HomeHome  RegisterRegister  Log inLog in  

Share
 

 ISLAM ETİQADI İKİ HİSSƏDƏN İBARƏTDİR

Go down 
AuthorMessage
codoe

codoe

Cinsiyyəti : Male İsmarıc sayı : 3
Şəhər/Ölkə : Azərbaycan, Bakı
İşi/hobbisi : Proqlamlaşdırma ilə və proqramlaşdırma dilləri ilə maraqlanıram. Kompüter biliklərinə dərindən yiyələnmək
Ovqat : Yaxşı
Qeydiyyat tarixi : 2009-10-23

ISLAM ETİQADI İKİ HİSSƏDƏN İBARƏTDİR Empty
PostSubject: ISLAM ETİQADI İKİ HİSSƏDƏN İBARƏTDİR   ISLAM ETİQADI İKİ HİSSƏDƏN İBARƏTDİR Icon_minitimeFri Nov 27, 2009 4:02 pm

ISLAM ETİQADI İKİ HİSSƏDƏN İBARƏTDİR
Etiqadlardan məqsəd , bir sıra dini inanc və əqidələrdir ki, hər bir şəxsin müsəlman olması onunla müəyyənləşir. Elə buna görə də din alimləri onlara “Üsuliddin”-yəni, dinin əsasları adını vermişdir.
Üsuliddin 5 qismə bölünür:
1-Tövhid –Allahı yeganə bilmək və ona şərik qoşmamaq;
2-Ədl-Allah-təala adildir, heç kəsə zülm etməz;
3-Nübuvvət- Həzrət Adəmdən sonuncu peyğəmbər Həzrət Muhəmmədə (s.ə.s) qədər bəşərin hidayəti üçün göndərilmiş 124000 peyğəmbər haqdır;
4-İmamət-Həzrəti Peyğəmbərimizin (s.ə.s) canişini olan 12 imamı qəbul etmək;
5-Mə’ad- Öləndən sonar bir daha dirilib əməllərimiz üçün Allah qarşısında cavab vermək, Qiyamət, Behişt, Cəhənnəm, hesab v.b. haqdır
İslam dininin ikinci hissəsi sayılan Füruiddin, əməl olunası bir sıra dini göstərişlərdir. Onların ən mühüm hissəsi aşağıdakılardan ibarətdir:
1-Namaz-Gün ərzində müəyyən şərtlər və müəyyən vaxtlarda Allaha ibadət etmək.
2- Oruc- Hər il Ramazan ayının əvvəlindən sonunadək sübh azanından axşam azanınadək yemək, içmək və bu kimi orucu batil edən işlərdən pəhriz etmək.
3-Zəkat- Müəyyən şərtlərlə malın müəyyən hissəsini yoxsullara vermək, xeyir işlərə xərcləmək və b.
4-Xüms- İl ərzində insanın ehtiyacından artıq qalmış malın beşdə birini ayırıb müəyyən olunmuş yerlərdə sərf etmək.
5-Həcc- Müəyyən şərtlərlə ömründə bir dəfə Məkkədə Kəbə evinə ziyarətə getmək.
6-Cihad- Allah yolunda kafirlər , zalımlar və təcavüzkarlarla mübarizəyə qalxmaq.
7- Əmr be Məruf- Xalqı yaxşı işlərə və bəyənilmiş rəftarlara dəvət etmək.
8- Nəhy əz münkər-Xalqı pis işlərdən çəkindirmək.
9-Təvəlla- Allah dostlarını sevib, onlarla dostluq etmək.
10-Təbərra- Allah düşənləri ilə əlaqəni kəsib onlarla düşmən olmaq.
Back to top Go down
 
ISLAM ETİQADI İKİ HİSSƏDƏN İBARƏTDİR
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Din :: Dini yazılar-
Jump to: