HomeHome  RegisterRegister  Log inLog in  

 

 Teleportasiya həqiqət olur.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Teleportasiya həqiqət olur. Empty
PostSubject: Teleportasiya həqiqət olur.   Teleportasiya həqiqət olur. Icon_minitimeWed Aug 27, 2008 4:27 pm

Eynı anda iki yerdə birdən olmaq istərdinizmi? Ya da kosmos gəmisi Atılqanın heyyəti kimi şüalanmaq? Yox xeyr sizə bir fantastik əhvalatı izah etmirik. Elm, maddələrin yer dəyişdirə biləcəyini bir neçə il əvvəlki bir fizika təcrübəsində görüncə, indi sürətlə bir "Yer dəyişdirmə proyektini" reallaşdırmağa başladı. Proyektin adı ‘Claytronik'.
Claytronik, fərqli bir məkanda maddələrin (bəlkə bir həkimin!) üç ölçülü görünüşlərini gerçəkmiş kimi göstərə biləcək...
Şüalanmanın, və ya bir maddəylə yerl dəyişdirmənin elmi adı teleportasiyadır. Çox təəssüf ki, günümüz insanı üçün şüalanmaq hələ xəyaldır. Ancaq iki elm insanı Seth Goldstein və Todd Mowryun araşdırmalarının önümüzdəki illərin maraq mərkəzi halına gələcəyi də qətdiri. Nə edir bu iki araşdırmaçı?
Kompüter alimi bu ikili, insanların 3 ölçülü fiziki görünüşlərini çoxaldacaq ağıllı bir məhsul inkişaf etdirməyə çalışır. Əgər hər şey yolunda gedərsə bir internet əlaqəsi ilə özünüzü bir başqa məkana əks etdirə biləcək və bir tutam ağıllı nano toz ilə kopiyanızı birləşdirə biləcəksiniz.
Goldstein və Mowryun proyektləri hələ daha körpəlik mərhələsində. Bir-birləri ilə kabelsiz bağlanan nano kompüterlərdən ibarət olan bu yeni məhsul, anlıq bir zaman hissəsi içində, banandan insana qədər hər cür cisim və varlığın bir kopiyasını meydana gətirə biləcək. Claytronics adı verilən bu proyektdə atomun tək partikülleri də ‘claytronik atom' ya da qısaca ‘catom' deyə təyin olunur. Gəlin bir az izah etməklə işləyək...
Məsələn evinizdəki bir tutam katom, /həkiminizin 3 ölçülü şəklini otağının içinə gətirə bilər və həkiminiz nəbzinizi ölçə bilər. Bu vaxt gerçək həkim öz müayinəxanasında kameranın qarşısında oturur və sizin claytronik biləyinizi tutur... Evinizdəki həkimin müayinəsi bitdikdən sonra görünüşü ayrışıyor, arxasında bir çox kristal buraxaraq... Bəlkə də bu kristal zərrəciklər sonra bir hərəkətli heykələ ya da bir kürsüyə çevriləcək...

KOSMOS YOLU GERÇƏKMİ OLUR?
Yoxsa yaxında kosmos yolundakı Atılqanın heyyəti kimi şüalanacağıqmı? Elm maddələrin yer dəyişdirə biləcəyini fərq etdi. İndi sürətli bir yer dəyişdirmə proyektini reallaşdırmağa çalışır. Biz bu günə qədər iki yerdə birdən olmağı yalnız astral səfərlər vasitəsilə reallaşdıra bildik. Parapsixologiyada bilokasiya, dedublüman ya da teleportasiya olaraq adlandırılan olğunun əsli astral səfərdir. Yəni ruh gücü ilə düşüncəni müəyyən bir nöqtədə konsentrə etmək başqa bir məkana ya da zamana projektə olmaq. Parapsixologiya araşdırmaları, ezoterizm və teozofi tarixçə olaraq: Bədənimiz bir kresloda oturarkən, yataqda yatarkən və ya yolda gedərkən, düşüncə gücü vasitəsilə, astral proyeksiya meydana gətirərək, bir başqa yerdə daha olmanın mümkün olduğunu izah edən yaşanmış nümunələrlə doludur. Bu varlıqda, Astral bədən şüurlu ya da özbaşına bədəni tərk edər.


Teleportasiya; ruhsal enerjiləriylə maddəyə hakimiyyət təmin edə bilənlərin, bədənlərini və əşyanı parçacıqlarına ayıraraq, atomizə edərək, arzu etdikləri yerə transfer edib təkrar meydana gətirmələrinə deyilir.
Başqa bir görüş, teleportasiyanı zaman və məkan baxımından üçüncü ölçü xaricinə çıxılaraq başqa bir ölçüdə səfər etmək, ya da əşyanı oradan nəql etmək olaraq açıqlamaqdadır.
Şüalanma texnikasını aşan bir xüsusiyyət daşıması səbəbiylə teleportasiya, hər əsrdə görülə bilmiş və kəramətin dəlillərinin biri olma vəziyyətini heç itirməmişdir. (Baxın: Ansiklopedik Metapsixik Terminlər Lüğəti S: 165)
Astral dublenin bədəndən yüngülcə uzaklaşışı ilə astral səfər edilər. Teozofistlər və ezoterik tətbiq edənlər, bu səfərdə astral dublenin incə bir astral kordonla bədənə bağlı olduğunu qəbul edilir, buna görə də təcrübəni yaşayan adam, bədənə dönmək istədiyində yalnız bədəndə olduğunu düşünməsi kafi olmaqdadır. Və dublenin bədəndən qopması deyə bir şey əsla söz mövzusu deyil. Düşüncə gücü ilə projektə edilən astral duble yenə düşüncə gücüylə geri çağrılar, ya da təcrübəyə son verilər. Astral səfər mənbə olaraq astral proyeksiya edə bilmə gücüdür və hər kəsdə gizli olaraq bu təbii qabiliyyət vardır. Bəzi kəslərdə işlə və şüurlu olaraq astral səfər edərkən bəziləri də fərqində olmadan özbaşına bu proyeksiyanı yaşayar. Eyni anda iki yerdə birdən görünmək bu şəkildə mümkün olduğu kimi, bədəni hərəkətsiz edərək, medidatif bir hal içində başqa zaman və məkanlarda gəzmək də mümkündür.
Çağlar boyunca yalnız Mistiklərin, Tibetli rahiblərin, Ərmişlərin reallaşdırdığı bir varlıq olaraq qəbul edilən astral səfər əslində son dərəcə sadə və təbii bir metodla konsentrə edilmiş düşüncəni əks etdirmə gücüdür. Amma təbii ki müvəffəqiyyətli olmaq üçün adamın konsentrasiya-təlqin-meditasiya-düşüncəni idarə kimi bəzi təməl prinsipləri bilib tətbiq etməsi lazımdır ki, məqsədli bir proyeksiyanı reallaşdırsın.
Özbaşına olan astral proyeksiyaların çox əhəmiyyəti yoxdur, çünki idarə edilə bilməməkdədir amma o adamda belə bir qabiliyyətin olduğunu, çalışsa irəlilədə biləcəyini göstərməsi baxımından faydalı ola bilər. Özünə nə kimi fayda təmin edəcəyi və inkişaf etdirmək istəyib istəməyəcəyi mövzusunda da fərd azaddır.

İndi də elm çağımıza uyğun yeni əks etdirmə/projektə etmə varlığını öz cığırında araşdırır. Maddələrə yer dəyişdirmə proyektinin, şüalanma şəklində həyata tətbiq olunduğunu düşünmək belə çox gözəldir!...
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Teleportasiya həqiqət olur.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Teleportasiya-
Jump to: