HomeHome  RegisterRegister  Log inLog in  

 

 Maqnetik enerji.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Maqnetik enerji. Empty
PostSubject: Maqnetik enerji.   Maqnetik enerji. Icon_minitimeFri Aug 29, 2008 1:41 pm

Bütün bədənimizdən yayılan maqnetik bir enerji vardır. Elm bu maqnetik enerjinin varlığından heç bir zaman şübhə etmədi. Ancaq bu maqnetik enerjinin mənbəyi və ilk səbəbi üzərində uzun müddət araşdırmalar edildi.

Əslində bu müzakirə yeni deyildi...
1700-cü illərin sonuna doğru bu mövzuda iki fərqli görüş vardı. Bunlardan biri maqnetik enerjinin hərəkətdən qaynaqlandığını, ruhani bir tərəfinin olmadığını və təməlinin kompleks elektriksəl bir enerji olduğunu irəli sürürdü...
Digər bir görüş isə maqnetik enerjinin fiziki bir tərəfi olmadığını və tamamilə ruhi enerji ilə əlaqədar olduğunu iddia edirdi...

1800-cü illərdə ilk dəfə Du Potet maqnetik enerjinin ortaya çıxmasını həm fiziki, həm də ruhi enerjilərin nəticəsi ola biləcəyini irəli sürdü. Bu böyük bir addım idi... Özündən sonra gələnlərin bir qismi yenə də razı olmadılar... Fərqli iki görüş varlığını davam etdirdi... Ancaq Du Potetin ilk dəfə tələffüz etdiyi gerçəklər üzərində eyni fikirdə olanların sayı da artmağa başladı... Hal-hazırda ən son əldə edilən məlumatlar manyetizmaya əhəmiyyətli açıqlıqlar gətirdi. Manyetizmanın mənbə etibarilə ruhi bir enerjidən qaynaqlandığı artıq bilinir. Ancaq burası da qəti olaraq ortaya çıxmışdır ki, maqnetik enerji şəxsən ruhun enerjisi demək deyil. Tək bir cümləylə tərifini etmək lazım olsa, manyetizm;- ruhi enerjinin fiziki maddəyə bağlanmasından qaynaqlanan psixik mənbəli bir fiziki daşımadır. Bu baxımdan mövzuya baxıldığında, maqnetik enerjinin, fiziki bir enerji olduğu qəbul edilə bilər...

Maqnetik enerji hər kəsdə vardır. Ancaq hər kəs bu maqnetik enerjilərini konsentrə edərək müəyyən bir nöqtəyə istiqamətləndirməyi bilmədiyi üçün bu enerjisini, əksərən, şüurlu olaraq istifadə edə bilməz. Necə ki, işıq bir lupa vasitəsilə müəyyən bir nöqtəyə toplana bilirsə, maqnetik enerji də müəyyən metodlarla müəyyən bir nöqtəyə toplana bilər, ya da istiqamətləndirilə bilər. Bunun üçün ilk təməl şərt istək və konsentrasiyadır...
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Maqnetik enerji.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Manyetizm-
Jump to: