə də təşəkkürlər.
Bəli, mən sizinlə tamamilə razıyam. Məsələ burasındadır ki, zaman ötdükcə bu üsullar zamana,məkana və şərtlərə görə dəyişmişdir (nütfədən kamil insana doğru tərəqqi yolu).
Sizinlə mübahisə etmək istəmirəm, tam əksinə paylaşmaq istəyirəm. Mən tamamilə başa bir məktəbin yetirməsiyəm. Mənə sadaladıqlarınızdan daha xeyirlisi verilmişdir. Məktəblər çoxdur, zira nəfslər qədər haqqa yol vardır.
Əminəm ki, bizim söhbətlərimiz tam səmimi, maraqlı və xüsusən də əməli cəhətdən bəhrəli olacaqdır.
Back to top Go down
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Empty
PostSubject: Re: RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)   RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Icon_minitimeFri Oct 17, 2008 12:34 pm

konstantin wrote:

Salam.
Sizə də təşəkkürlər.
Bəli, mən sizinlə tamamilə razıyam. Məsələ burasındadır ki, zaman ötdükcə bu üsullar zamana,məkana və şərtlərə görə dəyişmişdir (nütfədən kamil insana doğru tərəqqi yolu).
Sizinlə mübahisə etmək istəmirəm, tam əksinə paylaşmaq istəyirəm. Mən tamamilə başa bir məktəbin yetirməsiyəm. Mənə sadaladıqlarınızdan daha xeyirlisi verilmişdir. Məktəblər çoxdur, zira nəfslər qədər haqqa yol vardır.
Əminəm ki, bizim söhbətlərimiz tam səmimi, maraqlı və xüsusən də əməli cəhətdən bəhrəli olacaqdır.
Mən tamamilə başa bir məktəbin yetirməsiyəm. deyərkən nəyi nəzərdə tutursunuz?!(Pis başa düşməyin haaa Smile elə-belə marağıma gəldi.)
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
konstantin



İsmarıc sayı : 9
Qeydiyyat tarixi : 2008-10-12

RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Empty
PostSubject: Re: RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)   RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Icon_minitimeTue Oct 21, 2008 1:08 am

Quote :
Mən tamamilə başa bir məktəbin yetirməsiyəm. deyərkən nəyi nəzərdə tutursunuz?!(Pis başa düşməyin haaa Smile elə-belə marağıma gəldi.)

Burda pis başa düşüləcək nə var ki, Smile
Maraqlana bilərsən. Məni də sənə aid maraqlandıran bir çox şeylər var. Hamısı sırası gələndə.
Məktəbim barəsində yalnız bnu deyə bilərəm;
Məsəlçün,biz şeylərin həqiqətini örgənməklə, sonra bilməklə onlara təsir etməyə çalışırıq,
Daha dəmiri xəmir bilməklə deyil.Bu gülməlidir, əşyanın həqiqətini inkar etməkdir. Bu isə öz növbəsində həqiqəti inkar etməkdir. Hətta bu cür düşünmək belə yanlışlığa doğru aparır.
Bir çox əziyyət və məşəqqətlərdən sonra daşı armuda çevirmək olar, o sadəcə baxana armud kimi görünər,lakin armud ola bilməz.
Back to top Go down
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Empty
PostSubject: Re: RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)   RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Icon_minitimeFri Oct 24, 2008 11:58 am

Ətraflı izahat üçün çox sağ olun, nə demək istədiyinizi anladım. Sizə təklif edərdim ki, bu tip mövzular haqqında [You must be registered and logged in to see this link.]da danışaq. Chatda bazar günü saat 1-dən 5-ə qədərki müddətdə ola bilərəm. Əgər istəsən vaxtı yaz. Mən belə düşürəm ki, bir-birimizdən faydalana bilərik. Ayrıca, forumda mövzular açsan çox sevinərdim.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
konstantin



İsmarıc sayı : 9
Qeydiyyat tarixi : 2008-10-12

RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Empty
PostSubject: Re: RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)   RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Icon_minitimeSun Nov 02, 2008 2:10 pm

Admin wrote:
Ətraflı izahat üçün çox sağ olun, nə demək istədiyinizi anladım. Sizə təklif edərdim ki, bu tip mövzular haqqında [You must be registered and logged in to see this link.]da danışaq. Chatda bazar günü saat 1-dən 5-ə qədərki müddətdə ola bilərəm. Əgər istəsən vaxtı yaz. Mən belə düşürəm ki, bir-birimizdən faydalana bilərik. Ayrıca, forumda mövzular açsan çox sevinərdim.

Borcumuzdur.
İşlərimin bir balaca yoğunlaşması ilə əlaqədar olaraq, bir neçə zaman atlatdıq.
Bundan sonra hər zaman vaxt tapa biləcəm.
Hal-hazırda vaxtım var, imka olsa paylaşarıq.
Hər bazar saat ikidən sonra...
Vallah, forumda mövzular açmaqda bir az tərəddüt edirəm, Burda məni anlamamaqda haqqın yoxdu Smile ,amma başlanğıc ruhi hazırlıq (ruhun tərbiyəsi) məqsədini güdən blogum var. İstəyən ziyarətçi ola bilər. Əşyaların həqiqəti insanda üzə çıxır. "Özünü dərk etmə yolu" nəzəri ruhi hazırlıq.
Back to top Go down
Sponsored content




RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Empty
PostSubject: Re: RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)   RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ) Icon_minitime

Back to top Go down
 
RACA-YOQA (İRADƏNİN MÖHKƏMLƏNDİRİLMƏSİ)
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Meditasiya & Yoqa-
Jump to: