HomeHome  RegisterRegister  Log inLog in  

 

 Medyumluq haqqında.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Medyumluq haqqında. Empty
PostSubject: Medyumluq haqqında.   Medyumluq haqqında. Icon_minitimeThu Sep 04, 2008 3:09 pm

Medyumluk, ya da məşhur adıyla kanallıq üç-beş adama 'bəxş edilmiş' bir qabiliyyət deyil. Hər insan bir kanaldır; çünki məlumat universaldır və universal məlumat, universal varlıqların hamısına -istisnasız hamısına- çatar. Fərqindəliklərini hisslərinə mərkəzləyənlər isə kanallıq edir. Kimisi yalnız özünə, kimisi cəmiyyətə...
Qravitasiya qanununu təməl götürərək deyə bilərik ki, hər kanal, öz fərqindəliyiylə paralel ölçüdə məlumatı qəbul edə bilir və dolayısıyla fərqindəliyi ölçüsündə köçürə bilir. Qəhvə falı daxil, hər növ 'kəhanət' vasitəs, ola biləcək potensialları göz önünə sərməkdədir. Zehinlərimizdə var olan, ancaq çoxunun fərqində olmadığımız potensialları... Ola biləcək bir ayrılıq, qorxulan bir qəza, ümit edilən bir xəbər, gözlənilən bir maddi gəlir, arzulanan bir əlaqə və s. kimi...
Bizlər hər hansı bir fal vasitəsilə, bu potensialları (ruhumuzda formalandırdığımız hər növ düşüncəni) duymağı tələb və arzu etdiyimiz üçün qaçıb fallara baxdırırıq. Mənliyimizin bəzən xoşlandığı, bəzən xoşlanmadığı, hətta qorxduğu bütün o məlumatları ala bilmə seçkisini, yüksək mənliyimiz edir.
"Təsdiq vermədiyin tək bir hərfi belə eşitməzsən" cümləsi də buradan qaynaqlanmaqdadır. Məlumat, bütündən, bütün olan kanalıyla yayılır. Bütündən ayrı olmayan yüksək mənlikdən (anlayış qarışıqlığının qarşısını almaq məqsədiylə belə bir ayrı-seçkilik edirəm. Üst mənlik, alt mənlik deyə bir ayrı-seçkilik də yoxdur, əslində) yayılan məlumatı ala bilmək/köçürə bilmək üçün, bütünlə, yəni yüksək mənliklə uyğunlaşmaq lazımdır.
Bütünlə uyğunlaşa bilən bir kanal, bütünün təsdiq verdiyi məlumatın köçürülməsində vasitəçi olur. Bütünlə uyumlanamayan bir kanal, zatən məlumatı ala bilmir ki, nəyi köçürsün? Alına bilinməyən məlumat, necə 'səhv' olsun? Bəli, bu nöqtədə də "eqo" girir dövrəyə...
Ancaq "Güzgü" nəzəriyyəsi gərəyi, baxdığımız hər şey bizi əks etdirdiyinə görə eqosuna kanallıq edən bir kahini həyatımıza çəkirsək, bu tam da bizim "seçgimiz"dir, özümüzə bənzəyəni özümüzə çəkməkdir. İndi sual budur: Kahinlərə duyulan hirsi doğuran kahinin özüdürmü, yoxsa kahində gördüyümüz surətimizdirmi?

Biz nə isək, onu çəkirik özümüzə; onu təcrübə edirik. Bu planetə gəlmək məqsədlərimizdən biri yaratma sənətində ustalaşmaqdır. YARADAN olmağa cəhd etmək. Bütün ustadlar, spiritual rəhbərlər, peyğəmbərlər, ərmişlər bizə bunu izah edə bilməyə çalışır minlərlə ildir.
Elmin artdıqca, fərqindəliyin artar, fərqindəliyin artdıqca özünü bilərsən, özünü bildikcə səni sən edənləri YARADarsan, yaratdıqca ustalaşarsan. Yaratma sənətində ustalaşarsan. Ustalaşdıqca məlumatı paylaşarsan. Paylaşdıqca çoxalarsan. Çoxaldıqca, ayrılığı qeyri-mümkünləşdirəcək yer qalmadığından, BİRləşərsən.


Özümüzə necə davranır, özümüzə nə dəyər verirsək; 'digərlərinə də elə davranar, elə dəyər verərik. Hamımız həyat deyilən oyunda təcrübə etdiklərimizi paylaşırıq dilimiz döndüyüncə. Paylaşımları hörmətlə tənqid etmək yerinə, təhqirlə alçaldsaq, gerçəkdə nəyi alçaltdığımızı bir dəfə daha düşünmək lazımdır....
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Medyumluq haqqında.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Medyumluq-
Jump to: