HomeHome  RegisterRegister  Log inLog in  

 

 Elmi öncəgörmələrin tarixi

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Elmi öncəgörmələrin tarixi Empty
PostSubject: Elmi öncəgörmələrin tarixi   Elmi öncəgörmələrin tarixi Icon_minitimeSun Aug 03, 2008 2:30 pm

Cib telefonları, internet və NASA-nın Ay üzərində baza qurmaq planı arasında hansı əlaqə var? Bunların hamısı elmi-fantastik kitablarda öncədən deyilmişdi.
Düzdür, bir çox əsərlərdə güman edilirdi ki, insan artıq minilliyin sonunda Ay üzərində yaşayacaq. 25 il geciksək də, NASA 2020-ci illərin ortaları üçün bunu etmək niyyətində olduğunu bildirib.

Elmi-fantastika gələcək barədə proqnozlar verərəkən səhv də edib, düzgün ehtimallar da edib. Məsələn, "şəxsi rabitə vasitələri " haqqında Bleykin "Yeddi" və Bətlstar Qalaktika filmlərində söhbət açılırdı.

Lakin orada bu vasitələr qol saatı kimi ələ bağlanırdı. Heç kimin ağlına gəlməmişdi ki, bunları əldə tutub, qulağa yaxınlaşdırmaq lazım gələcək.

Teleportasiya sahəsində elmi-fantastika bizdən min illər irəlidədir. Bu yaxınlarda alimlər fotonların teleportasiyasına nail olublar. Lakin fotonlar çəkiyə malik deyillər. Əgər foton deyilsənsə və olduqca qısa məsafəyə səyahət etmək sənə əl vermirsə, onda teleportasiya sənə yarayan nəqliyyat vasitəsi deyil.




Son hüdud

Fantastlar tərəfindən öncədən görülmüş digər nəqliyyat vasitələri reallığa çevrilib. Təyyarələr, Aya çıxma və sualtı qayıqlar fakt olmamışdan əvvəl fantastik əsərlərdə təsvir edilmişdilər.

Sualtı qayıq Jül Vernin, təyyarələr Herbert Uelsin kitablarında.

Lakin ulduzlararası səyahət elmi-fantastikada ən çox təsvir edilən nəqliyyat forması olsa da, bizə nəinki yeni texnologiyanın gəlişini gözləmək, hətta yeni fiziki qanunların tapılması intizarı ilə yaşamaq qalır.


Aktroid

Teleekranlar da yazıçı fantastlar tərəfindən vaxtilə detallarına kimi təsvir edilib. Uels cibdə gəzdirilə bilən televizorlar və videomaqnitofonlardan yazıb.

Robotlar da gerçəklikdir. Lakin elə də yayılmayıblar. Onlar avtomobillər düzəldir, minalanmış sahələri təmizləyir, kosmik stansiyaları təmir edirlər. Təəssüf ki, ev işlərini görmək hələ də robotların zəif cəhəti olaraq qalır.

Bir sıra Yaponiya şirkətləri humanoid robotlar düzəldiblər. Bunların arasında adamın canına vicvicə salan dərəcədə insana oxşar Aktroid var. Aktroid iclaslara sədrlik edə bilir. Belə getsə, parlamentlərə spiker seçmək kimi başağrısı verən prosedurdan yaxa qurtarmaq mümkün olacaq.
MƏNBƏ "XƏZƏR" QƏZETİ
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Elmi öncəgörmələrin tarixi
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsixologiya platformu :: Yazılar & sənədlər-
Jump to: