Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 TELEKİNEZİYA NƏDİR?

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

TELEKİNEZİYA NƏDİR? Empty
PostSubject: TELEKİNEZİYA NƏDİR?   TELEKİNEZİYA NƏDİR? Icon_minitimeWed Sep 10, 2008 3:15 pm

Telekinesis düşüncə gücü ilə cisimləri hərəkət etdirməkdir. Bu, hər kəsdə olan bir qabiliyyətdir. Nə bir möcüzə nə də bir əfsanədir. Tək lazım olan inanmaq!
Telekineziya qabiliyyəti təbii bir qabiliyyətdir, lakin tək problem, bu bacarığı öyrənə bilməkdədir. Əvvəlcə hadisənin düşüncə-beyin-şüur-İnanc dördlüsündə bitdiyini söyləyək. Ayrıca, bəzi araşdırmalar da, beynin Cortex hissəsində bu xüsusiyyətlə əlaqəli bölgələr kəşf edildiyini də gözlər önünə sərməkdədir.
Bəzən bəzi cisimlər düşər. Biz sürüşdüyünü zənn edərik və ya qorxarıq. Amma bunun tək səbəbin telekineziyadır. Yəni insanın o anda şüursuzca ətrafa saçdığı qabiliyyətidir.
Hər şey "nə düşünə bilirsək, reallaşa bilər" fəlsəfəsinə söykənməkdədir.
TELEKİNEZİYA NƏZƏRİYYƏSİ
Ümumiyyətlə, telekineziya insanlar tərəfindən möcüzə və az rast gəlinən bir qabiliyyət olaraq bilinir. Lakin bu düşüncə tamamilə səhvdir. Baxın! Hər yaşayan insan bir beynə malikdir. Bütün beynimizi istifadə etmirik, hər kəs özünə uyğun olan hissəni istifadə etməkdədir. Məsələn; bəzi insanlar sənətdən, bəziləri riyazi elmlərdən, bəziləri idmandan, bəziləri də rəqsdən xoşlanar. Bu siyahı uzanıb gedər. Bütün bu fəaliyyətlər beyində fərqli yerləri istifadə edirlər. Düşüncə gücü də bunlardan biridir. Hamımız bunu istifadə edirik, amma diqqət çəkməyəcək qədər az. Məsələn; bəzilərimiz bəzi şeylərin əvvəldən olacağını belə bilirik və ya ilk tanış olduğumuz bir insanın xarakterini özümüz tərəfindən şərh edirik. Yəni yaxşı, ya da pis olduğunu hiss edə bilirik. Bax, bu xüsusiyyətlərimizin bütünü düşüncə gücüylə əlaqədardır. Bütün hər şeyin arxasında yatan şey, özünüzə inanmamanızdır. Eynilə bir uşağın; "Riyaziyyatı əsla edə bilmərəm, çünki çox çətindir!", ya da bir insanın, "Mən telekineziya qabiliyyətimlə cisimləri oynada bilmərəm, çünki belə bir qabiliyyətim yoxdur!" deməsi kimi. İndi buna son verin! Özünüzə inanın! Gerisinin gəldiyini görəcəksiniz!
TELEKİNEZİYAYA GİRİŞ
Telekineziya işlərinə başlamadan əvvəl etməniz lazım olan şeylər var. Bunlar hadisənin təməl daşları, yəni olmazsa olmazlarıdır.
1) ŞÜBHƏ və NARAHATLIQ
TELEKİNEZİYA GERÇƏKDİR! İnsanlar bunu etdi və etməyə davam da edəcəklər! Bu bütün insanların həyatları boyunca sahib olduqları bir hədiyyədir. Yəni tapşırıqlara başlamadan əvvəl bunları başınızın gözəl bir küncünə yerləşdirməniz lazımdır. Bunu da bilmənizi istəyərəm, "Şübhə, sizlə telekineziya müvəffəqiyyətiniz arasında bir divardır". Yəni o divarı dırmaşın və onu qaçar addımlarla arxanızda buraxaraq, uzaqlaşın.
2) MƏNTİQ
Hamımızın da bildiyi kimi texnologiyanın irəli olduğu və hər şeyin bir məntiqə bağlı olduğu bir dünyada yaşayırıq. Bəzi şeylərin məntiq xarici olduğu bizə, səhv də olsa, öyrədilir. Belə böyüyürük. Lakin indi arxanıza söykənin və telekinezi qabiliyyətiniz ilə etdiklərinizi düşünün yəni məntiqə necə etiraz etdiyinizi! Onu alt etdiyinizi!
3) MƏQSƏD
Niyə Telekineziyanı öyrənmək istəyirsiniz? Bunu söyləməliyəm ki, məqsədləriniz və səbəbləriniz müsbət olmalıdır. Əgər insanlara zərər vermək, bu qabiliyyətinizdən pul qazanmaq və ya yoldaşlarınızın diqqətini çəkmək istəyirsinizsə; bunlardan dərhal uzaqlaşın! Bunu ucuz bir məqsəd üçün etməyin! Zehin məşqi və gerçək sanılanlarla meydan oxumaq üçün öyrənin!
4) RAHATLAMAQ VƏ MÜHİT
Başlamadan əvvəl arxanıza söykənin və günün stresindən, çətin də olsa, uzaqlaşmağa çalışın. Müsbət ruh halına keçin və mühitdə, sizin diqqətinizi dağıda biləcək hər şeyi kənarlaşdırın.
TELEKİNEZİYAYA AYRILAN ZAMAN
Bildiyimiz kimi insanlar bir az səbrsizdir. Lakin səbr bu hadisədə hər şeydir! Bu, qabiliyyəti qazanma zamanı bütün insanlarda dəyişir. Bir həftə bu hadisə üçün çox, amma çox qısa bir müddətdir. Lakin qabiliyyətinizi qazandığınızda, bu gözləməyə dəydiyini görəcəksiniz! LÜTFƏN SINAĞI BURAXMAYIN!
Gündə ən az bir dəfə 30 dəqiqənizi Telekineziya məşqlərinə ayırın! Əgər çox məşğulsunuzsa 15 dəqiqəni sağlam bir şəkildə, lütfən ayırın!
Sizə bəhs edəcəyim methodlardan birinə, ən az, bir həftə sıxlaşın. Əgər yaramadığını düşünürsünüzsə metodu dəyişdirin. Özünüzü edə bilməyəcəyinizə inandırmaqdan imtina edin. Bütün hadisə inanmaqla başlayır.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
TELEKİNEZİYA NƏDİR?
Back to top 
Page 1 of 1
 Similar topics
-
» FOTOKINEZIYA

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Telekineziya-
Jump to: