Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Yehova şahidləri

Go down 
2 posters
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Yehova şahidləri Empty
PostSubject: Yehova şahidləri   Yehova şahidləri Icon_minitimeSat Jul 04, 2009 8:16 pm

Yaranma tarixi


“Yahova şahidləri” - yəqin bu ad çoxlarınıza tanışdır. Onalrın əsas məramları bir din dövləti olan tanrı krallığı yaratmaqdır. Dinini yaxşı bilməyən və zəif inanc sahibi olan insanlar bu dəvəti qəbul edirlər. Bəs Yahova Şahidləri kimlərdir? Nə zaman yaranıb və hardan gəlib?
“Yahova Şahidləri” yəhudi soylu, dini yönümlü, xristianlığı və xüsusilə də İslamı parçalamaq hədəfli, şəraitinə görə din, məzhəb, təriqət, mafiya və s. kimi müxtəlif cəhətli çox gizli eyni zamanda çox təhlükəli bir təşkilatdır.
Yahova Şahidləri ilk dəfə 19-cu əsrin əvvəllərində ABŞ-da iş adamı Çarlz Tez Rassell tərəfindən yaradılmışdır. O, bu sektanın mövqeyini Hz. İsa-nın gələcəyi və qiyamət günü qopacağı əsasında qurmuşdur. Amerikada dərc etdiyi ilk jurnalda Hz. İsa-nın 1878–ci ildə gələcəyi xəbərini verdi. Lakin, təbii ki, bu xəbər həyata keçmədi. Daha sonra Rassel Hz. İsa-nın 1891 ci ildə gələcəyi xəbərini vermək üçün dünya turuna çıxdı. Lakin bu xəbər də yalan oldu. Almaniya, Türkiyə, İtaliyada özünə tərəfdar toplaya bilməyən Rassel başqa ölkələrə üz tutdu. O öldükdən sonra onun işini Rezerford davam etdirdi.

Yahova Şahidlərinin strukturu


Yahova Şahidləri üç qrupa bölünürlər. İlk iki qrup Aristokrat qrupudur və onlar “Sadiqlər” adlanırlar; sayları təxminən 200 minə yaxındır. Qalanı isə uşaq və ya xidmətçi səviyyəsində olanlardır.
Təşkilata yeni üzv olanlar üçüncü qrupdan olmağı əvvəlcədən qəbul etməlidirlər.
Onlar bir robot kimi sadəcə mərkəzdən gələn əmrləri yerinə yetirirlər.
Onlar şirin söhbətlərlə gəncləri, xüsusən, müsəlman uşaqlarını aldatmağa, öz amallarına xidmət göstərməyə məcbur etməyə çalışırlar. Telefon danışıq mərkəzlərindən aldıqları ünvanlara broşurlar, kitablar göndərirlər; cəlbedici, gənc qızları qapı-qapı dolaşdıraraq evlərə, iş yerlərinə bu broşur və kitabları dağıdırlar.
Dini görünüşlü bu təşkilatın yayım evləri, villaları, məktəbləri, müxtəlif komitələri və müfəttişləri vardır.
“Gözətçi qülləsi” və “Üsyan” adlı məcmuələrini ayda 5 milyondan artıq tirajla nəşr edib paylayırlar.

Əsas inancları


1. Yəhudilərin müqəddəs kitabı olan Tövratda adı çəkilən YAHOVAnın tanrı olduğuna, İSA peyğəmbərin də “Yahova ölkəsi”nin rəhbəri olduğuna inanırlar.
2. Zahirdə xristianların kitabı olan İNCİLə də inanmış görünürlər və onu maraqlarına uyğun olaraq şərh edib, anladırlar. İsa peyğəmbəri və İncili öz hədəfləri (Dünyanı ələ keçirmək və dini-dünyəvi bir dövlət qurmaq) üçün alət kimi istifadə edirlər.
3. Axirətə - cənnətə inanmırlar, inanclarına görə cənnət dünyada və güman etdikləri məmləkətlərindədir. Şeytan da bu dünyanın gözəgörünməz idarəedicisidir.
4. İsa peyğəmbərin 1914-cü ildən Tanrının krallığını qurmağa başladığına inanır və bundan əlavə, İsanın əsgərlərilə birlikdə bir “Nicatverici” döyüşə girişib yer üzündəki bütün hökmdarları, siyasi qurumları, dövlətləri, millətləri, qısası (öz təbirlərilə) şeytanın güclərini yox edəcəyinə və beləcə Tanrının krallığının da, görünür hələ qarşıda olduğuna inanırlar.
5. Ruha və sonsuzluğa inanmırlar.
6. Özlərinə məxsus ibadətləri vardır, buna “Kral Salonu” adı verirlər.
7. İnsan qardaşlığı sadəcə onlara məxsusdur, bu, digər insanlara aid deyildir. “Yahova şahidi” olmayan hər kəs - onlara görə - bir heyvandır, keçidir və “Yahova Şahidləri”nə qarşıdır.
8. Bütün rejimlərə qarşıdırlar. Camaatı üsyana təhrik edirlər. Yəhudilikdən başqa bütün dinləri düşmən bilirlər; rəhbərlərinin hamısı yəhudidir. Hər “Yahova şahidi” tanrı qəbul etdikləri Yahovanın əsgəridir; əsgərliyə getmir, dövlət bayrağını tanımırlar.
9. Yəhudiliyin müqəddəs saydığı on doqquz kitabın müqəddəsliyini qəbul edirlər.
10. Xristianların təslis inancını, yəni Ata-Oğul-Ruhul Qüds üçlüyünü Yehova-Oğul-Ruhul Qüds kimi qəbul edirlər.

“Yahova şahidləri” Azərbaycanda


Sovet İttifaqının dağılmasından və Qərbin Azərbaycana ayaq açmasından sonra bəzi dini qrup və missiyalar da bu islami ölkəyə daxil olmağa başladılar.
Əsaslı maliyyə dəstəyinə malik bu dini təşkilatlar öz din və adət ənənələrini Azərbaycanın müsəlman xalqına qəbul etdirmək üçün çox böyük səylərə başladırlar. Bu qrupların biridə “Yahova şahidləri” (Yahva şahidləri) qrupudur ki, son zamanlar öz fəaliyyətini ölkəmizdə xeyli intensivləşdirib. Rəsmi olraq onları fəaliyyəti Azərbaycanda qadağan olunub.
Cənubi Qafqazda "Yahova şahidləri"nin əsas evi Gürcüstan sayılır. Bu ölkə heç də təsadüfi seçilməyib. Ermənistan və Azərbaycanın "yahovalar"ının bir yerdə cəmləşməsi üçün Tiflis ən yaxşı məkandır. Hər il bir neçə dəfə Tiflisə özlərinin konqresinə gedən "yahovalar"ın Azərbaycandakı sayını öyrənmək o qədər də çətin deyil.
Hazırda 230-dan çox ölkədə təbliğ olunan 6 milyondan çox insan özünü "Yahova şahidi" adlandırır.

Yığıncaqları və "Krallıq zalları"


"Yahova şahidləri"nin yığıncaqlarının əksəriyyətində hər həftə 3 görüş keçirilir. Görüşlər dua ilə başlanır və dua ilə başa çatır. Görüşlərin çoxunda ruhani (ilahi) mahnılar oxunur. Giriş sərbəstdir. Yığıncaq iştirakçıları, imkanına görə, əvvəlcədən qoyulmuş qutulara pul atır. Yığıncaqlar keçirilən "Krallıq zalları" adlandırılır. Bu tikililər adətən müxtəlif ölkələrdə "Yahova şahidləri"nin sıralarından olan könüllü işçilər tərəfindən inşa edilir və sadə olmasına əhəmiyyət verilir. "Krallıq zalları"nda, müxtəlif xristian məzhəblərində olduğu kimi, şəkillər, xaçlar və buna bənzər şeylər görmək mümkün deyil. İcarəyə götürülən yerlərin xərcləri könüllü ianə hesabına ödənilir. Başqa yerlərdə onların məclislərinə giriş sərbəst olduğu halda, ölkəmizdə bura ancaq əvvəlcədən dəvət edilənlər daxil ola bilər.
Hər bir yığıncağa "ağsaqqallar", yəni nəzarətçilər rəhbərlik edir. Onlar yığıncağın təşkilinə başçılıq edirlər. Onlara köməkçilər yardım edir. Bu xidmətçilər yığıncaqdakı başqa adamlardan üstün hesab edilmir. Onların xüsusi titulları olmur. Geyimlərilə də başqalarından fərqlənmirlər. Gördükləri işə görə onlara maaş verilmir.
Missionerlik fəaliyyətilə məşğul olanlar "pioner" adlandırılır. Pionerlər də gündəlik, həftəlik və aylıq bu işə sərf etdikləri vaxta uyğun olaraq "ümumi", "xüsusi" və "köməkçi pioner" adlandırılır.

Bayramları qəbul etmirlər


"Yahova şahidləri"nin hər il kütləvi görüşləri - konqresləri keçirilir. Bu görüşlər zamanı birlikdə müqəddəs kitaba əsaslanan təlimlərdən ibarət xüsusi mühazirələrə qulaq asırlar.
Bütün dünyada yüzdən artıq şöbələri fəaliyyət göstərir. Bu filiallarda "Müqəddəs Kitab"a əsaslanan ədəbiyyatın çap edilməsi və lazımi yerlərə göndərilməsi könüllü işçilər tərəfindən yerinə yetirilir. Filiallardan, həmçinin, təbliğat işinə də nəzarət edilir.
"Yahova şahidləri" heç bir bayramı və ya ad günlərini qeyd etmirlər. Milad bayramını və ritualları da keçirmirlər. Xristianların əsas bayramlarından biri olan Pasxa bayramı da onlar üçün əhəmiyyət kəsb etmir.
Həzrəti İsanın, başqa xristianlardan fərqli olaraq, dekabr ayının 25-də anadan olduğunu qəbul etmirlər. Onun təxminən oktyabrın 1-də anadan olduğuna inanırlar. Onlara görə, İsa heç vaxt tapşırmayıb ki, məsihilər onun ad gününü qeyd etsinlər. Əksinə, deyib ki, şagirdləri onun ölüm gününü yad etsinlər. Çünki O, "günahdan qurtarmaq, səhvlərə son qoymaq, qanunsuzluğu düzəltmək və əbədi salehliyi gətirmək üçün" yer üzünə gəlmişdi.

Adəm və Həvvanın günahkar olduğuna inanırlar


"Yahova şahidləri"nə görə, Adəm ilə Həvva Allaha qarşı üsyan edərək əbədi həyatı itiriblər. Bununla da bəşəriyyətə günah və ölümü gətiriblər. Adəmdən sonra yer üzündə yalnız bir kamil insan - İsa Məsih anadan olub. Buna görə də "Müqəddəs Kitab" İsanı "sonuncu Adəm" adlandırır və Məsihin özünü hamı üçün qurban verdiyinə bizi əmin etməyə çalışır. Belə ki, İsa "qurban" getməsi ilə insanlara əbədi həyatı qaytardı.
Onlar Həzrəti İsanı "quzu", Yahovaya inanmayanları isə inadkırlıqlarına görə "keçi" adlandırırlar.
Lakin "Yahova şahidləri"nin hər il xüsusi qeyd etməli olduğu bir gün var. Bu, Həzrəti İsanın axşam yeməyidir. Bu yemək "Məsihin öldüyü axşamın xatırlanması" da adlandırılır. Bu bayramı keçirmələrini Həzrəti İsanın şəxsən tapşırdığını bildirirlər. Başqa vaxtlarda istədikləri kimi geyinməyə icazə verilən qızlar və oğlanlar "Krallıq zalları"nda geyiminə fikir verməlidir. Əsasən də qızlar "qardaşları"nın diqqətini cəlb edib mühazirədən yayındırmamaq üçün uzun geyinmək məcburiyyətindədirlər.


Last edited by ADMiN on Sat Jul 18, 2009 5:03 pm; edited 1 time in total
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
Psi Lord

Psi Lord


Cinsiyyəti : Male Bürcü : Pisces İsmarıc sayı : 18
Ad günü : 1989-02-23
Yaşı : 35
Şəhər/Ölkə : Baki
İşi/hobbisi : Internet
Qeydiyyat tarixi : 2009-05-31

Yehova şahidləri Empty
PostSubject: .   Yehova şahidləri Icon_minitimeTue Jul 07, 2009 9:11 am

Eziyetine gore tesekkurler. Maraqli melumat idi
emeye saygi
Back to top Go down
 
Yehova şahidləri
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Din :: Dini müzakirələr-
Jump to: