Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Evinizi Qoruma

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Evinizi Qoruma Empty
PostSubject: Evinizi Qoruma   Evinizi Qoruma Icon_minitimeThu Jul 30, 2009 6:10 pm

Qoruma kürəciyi ev üçün də tətbiq oluna bilər. Evinizi qoruyucu bir sevgi çevrəsi içində də düşünə bilərsiniz. Hərdənbir evin bütün hissələrini gəzib səmadan gələn qoruyucu bir işıq ilə dolduqlarını da düşünə bilərsiniz.
Qapı və pəncərə önlərinə müxtəlif düşüncə formaları yerləşdirə bilərsiniz. Məsələn; əli çubuqlu bir zəbani obrazı, bir polis və ya gözətçi obrazı meydana gətirə bilərsiniz. Evinizin ətrafında yırtıcı köpəkbalıqlarıyla çevrili bir çay düşünə bilərsiniz. Qapıya at nalı, qoruyuculuğuna inandığınız müxtəlif maskalar asa bilərsiniz.
Meydana gətirdiyiniz obraz hər nə isə onları hər gün enerji ilə şarj edin. Enerji ilə şarj etdikcə onların enerjisini gedərək gücləndirərsiniz. O formaların enerjisi də ətraflarına yayılar. Oğruların enerji sahələri təhlükə siqnallarını hiss etmə mövzusunda çox həssasdır. Hər an "iynə üstündə" işlədikləri üçün, bu həssaslıqları inkişaf etmişdir.
Evdə dava, səs-küy olmuşsa pəncərələri qarşılıqlı açın və havalandırın. Ada çayı və ya qoxusunu sevdiyiniz bir tütsüyü yandırıb əvvəlcə münaqışə olmuş otaqda bir müddət saxlayın. Sonra evin digər hissələrini də tütsüləyin. Tüstü də psixik təmizlik üçün çox yaxşı bir vasitədir. Evi təmizləmək üçün şam da yandıra bilərsiniz. Sevdiyiniz bir musiqini beş dəqiqə müddətində yüksək bir səslə də dinləyə bilərsiniz.
Bir yığıncaqdan çıxdığınızda və ya işdən evə gəldiyinizdə özünüzü gərgin və ya başqalarının stresinin sizə sinmiş olduğunu hiss edirsinizsə, bütün etməniz lazım olan şey, evə gələn kimi üstünüzdən çıxardığınız geyimləri ola bildiyincə sürətli bir şəkildə silkələməkdir. Geyimləri yumaq da təmizlik üçün yaxşı bir yoldur. Yumaq və ya silkələmək o geyimlərin atom quruluşuna təsir etmiş olan enerjiləri onlardan uzaqlaşdırar. Beləcə, çöldən gələn psixik çirklilik də evinizə nüfuz etməmiş olar.
Evdəki əşyalara sinmiş olan təsirlər; əşyaların silkələnilməsi ilə, yuyulması ilə təmizlənə bilər. Divarlar boya və ya ağartma məhlulu ilə təmizlənər. Xüsusilə yad adamlarla görüşdüyünüz hissəyə bir çanaq içində dəniz duzu və ya müxtəlif kristallar qoya bilərsiniz. Duz hər növ mənfi enerjini içinə alır. Bu duzu hərdənbir tualetə töküb yeniləmək, kristalları da hərdənbir duzlu suda gözlədərək təmizləmək lazımdır.
Bəzi məkanlarda və ya evlərdə hiss etdiyimizi sandığımız enerji öz yaydığımız titrəşmələr də ola bilər. Bu səbəblə məqbul və septik olmaqda fayda var. Məsələn; ev işlərini istəməyə-istəməyə edirsinizsə, evdəki məsuliyyətlərinizə etinasızsınızsa, zehni və ya qarşılıqlı olaraq bəziləriylə davamlı münaqişə edirsinizsə bu duyğuların enerjiləri də evə təsir edər.
Yığılan bu enerjilər sizə geri əks olunacağı üçün sizdəki mənfiliyi davamlı bəsləyəcək vəziyyətə gəlir. Bu səbəblə özünüzü müşahidə edin. Nə haldasınız? Bu günə qədər evdə münaqişə oldumu? Bunları təsbit edin və əvvəlcə özünə yer tapmış enerjiləri təmizləyin. Sonra özünüzə daxili intizam tətbiq etməyə cəhd göstərin. Ev işlərinizi sevinc və nəş`ə içində edin.
Birinin sizə mənfi bir duyğu göndərdiyini hiss edirsinizsə və ya münaqişə etdiyiniz, heç xoşlamadığınız biri varsa, ona nifrət, kin kimi mənfi duyğuları göndərməyin. Tam tərsinə, sevgi enerjisi göndərin. Bu qətiyyən ikiüzlülük deyil, tam tərsinə, sizi bağışlamağa aparan bir pillə ola bilər. Psixoloji istiqamətdən özünüzə zərər vermənizi önləyən aktiv bir hərəkətdir. Üstəlik ətrafın psixik istiqamətdən çirklənməsinə yol vermədiyinizi üçün dünyaya etdiyiniz müsbət bir qatqıdır.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Evinizi Qoruma
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Ba?qa Birini Qoruma
» Qoruma Kür?ciyi Meydana g?tirm?

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Parapsixologiya haqqında hÉ™r ÅŸey-
Jump to: