HomeHome  RegisterRegister  Log inLog in  

Share
 

 “ALİ ŞÜURUN MÖHTƏŞƏM SİRLƏRİ”

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

“ALİ ŞÜURUN MÖHTƏŞƏM SİRLƏRİ” Empty
PostSubject: “ALİ ŞÜURUN MÖHTƏŞƏM SİRLƏRİ”   “ALİ ŞÜURUN MÖHTƏŞƏM SİRLƏRİ” Icon_minitimeThu Jul 23, 2009 4:13 pm

“...Biz Allahın yerini Kainatın hüdudları kimi müəyyən edə bilərik, yəni ki, onu kim hərəkətə gətirməlidir. Əgər biz nəzəriyyənin yekununu əldə etmək istəyiriksə, biz bu sərhəddə nə baş verdiyini bilməliyik. Əks halda biz ancaq bu nəzəriyyənin tənliyini həll edə bilərik...”

Məqalənin əvvəlində epiqraf kimi verilən bu sözlər görkəmli ingilis astrofizika alimi, Nobel mükafatı laureatı Stiven Hokinqə aiddir. Bu onun, jurnalist, fəlsəfə elmləri doktoru R. Uebrin: “Kainatın yaranma sirlərinin həllində, müasir elmdə Allaha yer varmı?” sualına cavab idi. Və S. Hokinq Allahın yerini Kainatın sərhədində təyin etdi. Onun sözlərinə görə, “müəyyən etmək lazımdır ki, doğurdandamı zaman-məkan sərhədsizdir?! Əgər onun sərhəddi varsa, onda kimsə onun arxasında baş verən hadisələri öyrənməli olacaq. Və onda, həqiqətən bizim Allahın köməyinə ehtiyacımız olacaq...”

Son zamanlar Allahın mövcudluğu sualına yeni elmi termin - «Ali şüur Kainatın «heçnədən» yaradılması mexanizminin təhlilinin həqiqi faktoru hesab olunur. Məhz bu sual məişətin məkirli problemlərinin dərk olunmasında bizə kömək edir: həyatın yaranma mexanizminin, həm də, dərrakəli həyatın. Əlbəttə ki, buraya Kainata paralel olan virtual - «N» ölçü dünyası, - paralel dünyaların problemləri də aiddir, - hansı ki, «mikrokosmos makrokosmosu idarə edir» - prinsipi ilə bizim fiziki və maddi dünyamızı idarə edir.»
Bildiyimiz kimi ufologiya - UNO və anomal hallar (AH) elmi «N» - ölçü koordinatları ilə bağlı virtual dünyaların mövcudluğunun tədqiqini özündə birləşdirir. UNO və AH haqqında ufoloji ədəbiyyatları analiz edərək biz belə qərara gəlirik ki, qədim dövrlərdə qədim dünyanın alimləri virtual dünya (axirət) haqqında kifayət qədər dəqiq məlumata malik idilər və onlar görünməyən və dərk olunmayan dünyalarla uğurlu əlaqələrə cəhd etmişlər. Məhz virtual dünyalarla telepatik əlaqələr dərin fəlsəfi düşüncə üçün qida vermiş və ilk baxışdan qədim insanlar üçün qeyri təbii və qeyri adi sualların formalaşmasına imkan yaratmışdır. Təfəkkür nədir? Uzaq məsafələrə o necə paylanır? Onu necə qiymətləndirmək olar və onun yayılma surəti necə ölçülür?

Bu sual hələ Babilistan, Misirin, Hindistanın, Çinin, Yunanıstanın qədim müdriklərini çox narahat etmişdir. Bu sualı qədim yunan alimi Platon (427-347 eramızdan qabaq) öz əsərlərində daha geniş işıqlandırmışdır. İlk dəfə olaraq məhz o, öz məşhur «Dialoq» əsərində təfəkkürün maddiliyi haqqında qeyri-adi ideyanı irəli sürmüşdür. Özünün eydos (eydos – təfəkkür, Platonun termini) haqqında işlərində o təfəkkürün maddiliyini təsdiqləyirdi. Nə qədər qəribə olsa da qədim Babilistan, Misir, Hindistan, Çin müdriklərinə məlum idi ki, təfəkkür işıq surətindən yüksək surətlə «ani» yayılır.Bundan əlavə, qədim Hindistanın, Nepalın müdriklərində «ünsiyyətin» 8 kanallı mexanizmi - insanların kosmosla əlaqəsi, yuxu zamanı informasiyanın əldə olunması mexanizmi, yuxugörmə mexanizmi, Yerin enerji informasiya sahəsinə çıxışı, günəş sistemi, qalaktika və bütünlükdə kainat - haqqında məlumat var idi.

Platonun işlərindən məlumdur ki, 4-cü sivilizasiyanın nümayəndələri - atlantlar gələcəyə nəhəng məsafələrdə istənilən növ telepatik göndərişlərə dair sirlərə malik idilər. Qədim Misir kahinləri, görünür atlantlardan estafeti qəbul etmiş, onların məxfi bilikləri Xeops piramidasında firon qəbirlərinə uzanaraq, hansı ki, ruhun göndərilməsini həyata keçirməyə və onun virtual dünyalarda və informasiya məkanında fikrən daşınmasına və bütün Kainatın araşdırılmasına imkan verirdi?! Qeyd etmək lazımdır ki, Amerika alimləri tərəfindən aparılmış son tədqiqatlar göstərir ki, Xeops piramidası möcüzəli xüsusiyyətlərə - başqa-virtual dünyaların «informasiya məkanına» çıxışı - malikdir. Çünki, Xeops piramidası, onun zirvəsi xüsusi energetik xüsusiyyətlərə malikdir, hansı ki, insanın alnında yerləşən «3-cü gözünün» fəaliyyətinə, qalaktika və kainat seyrəkliyinin informasiya məkanında öz ruhunu göndərməsinə imkan yaradır, bununla bütün kainatı məkan-zaman istiqamətində gözlə müşahidə etmə imkanlarını artırır. Qədim Misir kahinləri bu metodları bütün elmi tədqiqatlar üçün istifadə etmişlər. Xüsusilə də özlərinin dəqiq astronomik hesablamaları zamanı. Məsələn, günəş tutulmalarının qabaqcadan deyilməsi, Nil çayının daşması, ulduzlar, qalaktikalararası məsafələrin ölçü məlumatlarının alınması, günəş sisteminin ölçüləri və s.

Bununla əlaqədar, qədim Hindistanın telepatik yoq qabiliyyəti çox təəccüblüdür, yeri gəlmişkən o qabiliyyət indi də mövcuddur. Müasir yoqlar yeni çalışma sistemini işləyib hazırlamışdır, hansı ki, onun köməyi ilə özünün telepatik fəaliyyətini artırırlar. Belə ki, qədim Hindistanda yoqalar Kainatın bütün qeyri obyekt «sonluqlarına», onun haqqında informasiya almaq üçün gipnotik göndərişlər etmişdir. Çox vaxt yoqlar bir neçə ay davam edən litarqik yuxuya gedirdilər və yuxudan ayıldıqdan sonra onlar dünyaya Kainat, qalaktika, ulduzlar və gələcək haqqında düzgün olan məlumatlar gətirirdilər. Bundan başqa, onlar hansısa yolla Kainatın obyektləri haqqında ölçü məlumatı alırdılar və günəş sistemində planetlər, ulduzlar arasında məsafəni «ölçmək» imkanları əldə edirdilər. Belə ki, qədim Misirlilər Günəş və Yer arasında olan 149 mln. km məsafəni (150 mln. km) ölçürlər. Nəzərə almaq lazımdır ki, Xeops piramidasının hündürlüyü nə vaxtsa 149 m-ə bərabər olub, yəni Günəşlə Yer arasında məsafənin milyard dəfə kiçik surətidir. Belə bir mülahizə var ki, bəzi dünya konstantı və günəş sistemi səviyyəsində Xeops piramidası metrik ölçülərdə kiçik formada şifrələnib. Məsələn, «n» ədədi, və bucaqların radion ölçü mexinzmin hətta şifrələnməsidir. Bundan başqa metrik ölçülərdə Xeops piramidası və onun yeraltı gizli keçidlərində şifrələnmiş məlumatların - «kod» - Kainatın yaranması və Kainatın təkamülünün əsas parametrlərinin mexanizmi haqqında əlifba rəqəmli kod - olması ehtimal edilir. Amma bu mövzu xüsusi tədqiqatların predmeti sayılır və bu mövzuya bu məqalədə toxunmayacağıq.Qeyd etmək lazımdır ki, Babilistan və Misir dövründən məlum olan giptonik reqresiya Şərq-də geniş yayılmışdır və bundan bir çox orta əsr alimləri Kainatın ayrı-ayrı obyektləri və bütünlükdə Kainat haqqında real və obyektiv məlumatlar haqqında öz elmi tədqiqatlarında geniş istifadə edirdilər.

Fərəhləndirici haldır ki, bizim əcdadlarımız olan N.Gəncəvi, N.Tusi, İ.Nəsimi öz tədqiqatlarında giptonik reqresiya metodlarından istifadə etmişlər.

Giptonik reqresiya metodu ona əsaslanıb ki, qədim alimlər Kosmosda ruhun göndərilməsi sirrini bilirdilər. Əsasən ruhun və onun məkana göndərilməsi - üçün qədim müdriklər 10-13 yaşlı oğlanlardan və ya 14-19 yaşda qız uşaqlarından istifadə edirdilər, belə ki, bu yaş həddində onlar çox yaxşı ötürücüsü kimi - təfəkkürün məsafədən «telepatik qəbuledicisi» hesab olunurdu. Qədim alimlər hipnoz altında uşaqların ruhlarım qarşısına konkret tapşırıq qoyaraq Kosmosa göndərirdilər. Məsələn, Yerdən Günəşə qədər məsafə nə qədərdir və ya günəş sistemində yaxın planetin ölçüləri neçədir: Mars, Venera və s.

Son illər məlum olub ki, M.Nastradamus 3000 il gələcəyi qabaqcadan xəbər verməyi reallaşdırmışdır, çünki, o, son illər Misirdə kabbalistika (gizli bilikler) - qədim Misir elminin sirlərini öyrənmişdir. Xeops piramidasında yazıların, heroqliflərin, İsgəndəriyyə kitabxanasında qədim yazıların açılması ilə məşğul olmuşdur. O qədim Misir heroqliflərini çox dəqiq açmış və onlarda olan məlumatları əldə etmişdir. Şərq alimləri də bu və ya digər dərəcədə qədim elmlərin sirlərini bilirdilər. Bu alimlərin arasında biz böyük fəxrlə 400-500 il Avropa renesansını qabaqlayan müsəlman renesansının nümayəndələrini misal göstərə bilərik. Bu müsəlman renesansının ulduzlarına böyük Azərbaycan alimlərindən - N. Gəncəvi (1141-1203), N.Tusi (1204-1274), İ. Nəsimi (1370-1417) də aiddir.

Qədim əsatirlər və qədim dünya tarixini tədqiq edərək, biz görürük ki, qədim dövrlərdə qədim dünyanın - Babilistan və Misir kahinləri həm də digər xalqların müdrikləri keçmiş və gələcək arasında telepatik giptonik göndərişlərin aparılmasında böyük elm və təcrübəyə malik idilər. Məsələn, Çin kahinləri, dəqiq desək Nepal şamanları insanın telepatik qabiliyyəti və onun uzunömürlülüyü üçün insanın beyinciyinə gümüş iynə vururdular və bununla insanda xüsusi telepatik qabiliyyətlərin yaranmasını stimullaşdırırdılar. Dəqiq desək, iynəni insanın beyinciyinə daxil etməklə yoqlar insanda alında yerləşən 3-cü gözünün «görməsini» stimullaşdırırdılar. Bundan əlavə keçmiş və gələcəyə öz telopatik göndərişləri üçün (dünya enerji informasiya məkanında) qədim alimlər 10-14 yaşda oğlan və 14-19 yaşda qız uşaqlarından istifadə edirdilər. Bu onunla izah olunur ki, bu yaşda yeniyetmələrin beyni ekstrasensor qabiliyyətə, hissiyyata malik olur və telepatik seanslara və əlaqələrə yararlıdır.

Qeyd etmək lazımdır ki, giptonik reqressiya metodu, görünür orta əsrlərdə Şərqdə də geniş istifadə olunmuşdur və çox məşhur olmuşdur. Xüsusilə, orta əsrdə Azərbaycanda bu metodlardan N. Gəncəvi, N. Tusi Kainat haqqında məlumat almaq üçün bir alət kimi istifadə etmişlər. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycanın ərazisində görünür giptonik reqressiya mexanizminə malik «sehrbazlar məktəbi» olmuşdur. Yeri gəlmişkən, bu gün də Azərbaycanda, xüsusən də Gəncədə və Bakıda keçmiş və gələcəyə ruhi göndərişləri həyata keçirmək qabiliyyətli giptonik reqressiya mexanizminə malik olan sehrbazlar məktəbinin nümayəndələri var.

Kabbalistika gizli biliklər ilə məşğul olan sehrbazlar məktəbinə N.Gəncəvi, N.Tusi və İ.Nəsimi kimi dahilərin əlaqələri haqqında danışarkən qeyd etmək lazımdır ki, bu dahilərin həyat tərzindən aşağıdakılar məlumdur, məsələn, özünün son illərində N.Gəncəvi dərvişlik edərək və bütün Şərqdə səyahət etmişdir. Onun əsərlərindən məlum olur ki, o Misirdə, qədim İsgəndəriyyənin məşhur kitabxanasında olmuşdur. Hansı ki, burada kabbalistika (sirli elmlərin açılması) ilə məşğul olurdu. O burada qədim yunan və Misir alimlərinin işləri ilə tanış olmuşdur. Məlumdur ki, N.Gəncəvi dörd dildə - ərəb, qədim latın, fars və qədim yunan dillərində yaxşı danışırdı.

Bu sözləri eyni zamanda dahi N. Tusiyə de aid etmək olar. Hansı ki, qədim Şərqi gəzmiş və o da həmin dörd dildə danışa bilirdi. Yeri gəlmişkən dahi Nizami haqqında danışarkən qeyd etmək lazımdır ki, «Xəmsə» - beş poemadan başqa o, 30 min beyt şer yazmışdır, amma, onlar izsiz yox olmuşdur. Ehtimal olunur ki, məhz bu əsərlərində o, dünyaya görüş, fəlsəfı xarakterli elmi tədqiqatlarını cəmləmişdi.

Və, nəhayət İ. Nəsimi - elmin şəhidi, sözsüz ki, kabbalistikanı mənimsəmişdi. Bundan əlavə, o da, dərviş qiyafəsində bütün Şərqi gəzmişdi. Xüsusilə o Suriyada da olmuşdur, burada o qəddar cəzaya diri-diri dərinin soyulmasına məruz qalmışdı. Beləliklə, təbiətin fundamental qanunlarmı dərk etmək məqsədilə dünya enerji informasiya məkanına ruhun göndərilməsi - giptonik reqressiya metodunu istifadə edərək Ali Şüurla əlaqə yolu ilə eldə olunmuş aprior (təcrübəyə qədər) biliklər bəşəriyyətə yer elminin - yer sivilizasiyasını yaratmağa imkan verdi. Bunun təsdiqi kimi, kosmosda orbitdən dəqiq izlənən planetin istənilən müxtəlif səthində yerləşən qədim meqalit tikililəri misal göstərmək olar. Kosmosdan daha dəqiq görünüş bir mənalı qanunauyğunluğu qeyd etməyə imkan verir. Belə ki, bütün bu meqalit tikililər 27-ci paralelə doğru cəmləşiblər və planetin seysmik kəməri (planetin daha çox qeo-aktiv əraziləri: Bermud üçbucağı, (Şeytan) kəməri (yaponiya sahilləri), Saxara səhrası, Qobi, Nepal (Himalay), Böyük Misir piramidaları zonası, Qafqaz, Xəzər sahilləri və s. əhatə edir.

Buradan təbii ki, sual meydana çıxır. Meqalik tikililərin hansı funksiyaları var?

Verilən suala cavab verərək qeyd etmək lazımdır ki, axır zamanlar belə bir fikir yaranıb ki, meqalik tikililərin funksiyaları müxtəlif məqsədli xarakter daşıyır. Bu tikililərin gəlmələr tərəfindən qurulması və ya, əks halda onların insanlardan muzdlu işçi kimi istifadə etməsi ehtimal olunur. Tikililərin quruluşu, onlann qurulması texnikası ideyası və s. həmin gəlmələrə aid idi. Bu tikililərin yaradılmasının əsas məqsədi Kosmosdan yerin orbital nəzarətini təmin etməkdir. Onlar bir növ açıq havada olan qədim rəsədxana hesab olunur. Məsələn, Bakıdakı «Qız Qalası» tikilisi, hansı ki, çox məqsədli meqalik tikili hesab olunur. Bizim fıkrimizcə, Qız Qalasının UNO-nun Xəzərin dərinliyində tektonik çatlarda yerləşən yeraltı bazası ilə əlaqəsi var.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
“ALİ ŞÜURUN MÖHTƏŞƏM SİRLƏRİ”
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Digərləri-
Jump to: