HomeHome  RegisterRegister  Log inLog in  

Share
 

 Yuxulardan alınan ilham.

Go down 
AuthorMessage
ADMiN2
Admin
Admin


İsmarıc sayı : 15
Qeydiyyat tarixi : 2009-05-30

Yuxulardan alınan ilham. Empty
PostSubject: Yuxulardan alınan ilham.   Yuxulardan alınan ilham. Icon_minitimeMon Jul 20, 2009 4:31 pm

1863-də Alman kimyaçı August Kekulé, aromatik mürəkkəblərin kimyəvi quruluşu, xüsusilə də benzindəki hidrogen və karbon atomlarının necə bağlandığı problemi ilə qarşı-qarşıya qalmışdı. Bir gün yuxusunda benzin molekulunu, bir dairə meydana gətirən və öz quyruğunu udan bir ilan olaraq "gördü". Kekulé oyandığında, karbon atomlarının bir halqa meydana gətirmələri lazım olduğunu fərq etdi.
Buxar mühərrikini icad edən Ceyms Watt da, ərimiş qurğuşunu yüksəkdən suya süzərək qurğuşun billyanın necə ediləcəyini yuxusunda gördü. Yuxudakı görünüş leysan halındakı yağış idi, amma anlaşılan, Watt, şüuraltı ilə son dərəcə yaxşı təmas halında idi, çünki bunu doğru bir şəkildə şərh edə bilmişdi.
Məşhur fizikaçı Ceyms Rutherford da bir axşam işdən evə dönərkən tramvayda yatıb qalmış və yuxusunda, uzun zamandır üzərində çalışdığı və bu günki modelə də liderlik etmiş olan atom modelini görmüşdü.
On doqquzuncu əsr İsveçrəli paleontoloqu Luis Agassiz, oyandığında heç cür xatırlaya bilmədiyi bir balıq qalığının quruluşunu bir neçə dəfə yuxusunda görmüşdü. Detalları qeyd edə bilmədən iki dəfə yuxunun izləri itmişdi, amma üçüncü gecə yatağının başına bir qeyd dəftəri yerləşdirdi və yuxusunda gördüklərini qeyd etdi. Gün işığında qeydlərinə baxdığında isə, bunların bir məna ifadə edəcəyindən şübhə etdi, ancaq qeydlər sınandığında, gerçəyə mükəmməlliklə uyğun gəlmişdi.
Bir çox yazar, romanlarının bütün mövzusunu yuxularında görmüşlər. Charles Dickens, tam formalanmış haldakı xarakterlərin hamısının, mürgüləməkdə olan zehininin qarşısından keçdiyini sıxlıqla görmüşdür. Samuel Taylor Coleridge, Kubla Han adlı epik şeirini tək bir yuxuda görmüş və ertəsi səhər böyük bir hissəsini yaddaşından yazmışdır. Ancaq, yaxındakı kənddən gələn biri tərəfindən çölə çağırılınca, sonunu unutmuşdur.
Daha yaxın zamanlarda Hamley's mağazasında, Rubik oyuncaqları üstündə mütəxəssis olan Angus Laverny; yüz milyard permutasiyası olan Rubikin Saatının həllini, oyuncağı 1988-dəki bir oyuncaq sərgisində gördükdən səkkiz həftə sonra yuxusunda görmüşdür. İndi problemi on səkkiz saniyədə həll edə bilməkdədir.
Bir problemi düşünüb "yuxuya yatmaq" qazanclı kimi görünməkdədir. Aydın olan o ki, Nobel mükafatlıların da, küçədəki adamın da problemlərinin çoxu yuxular, yəni şüur kənarına gedən kral yolu istifadə edilərək həll edilə bilməkdədir.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Yuxulardan alınan ilham.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Yuxular-
Jump to: