HomeHome  RegisterRegister  Log inLog in  

 

 Levitasiya2

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Levitasiya2 Empty
PostSubject: Levitasiya2   Levitasiya2 Icon_minitimeSun Jun 07, 2009 1:06 pm

Dünyada çox sirrlər var ki, elm hələ ki, onları açmağa acizdir. Məsələn, fikri oxumaq qabiliyyəti, gələcəyi görmək, telekinez, levitasiya və s. Tədqiqatçılar son vaxtlar belə güman edirlər ki, bu fenomenlər genetik təbiətlidir.

Əgər tarixi xronikaya inansaq, görərik ki, qədim zamanlardan bəri insanlarda xüsusi qeyri – adi bacarıqlar olmuşdur. Həmin insanlar öz istəklərindən aılı olaraq yer səthindən 10 – 50 sm hündürə qalxa bilirlərmiş. Bəzən isə, bu rəqəm 2 -3 metrə çatırdı. Bu fenomen levitasiya adlanır. Bəzən levitantlar döşəmənin səthində bir neçə dəqiqə “süzürmüşlər”.

Levitasiya bacarığı bir çox müqəddəslərdə də olmuşdur. Belə ki, Serafim Sarovski adlı ruhani ağır xəstələrə dua edən zaman tez – tez havaya qalxırmış. Rusiyanın Novqorod vilayətinin arxiyepiskopunun dəfələrlə Vayx çayının üzərindən keçməsi müşahidə edilmişdir. Hesab edilir ki, levitasiya qabiliyyəti insanın özü üzərində işləməsi, ruhi enerjini istiqamətlədirə bilməsi sayəsində mümkün olur. Bu sənət xüsusilə Şərqdə geniş yayılmışdır. Bəzi Nepal rahibləri hətta, mediativ texnikanın köməyi ilə öz bədənlərini külək sürətiylə hərəkət etdirə bilirlər.

Keçən yüzillikdə Monqolustana gələn ingilis tədqiqatçısı Robert Styuart gördüklərindən şox heyrətlənmişdir. O, ibadət zamanı rahibliyə hazırlanan adamlardan birinin çox yavaş sürətlə yerdən aralandığını gördü. Ümmiyyətlə düz və hərəkətsiz dayanan bu adam 3 metr hündürlüyə qalxdı və 5 dəqiqə bu vəziyyətdə qaldı. Sonra isə yenə yavaş sürətlə aşağıya endi.

Təəccüblüdür ki, bütün bunlar onların özü üçün adi bir şey sayılır. Tədqiqatçının bu barədə suallarına isə onlar cavab verməkdən imtina etdilər.

ABŞ – ın Avoya ştatında “Yoqa uçma klubu” adlı bir dərnək var. Arzu edən istənilən şəxs oraya üzv ola bilər. Təkcə alimlərdən və jurnalistlərdən başqa. Məşğələ zamanı iştirakçılar döşəkcə üzərində oturub xüsusi tapşırıqları yerinə yetirirlər. Meditasiya vəziyyətində onlar döşəmədəm yarım metrlik məsafəyə qalxırlar. Bu fenomeni tədqiq edən alim professor Erik Berqols əmindir ki, bu bacarıq insanın genetik yaddaşında saxlanılıb. Hansı ki, bu gen bizə ulu babalarımızdan gəlmişdir və süurun xüsusi mexanizmlərini “oyadır”.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Levitasiya2
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Levitasiya-
Jump to: