HomeHome  RegisterRegister  Log inLog in  

 

 Psixik Qorunma Üçün Öncül Hazırlıq

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Psixik Qorunma Üçün Öncül Hazırlıq Empty
PostSubject: Psixik Qorunma Üçün Öncül Hazırlıq   Psixik Qorunma Üçün Öncül Hazırlıq Icon_minitimeThu Jul 30, 2009 6:03 pm

Hər növ enerji çalışması fərdi bir hazırlıq etməyi, niyyət etməyi və özünə zaman ayırmağı tələb edir. ‘Mən həmişə məşğulam' deyənlərin burada öyrənəcəyi bir neçə məşqlə elə də çox bir qazanc gözləməməsi lazımdır. Fiziki olaraq nə qədər güclü, nə qədər sağlamıqsa psixik qorunma tətbiqlərindən o qədər təsirli nəticə alınar. Nəticə əldə etmək üçün də müəyyən məşqləri bir müddət nizamlı olaraq tətbiq etmək lazımdır. Bəzi ağrıları, xəstəlikləri olan insanlar psixik qorunma edə bilməzmi deyə bilərsiniz. Əlbəttə ki edilər. Üstəlik bu tip insanların etdiyi enerji işləri yaxşılaşmalarını da sürətləndirə bilər.
Gərək enerji məşqləri, gərəksə qorunma üçün əvvəlcə etməmiz lazım olanlar bunlardır.
1. Balanslı və nizamlı bəslənmə
2. Nizamlı yuxu
3. Tez-tez duş qəbul etmə
4. Dedi-qodu etməmə, daxili danışmaları, zehni boşboğazlıqları mümkün olduğunca azaltma
5. İstirahət etməyə zaman ayırma, gərgin iş saatlarında qısa fasilələr vermə
6. Fiziki və zehni olaraq boşalma
7. Torpaqlanma
Bütün bunlar əvvəlcə enerji sahələrimizi gücləndirər.
Enerji sahələrimizi nisbətən gücləndirdikdən sonra psixik qorunmaq, meydana gətirəcəyimiz qorunma imicini enerji ilə yükləyib şarj etmək asanlaşar.
Fiziki və Zehni Boşalma
Fiziki və zehni boşalmağı öyrənmək özümüzə çox əhəmiyyətli bir sərmayədir. Zehni sakitləşdirər. Enerji sahəsini gücləndirər. Sağ beynin fəaliyyətini artırdığı üçün olanlara daha yüksək bir fərqindəliklə yaxınlaşmamızı təmin edər. Obrazlama qabiliyyətini hərəkətə keçirər və bütüncül bir fikirlə qəbul etməyə səbəb olar. Daxili müdrikliyimizin rəhbərliyini ala biləcək hala gətirərək dinclik və xoşbəxtlik duyğusunu gücləndirər.
Hər tətbiqdə olduğu kimi, bunun üçün də nizamlı və müəyyən bir müddət çalışmaq, zaman ayırmaq lazımdır. Meditasiya etmək, hər gün,10 dəqiqə belə olsa, səssiz bir otağa çəkilib gözləri bağlamaq, dərin-dərin nəfəs alıb vermək həm bədəni, həm də zehni sakitləşdirər.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Psixik Qorunma Üçün Öncül Hazırlıq
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Parapsixologiya haqqında hər şey-
Jump to: