HomeHome  RegisterRegister  Log inLog in  

 

 Sizin Telepatiya Qabiliyyətiniz Varmı? (Oxuyun, sınayın).

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Sizin Telepatiya Qabiliyyətiniz Varmı? (Oxuyun, sınayın). Empty
PostSubject: Sizin Telepatiya Qabiliyyətiniz Varmı? (Oxuyun, sınayın).   Sizin Telepatiya Qabiliyyətiniz Varmı? (Oxuyun, sınayın). Icon_minitimeThu Aug 28, 2008 6:05 pm

Zümzümə etdiyiniz mahnı radioda oxunmağa başlarsa, ağılınıza gələn adamla yolda qarşılaşsanız, və ya canınızın istəyən meyvəni yoldaşınız gətirsə, siz bir telepatsınız deməkdir. " Telepatiya-şəxslər arasında bir fikir, ya da duyğunun heç bir vasitə istifadə edilmədən çatdırılması" formasında təyin oluna bilər. Praktik həyatın içində fərqində olmadan telapatiya qabiliyyətimizi tez-tez istifadə edərik. Bəzən çaşdırıcı təsadüflər şəklində diqqətimizi çəkər. Lakin, yenə də bunun üzərində çox dayanmadan gülüb keçərik. Məsələn, çalınan telefonun kimdən gəldiyini təxmin etmək, zümzümə etməkdə olduğumuz mahnının radioda oxunmağa başlaması, ağılınıza gələn adamla yolda gedərkən qarşılaşmaq, canınızın çəkdiyi meyvəni, ya da hər hansı bir şeyi yoldaşınızın gətirməsi kimi daha bir çox nümunə sayıla bilər. Və bütün bunların təsadüf olduğunu düşünüb əhəmiyyət vermərik. Əslində bütün bu qəribə təsadüfləri telepatiya olaraq təyin edə bilər və diqqət yetirdikcə bu qabiliyyətimizin inkişafını təmin edə bilərik. Hamımızda az, ya da çox dərəcə dərəcə ortaya çıxan telepatiyanın nizamlı bir iş nəticəsindəi inkişafı mümkün. Telepatiya üzərinə müxtəlif qruplar meydana gətirilib edilən işlər hələ davam etdirilir. Bu işlərin arasında 1930 ilində nəşr olunan "Zehni Radio" adlı kitabın ortaya çıxmasını təmin edən təcrübələr son dərəcə maraqlı. Upton Sinclair, yoldaşı Mary Craig və qrupun digər üzvləriylə birlikdə etdikləri işlər yüz əllini aşan telepatik şəkil çəkmə təcrübələrini əhatə edir. Daha sonra Sinclair bütün bunları "Zehni Radio" adlı kitabda yığmışdır. Və mövzu haqqında Albert Einştein, qrupun etdiyi işləri zaman zaman izləmiş və kitabın önsözünə belə demiş; "Bu kitabda diqqətli və sadə bir şəkildə ortaya qoyulan telepatik təcrübə nəticələri, bir təbiət araşdırmaçısının düşünüləbilər olaraq qəbul etdiyi nəticələrin çox kənarındadır. Digər tərəfdən Upton Sinclair kimi elə dürüst bir müşahidəçi və yazarın oxuyucular dünyasını şüurlu bir şəkildə aldatmaqda olduğunu düşünə belə bilmərik , özünün doğruluğu və etibarlılığına şübhə yoxdur." Bəli, izah edilənlər öyrəndiyimiz gerçəklərdən elə fərqlidir ki, Einştein etibarlılığı üzərinə danışmaq ehtiyacı duymuşdur. Lakin, bir də ədəbiyyata keçmiş olan məşhur telapatlar var. Və onların yüzlərlə insanın gözü qarşısında reallaşdırdığı telepatiya nümayişləri… Bunların arasında biri var ki, telepatiyanı isbat etmək üçün yaşamış kimidir. Dünyanın gəlmiş keçmiş ən böyük telepatı olaraq qəbul edilən Wolf Messing (Hitler Almaniyasından telepatiya qabiliyyətini istifadə edərək Rusiyaya qaçmış və özünü qəbul etdirərək müxtəlif nümayişlər etmişdir) düşüncələri oxuma qabiliyyətinin hər hansı bir fövqəltəbii, ya da sirli yanı olmadığını söyləyir və telepatiyanı necə reallaşdırdığını bu sözlərlə ifadə edir; "Özümü əvvəl müəyyən bir zəiflik halına salıram. Bu hal içərisindəykən, duyğu və güc yığdığımı hiss edirəm. Bundan sonra telepatiyanı reallaşdırmaq artıq asan olur. Təxminən, hər düşüncəni zəbt edə bilərəm. Vericiyə toxunduğum zaman göndərilməkdə olan düşüncəni ümumi parazitdən ayırt etməm asanlaşır. Lakin, təmas mənim üçün bir ehtiyac meydana gətirməz." Messing telepatik ünsiyyət quracağı zaman nələr hiss etdiyini çox açıq izah edir. Zehinimizi boşaltdığımız və düşünməkdən imtina etdiyimiz sırada passiv vəziyyətə keçir və kənardakı düşüncə dalğalarını tuta bilirik. Ancaq, bunların özümüzə aid olub olmadığını, təbii ki, anlaya bilmirik. Ancaq, Messing kimi ayırd edə biləcək dərəcədə telepatiya qabiliyyətimizi inkişaf etdirmiş olmamız lazımdır. Və təbii ki, bütün qabiliyyətlər kimi telepatiya da çalışmalar nəticəsində inkişaf etdirilə bilər. Budur, sizə çox əyləncəli və inkişaf etdirici bir telepatiya oyunu; Günahkar kimdir? Qrup halında oynanacaq bu oyun həm əyləncəli həm də telepatiya qabiliyyətini inkişaf etdiricidir. Hər yaş qrupundan hər kəs sərhədsiz sayda qatıla bilər. İştirak nisbəti nə qədər yüksək olsa, o dərəcə əyləncəli və inkişaf etdirici olacaq. Oyuna qatılan kəslərin sayı qədər kağız hazırlanar. Bu kağızların rəngi və forması eyni olmalıdır. Ayrıca qeyd etmək üçün önünüzdə başqa kağızlar saxlamalısınız. Sonra bu kağızlardan birinin üzərinə "Şahid" bir başqa kağızın üzərinə "Günahkar", digərinin üzərinə "Günahkar2" yazılar. Kağızların hamısı diqqətlə qatlanar və bir çanağın, ya da torbanın içinə qoyulub qarışdırılar. Oyunçular tək-tək torbanın içindən bir kağız çəkərlər və digər oyunçulara göstərmədən baxıb üzərinə öz adlarını yazarlar. "Şahid" kağızını çəkmiş olan adam bunu digər yoldaşlarına göstərər. Geriyə "Günahkar" kağızı qalmışdır. "Günahkar" kağızını çəkən də kimsəyə bir şey bildirməz və o da kağızın üzərinə adını yazar. Sonra hər kəs əlindəki kağızı qatlayar və şahidə verər. Şahid kağızlara tək tək baxar və günahkarın adını oxuduqdan sonra kağızların hamısını təkrar torbaya qoyar. Sonra kürəyini stula söykəyib gözlərini bağlayar və boşalmağa çalışar. Daha sonra günahkarın adını zehininin içində ritmik şəkildə təkrarlamağa başlar. Eyni zamanda günahkarın adını hərf hərf zehininin içində aydın olaraq yazmağa çalışar. (Adamın imajinasiya qabiliyyəti zəifsə, yəni zehinində şəkil olaraq görə bilmirsə, o zaman ritmik olaraq adı təkrarlaması kafidir. Təbii ki, bu vaxt başqa heç bir şey düşünməməsi lazımdır.) Oyuna qatılmış olan digər oyunçular da eyni şəkildə boşalmağa çalışarlar. Həm bədənlərini, həm də zehinlərini boşaldarlar və zehinlərində meydana çıxacaq olan adı gözləməyə başlarlar. Sonra hər kəs önündəki boş kağıza təyin etdiyi adı yazar. Şahid hər kəsə tək tək günahkarın adını soruşar. Doğru cavabı verənlərə bir bal verilər. Daha sonra oyun şahid kağızı qoyulmadan yeni kağızlarla davam edilər. Boş kağızların arasında yalnız "Günahkar2" kağızı vardır. Şahid olma sırası əvvəlki şahidin yanındakı adama keçər. Və beləcə hər kəs bir dəfə şahid olmaq surətiylə oyuna davam edilər. Hər kəs şahid olduqdan sonra ballar sayılar və ən yüksək balı alan qazanar. Bu oyunu oynamağa ilk başladığınız günlərdə ballar aşağı olacaq. Lakin, eyni kəslərlə oynamağa davam edəcək olsanız zaman içində telepatiya qabiliyyətinizin böyük bir sürətlə inkişaf etdiyini anlayacaq və çox təəccüblənəcəksiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
Nura

Nura

Cinsiyyəti : Female Bürcü : Scorpio İsmarıc sayı : 4
Ad günü : 1985-10-25
Yaşı : 34
Şəhər/Ölkə : Baki/Azerbaycan
Qeydiyyat tarixi : 2008-09-11

Sizin Telepatiya Qabiliyyətiniz Varmı? (Oxuyun, sınayın). Empty
PostSubject: Re: Sizin Telepatiya Qabiliyyətiniz Varmı? (Oxuyun, sınayın).   Sizin Telepatiya Qabiliyyətiniz Varmı? (Oxuyun, sınayın). Icon_minitimeThu Sep 11, 2008 1:41 pm

maraqlidir,mende olur bele hallar Shocked
Back to top Go down
http://www.psixologiya.tr.gg
 
Sizin Telepatiya Qabiliyyətiniz Varmı? (Oxuyun, sınayın).
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Telepatiya-
Jump to: