HomeHome  RegisterRegister  Log inLog in  

 

 Teleportasiya

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Teleportasiya Empty
PostSubject: Teleportasiya   Teleportasiya Icon_minitimeSun Aug 03, 2008 2:23 pm

Əbədi mühhərik, qabaqcadangörmə. Müasir fizikanın məlum qanunlarına zidd olan texnologiyalar. Əgər onlar mümkün olarsa, bu, bizim fizikanı anlamığımızda əsaslı irəliləyiş demək olacaq.
Fantastlar üçün ən maraqlı mövzu vaxt maşınıdır. Fiziklər nəzəri cəhətdən vaxta görə səyahət etməyin səbəbini qeyri-mümkün etməyə müyəssər olmamışlar. Ona görə alimlər əks istiqamətdə - bu ideyaların həyata əməli cəhətdən keçirilməsində fikirlərini cəmləmişlər.
Alimlər keçmişə vaxt və fəza baxımından müxtəlif məntəqələri birləşdirən "Qurdvari dişlərdən" daxil olmağı planlaşdırırlar. Lakin açıq kosmik tunelləri saxlamaq üçün "mənfi enerjili" nəhəng yük tutumu lazımdır. Əvəllər onun mövcudluğunu qəbul etmirdilər, indi isə onu laboratoriya şəraitində almaq olar. Lakin hər halda bu nəzəriyyədə hələ çox şeylər müəmmalıdır. Kakunun fikrincə, yaxın bir neçə min ildə vaxt maşınını hazırlamaq mümkün olmayacaqdır.
Teleportasiya üzrə olan təcrübələr müəyyən hallarda uğurla nəticələnmişdir. Fiziklər fotonu iki Kanar adası - La Palmadan Tenerifə qədər 142 kilometr məsafədə yerləşdirə bilmişlər. Lakin Kaku etiraf edir ki, ilkin obyekt əslində eksperimentin gedişi zamanı məhv olur, onun təyinat aldığı yerdə isə elə həmin informasiya məcmusuna malik olan ekiz tayı maddiləşir. Professor əlavə edir ki, teleportasiya ideyası tamamilə bir neçə əsrdən əvvəl həyata keçirilə bilməyəcəkdir.
Bəşəriyyətin ağlını çaşdıran daha bir müəmmalı mexanizm görünməz olmaq qabiliyyətidir. Professorun fikrincə, bu fantastik texnologiya ilkin fantaziyalardan biri olaraq öyrənilə bilər. Alimlər kölgələri göstərən və əksolunma verməyən (bu da obyekti ətrafdakılar üçün görünməz edir) metamaterial adlı qeyri-adi kompozit üzərində işləyirlər. Yeri gəlmişkən, Kaku istisna etmir ki, hələ indiyə qədər heç kəs vaxt üzrə səyahətçiləri görməmişdir, çünki onlar "gözəgörünməz" ola bilirlər.
Artıq bir neçə onillərdir ki, astronomlar kosmosda canlı şüurlu məxluqlar axtarırlar. İndiyə qədər axtarışlar sistemsiz aparılmışdır. Lakin peyklər sayəsində alimlərin imkanları kifayət qədər genişlənmişdir.
"Hələlik biz minə yaxın ulduzu skanirə etmişik, bu isə Qalaktika miqyasında çox azdır. Biz indiyə qədər bütün axtarışlar dövründə toplaya bildiyimiz informasiyalardan min dəfə çox olan informasiyaları nəzərdən keçiririk" - Kaku bəyan etmişdir.
Fizikin fikrincə, yadplanetli sivilizasiya ilə təmas yaxın onilliklərdə baş verə bilər.
MƏNBƏ "MÖVQE" QƏZETİ
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Teleportasiya
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsixologiya platformu :: Yazılar & sənədlər-
Jump to: