HomeHome  RegisterRegister  Log inLog in  

 

 Enerjinin Təbiəti

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Enerjinin Təbiəti Empty
PostSubject: Enerjinin Təbiəti   Enerjinin Təbiəti Icon_minitimeThu Jul 30, 2009 5:39 pm

Canlı və cansız olan hər varlıq sıxlaşmış bir enerjidir və hər varlığın fiziki forması xaricində olan bir də enerji sahəsi vardır. Maddi forması meydana gətirən hər atomun özünə xas bir titrəşməsi olar.
Atomlar və atomaltı zərrəciklər ətraflarına yaydıqları enerjetik titrəşmələrə malikdir. Bu titrəşmələr olduqları məkan içində dağılar. Məsələn radiyoaktiv elementlərdən yayılan və radiasiya deyilən enerji növü ətraflarındakı digər atomlara da təsir edər. Yalnız atomlara deyil, o atomların meydana gətirdiyi molekullara, hüceyrələrə, toxumalara da sinmiş olar.
Gərək maddənin, gərəksə insan bədənindən çölə daşan enerjetik təzahürlərin varlığı 1950-ci illərdən sonra inkişaf etdirilən bəzi cihazlarla təsbit edilə bilməkdədir.
Aura və enerji sahəsi ilə əlaqədar konkret araşdırmaların ən əhəmiyyətlilərindən biri "Kirlian Fotoqrafçılığı"dır. Bu texnikada istifadə edilən cihaza, Rus mühəndis Semyon Kirlian və həyat yoldaşı Valentina Kirlian tərəfindən inkişaf etdirildiyi üçün "Kirlian cihazı" deyilməkdədir.
Bu texnika; yüksək gərginlikli, yüksək tezlikli elektrik sahəsi içərisinə yerləşdirilən bir cismin səthindən yayılan işıqlı korona(rusca tac) deşarjının fotoşəklinin çəkilməsidir. Bu texnikanın insan bədəninin enerji sahəsinin təsbit edilməsində çox əhəmiyyətli bir yeri vardır.
Kirlian cihazıyla davam etdirilən araşdırmalara görə, yalnız insanların deyil, bitki və heyvanların da bir enerji sahəsi olduğu aydın olur. Bu sahənin sağlamlıq və həyəcan hallarına bağlı olaraq işıldama və rəng dəyişiklikləri göstərdiyi müəyyən olunub.
Kirlian Fotoqrafçılığı üsulu indiki vaxtda Rusiyada bir çox xəstəxanada xəstəlikləri yoxlamaq məqsədiylə istifadə edilməkdədir. Ayrıca Qərb ölkələrində də bu mövzuda xeyli araşdırmalar edilməkdə və bir çox sahədə bu texnikadan faydalanılmaqdadır.
Bu üsulla təsbit edilən enerji sahəsinə "Korona" adı verilər. Burada fotoşəkili çəkilən şey, qabiliyyətli insanların qəbul edib təsvir etdikləri mənada bir "aura" deyil. İnsan Enerji Sahəsinin fizikaya yaxın bir hissəsini təmsil etməklə birlikdə, yenə də adamın gərək fiziki sağlamlığı, gərəksə psixoloji vəziyyəti haqqında çox açıq və dəqiq bəzi məlumatlar təmin etməkdədir.
İnsanın enerji sahəsiylə əlaqədar təqdimatlar tarixin hər dövründəki mədəniyyətlərdə vardır. Məsələn Pifafor kimi antik yunan filosoflarının əsərlərində, Amerikan yerliləri, gülxaç cəngavərləri, Tibet və Hind təlimlərində, Xristian-Yəhudi və islamın mistik və ya ezoterik iş görən qruplarının yazılı və şifahi ənənələrində və s. enerji sahəsi ilə əlaqədar şərhlər vardır.
Aura, psixik qabiliyyəti olan insanlar, durugörürlər tərəfindən görülə bilər. Bəzi insanlar aura görmə qabiliyyətinə doğuşdan malikdir. Bəzi insanlar isə spiritual xüsusiyyətli məşqlər ilə aura görmə qabiliyyətinə sonradan çata bilər. Auraları görməsək belə, hər birimiz onun varlığını hisslərimiz vasitəsilə onsuz da qəbul edirik.
Aura səviyyəsində təməl həqiqət enerjidir. Bu enerji təbəqələrini istiqamətləndirən isə ruh halımız və ya şüur halımızdır. İçində olduğumuz hallar, yaşadığımız hadisələr, xoşbəxtlik və ya bədbəxtliklərimiz, hirsimiz, əsəbiliyimiz və s. şüur hallarımızı əks etdirər. Və bu hallara qarşılıq gələn enerjilər də ətrafımıza yayılar.
Bu əks etdirmə enerji sahələrimiz ilə rezonansa girə bilən fərdlər tərəfindən də qəbul edilər. Onun üçün çox vaxt bir insana "Nəyin var?" deyə soruşmadan da onun xoşbəxtmi, bədbəxtmi, hirslimi, içinə qapanmışmı olduğunu anlayarıq. Çünki hər birimizin aurası bir-biriylə qarşılıqlı təmasa keçməkdə və bizlər bu aura təsirləri sayəsində də bir-birimizlə əlaqə yaratmaqdayıq. Fərqində olmasaq da altıncı bir duyğunu istifadə edib ətrafımızdakı enerjetik titrəşmələri də qəbul etməkdəyik.
Məsələn; bəzi insanların yanında özümüzü yaxşı hiss edərik, çünki onun enerji sahəsindən gələn titrəşmələr bizim enerji sahəmizi yüksəltmişdir. Bəzi insanların yanında isə əldən düşmüşlük hiss edərik. Çünki o insan fərqində olmasa da bizim enerji sahəmizdən bir miqdar enerji çəkmişdir. Bu tip insanlara ədəbiyyatda enerji vampiri deyilir. Yaxşı bir durugörülər enerji vampirlərinin enerjini necə və hansı çakrasıyla çəkdiyini çox açıq bir şəkildə görərlər.
Psixik qorunmanın aydın ola bilməsi üçün enerjinin təbiətinin başa düşülməsi bu səbəblə əhəmiyyətlidir. Əgər enerji sahəmizi gücləndirib qoruma altına alsaq, həm çöldən gələcək mənfi titrəşmələrə qarşı qorunmuş olarıq, həm də yaydığımız müsbət titrəşmələrlə ətrafımızdakı insanların ruh hallarının müsbət qalmasına, olduğumuz məkanların müsbət titrəşmələrlə bəslənməsinə səbəb olarıq

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Enerjinin Təbiəti
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Parapsixologiya haqqında hər şey-
Jump to: