Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Telekineziyaya başlayın.

Go down 
2 posters
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Telekineziyaya başlayın. Empty
PostSubject: Telekineziyaya başlayın.   Telekineziyaya başlayın. Icon_minitimeThu Aug 28, 2008 4:33 pm

Bu hissədə KAĞIZ-İYNƏ və QAŞIQ BÜKMƏ üsullarını, telekineziyanın ola biləcək ya da bilinən zərərlərini öyrənəcəksiniz. Uğurlar.


1. Vaxt seçimi
Telekineziyaya həvəskar olaraq başlarkən konsentrasiya əhəmiyyətlidir. Buna görə vaxt seçimi uyğun olsa daha yaxşı olar. Telekineziya üçün səhər vaxtı uyğun ola bilər. Beynə hələ konsentrasiyanızı dağıdacaq məlumatlar yüklənməmişdir. Yuxulu isəniz konsentrasiyanız yuxuya yönələcək. Buna görə qalxdıqdan ortalama bir saat sonrası daha uyğundur.


* KAĞIZ-İYNƏ ÜSULU

2. Vəsaitləri hazırlayın.
Telekineziyaya yeni başlayan biri özünə daha asan obyektlər seçməlidir. İynə, kağız və iynəni sabitləyəcək bir cisim bunun üçün çox uyğundur. 5x5 boylarında kiçik bir incə quruluşlu perqament kağızı kəsin. Bu kağızı aşağıda gördüyünüz bütün qatlama xəttlərinə görə qatlayıb açın. Açarkən kağızı tam düzəltməyin. Kağız bir çətirə bənzəməlidir.

[You must be registered and logged in to see this image.]


Qeyd: Kağızı düzbucaqlı kəsməniz fiziki çevirici qüvvətinin ehtiyacını azaldar. Və şəkildə gördüyünüz X formasındakı qatlama işini etməyin, yalnız + formasında kənar orta nöqtələrdən qatlayın. Əldə etdiyimiz çətiri hər hansı bir yerə şaquli olaraq sabitlədiyimiz iynənin iti ucuna yüngülcə qoyun (Heç batırmadan, yalnız buraxın). Kağız, yüngül bir hərəkətlə dönəcək qədər sərbəst dayanacaq. Qeyd: Bu andan etibarən otağınızı küləkdən qoruyun. Əsla qapı və ya pəncərələrinizi açıq buraxmayın. Qapı altlarını da yumşaq bir vəsaitlə bağlanın.

3. Konsentrasiya
Əgər konsentrasiyanız tam olsun istəyirsinizsə düşüncələrinizə mane olacaq hər şeyi ağılınızdan çıxardın. Gözünüzü bağlayıb bir müddət gözləyin. Ağılınıza hər nə gəlirsə gəlsin onu atmadan gözünüzü açmayın. Konsentrasiyanız yalnız ağılınızın düşüncələrdən təmizləndiyi yönündə olsun.

4. Artıq başlayaq.
Bu gün telekineziyaya başladığınız ilk gündür. Nəticə əldə etmək üçün əlinizdən gələni edin. Lakin sakin və səbrli olun. Nəticə ala bilməsəniz kədərlənməyin. Onsuz da ilk səfər üçün nəticə əldə etməniz çətin olacaqdır. İndi kağıza 30 dərəcəlik bucaqla yuxarıdan baxın. Kağıza, konsentrasiyanıza təsir etməyəcək qədər yaxınlaşın. Kağıza uzaqlığınız təxminən bir yarım qarış olsun. Kağıza mərkəzlənin. Onu sizin bir orqanınız kimi hərəkət etdirəcəyinizi düşünməniz fayda təmin edəcək. Gələk işin ən həyəcanlı qisiminə. İndi kağızı, yalnız baxaraq çevirdiyinizi düşünün. İstər sol üçün istəyin, istər sağ. Əhəmiyyətli olan sizin kağızın dönəcəyini düşünmənizdir. Yalnız xəyal etməyin. Çünki xəyal etməkdən əlavə, kağızı siz çevirəcəksiniz. Kağıza bir müddət belə baxın. Unutmayın! Sakin olmalısınız. "Bu gün dönməzsə, sabah dönəcək"-deməlisiniz Smile Bu şəkildə gündə 10 dəqiqə məşğul ola bilərsiniz. 5 dəqiqədə bir tənəffüs edin. Hətta bu tənəffüslər bir neçə saat müddətinə də bilər.

5. Bu psixoloji halı əldə edin
(Bu maaddədəki məlumatlar sizi ruhlandırmaq üçün deyi,l gerçəklər nəzərə alınaraq yazılmışdır)
Müvəffəqiyyət üçün kimsə sizi məcbur etmir. Siz bacara bilməməkdən qorxmursunuz. Telekineziya, onsuz da sadədir. Bir neçə gün içində bir şəkildə bacaracaqsınız. Nəticə əldə etmə müddətiniz, çox böyük ehtimalla, bir həftəni keçməyəcək.

İşdə hamısı bu qədər. Hər kimsinizsə eqoizmdən uzaq durun. Çünki eqoizm ürək möhkəmliyi dinləməz. telekinezi.com bacarılar diləyər. Qaynaq: [You must be registered and logged in to see this link.]


Qaynaq göstərilmədən yaynlanması qadağandır.



* QAŞIQ BÜKMƏ ÜSULU
Asan Qaşıq Bükmə Üsulu

Əgər imkanlarınız varsa, rahat edə biləcəyiniz, səssiz və zəif işıqlanmış bir məkan seçin. Arxanıza rahatca söykənin, ya da tamamilə uzanın. Gözlərinizi bağlayın və heç bir şey düşünməməniz lazım olduğunu belə düşünməyin. İndi yalnız baş və şəhadət barmağınızın ən uc nöqtələriylə qaşığın sapını, çömçəsinə çox yaxın bir yerdən yüngülcə tutun. Qaşığı yer ilə paralel mövqeyə gətirin. Unutmayın, bu əsnada gözləriniz hələ də bağlı olmalıdır. İndi qaşığın "əriməkdə olan bir xəmir" olduğunu düşünün. Bu təlqin üçün özünüzü məcbur etməyin və yalnız elə xəyal edin. Buna daha yaxşı mərkəzlənin və qaşığın sərtliyi şüurunun beyin [left]gücünüzə mane olmaması üçün bir tərəfdən də qaşığı baş barmağınızla yüngülcə oxşayın. Qaşığın dərhal bükülməsini istəməyin və tələsməyin. Qaşığın əriməyə başladığına yaxşı mərkəzləndiyinizdə qaşıq bir müddət sonra büküləcək. Ancaq ilk anda hiss edəcəyiniz bükülmə yalançı hisdir və həyəcanlanmanızı təmin edər. Bu hissə fikir vermədən davam etməli və ən az 6-7 dəqiqəni belə geridə buraxmalısınız. Qaşıq ən çox 10 dəqiqə sonra büküləcək. Qaşıq bükmə konsentrasiyaya görə çox daha sürətli ola bilər. Əgər gözlə görülə bilən bir bükülmə olmadısa, bükülmə nisbətini görmək üçün qaşığın ilk və son anlarını düz bir zəmin üzərində müşahidə edə bilərsiniz.
[You must be registered and logged in to see this image.]




Uğurlar | Qaynaq: [You must be registered and logged in to see this link.]

Qaynaq göstərilmədən yaynlanması qadağandır.






TELEKİNEZİNİN OLA BİLƏCƏK ZƏRƏRLƏRİ


Həvəskar telekinetiklərin diqqətə alacağı maddələr 1 və 5. maddələrdir.

1) Şiddətli baş ağrısına səbəb ola bilər

2) Qaşıq bükmək şüur altındakı metallara qarşı sərtlik düşüncəsini qaldırar, ya da enerji artıq daha rahat sərbəst qaldığından qaşıq asan bükülər. Bu qabiliyyətinizi inkişaf etdirdiyinizdə bir müddət qaşıqlar siz fərqində olmadan bükülə bilərlər. Bu da cibinizə qoyduğunuz metalların öz özünə bükülməsi deməkdir. Yemək yeyərkən qaşıqların bükülməsi problemi ilə qarşılaşa bilərsiniz

3) Cib telefonu, rəqəmsal saatlarınız və analoq saatlarınız, yəni bütün saat növlərini üzərinizdə daşıdığınızda geri, ya da irəli gedə bilərlər.

4) Cib telefonu, saat kimi batareyalı alətlərinizin şarzları daha erkən bitə bilər

5) Olduğunuz otaqda lampalar, gərginlik düşməsində olduğu kimi qırpa bilərlər, yenə elektronik alətlər bu vəziyyətlə qarşılaşa bilər. Belə olması onlara müəyyən miqdar zərər verə bilər.

6) Duru-görü qabiliyyətinə yol aça bilər. Bu da, bəzi hadisələri əvvəldən bilmənizə səbəb olar. Başqa sözlə yaxşı/pis hadisələri əvvəldən bilmək bəziləriniz üçün problem ola bilər

Saydıqlarımızın xaricində başqa texniki və sağlamlıq problemləri reallaşa bilər.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
Nura

Nura


Cinsiyyəti : Female Bürcü : Scorpio İsmarıc sayı : 4
Ad günü : 1985-10-25
Yaşı : 38
Şəhər/Ölkə : Baki/Azerbaycan
Qeydiyyat tarixi : 2008-09-11

Telekineziyaya başlayın. Empty
PostSubject: Re: Telekineziyaya başlayın.   Telekineziyaya başlayın. Icon_minitimeThu Sep 11, 2008 1:53 pm

cox maraqlidir Exclamation
Back to top Go down
http://www.psixologiya.tr.gg
 
Telekineziyaya başlayın.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Durugry? ba?lay?r?q.

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Telekineziya-
Jump to: