HomeHome  RegisterRegister  Log inLog in  

 

 YUXUDAKI QƏZA

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

YUXUDAKI QƏZA Empty
PostSubject: YUXUDAKI QƏZA   YUXUDAKI QƏZA Icon_minitimeSun Jul 19, 2009 8:24 pm

Yağış və qaranlıq, onları görməmi çətinləşdirirdi. Lakin avtomobil faralarından və əl fənərlərindən əks olunan işıq sayəsində dərədən bir xərək keçirən insanları fərq edə bilirdim. Onların təpəyə yorğun-yorğun getmələrini və xərəyi yerə qoymalarını izlədim. Tam xərəkdəki adamın ölümü, yoxsa canlımı olduğunu öyrənmək üzrəykən oyandım.
Üzüm tər içində idi və ürəyim sürətlə döyünürdü. Saat səhərin altısı idi, ürpərərək xərəkdəki adamın qardaşım Pat olduğu hissinə qapıldım. Lakin nə üçün birdən belə bir hissə qapıldığımı bilmirəm. Yuxu elə canlı idi ki, qardaşımın səhhətini soruşmaq üçün Colorado Springdəki ailəmə zəng etdim. Mənim bu sürpriz telefonuma atam dərhal cavab verdi. Buna bir məna verə bilmədim, çünki o işə getmək üçün normal olaraq səhərin 06.30-unda qalxmazdı.
Ayrıca telefon alt qatdakı zalda idi. Başqa bir qəsəbədə yaşayan Patdan xəbər alıb-almadığını soruşdum və yatağından qaldırdığım üçün üzr istədim. Atam, keçən gecə özünün və anamın Patdan xəbər aldıqlarını, narahat olmağa gərək olmadığını söylədi.
Onun verməyə çalışdığı zəmanətə baxmayaraq, səsi mənə qəribə gəlmişdi. 1977 Mayının ilk gününə qədər yuxunun məndə buraxdığı duyğunu üzərimdən ata bilmədim. Bir axşam atam zəng etdi. O səhərki telefon danışmamdan ötəri üzr istədi və məni həyəcanlandırmaq istəmədiyi üçün belə davrandığını söylədi və mənim zəng etdiyim o səhər, Patın yaşamaqda olduğu qəsəbə polislərindən birinin, Grand Junction yaxınındakı kiçik bir qəsəbə olan Fruita Colo ətrafında Patın bir yol qəzası keçirdiyini xəbər verdiyini izah etdi.
Bu anda xəstəxanada olduğunu və sağlamlıq vəziyyətinin yaxşı olduğunu əlavə etdi. Polis tərəfindən atama izah edilən qəza səhnəsiylə əlaqədar görünüşlərin eynisini o səhərki telefonunda, qüsursuz olaraq atama izah etmişdim.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
YUXUDAKI QƏZA
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Paranormal hadisələr-
Jump to: