HomeHome  RegisterRegister  Log inLog in  

 

 Psixometriya.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Psixometriya. Empty
PostSubject: Psixometriya.   Psixometriya. Icon_minitimeThu Sep 11, 2008 3:35 pm

Durugörü kahinliyinin bir növüdür. Psixometriya uzaq və ya yaxın keçmişdə bir əşya ilə təmas etmiş olan adam, ya da adamlar haqqında məlumat əldə etmə üsuludur. Psixometriya ilə yalnız əşyalarla təmas etmiş kəslər haqqında deyil, o cisimin başından keçən hər cür hadisə haqqında da məlumat əldə edilə bilər.

Ruhi enerjinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri təsir etmək, buna qarşılıq maddə enerjisinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də təsir almaqdır. Bu təməl prinsip, ətrafımızdakı bütün obyektlərin özlərinə canlılardan gələn enerjiləri əmməsinə və saxlamasına səbəb olar. Buna görə, sahib olduğumuz bütün əşyalara biz bilmədən öz enerjilərimizi yüklərik. Və o əşya ilə nə qədər uzun müddət birlikdə oluruqsa, o da, o qədər çox bizimlə əlaqədar enerjiləri bünyəsində saxlayar.

Bu üsulla tarixin çox keçmiş dövrlərində meydana gələn hadisələr haqqında tarixi əsərlərə toxunaraq məlumatlar verən psixometriya kahinləri vardır. Tarixin qaranlıq qalan qisimlərinə işıq tutması baxımından bu işlərə xaricdə ayrı bir əhəmiyyət verilmişdir.

Yenə xaricdə polislərlə çalışan psixometriya kahinləri günahkarların toxunduqları əşyalar vasitəsilə onların yaxalanmasında əhəmiyyətli məlumatlar verə bilməkdədirlər.

Məlumat əldə edilmək istənən əşyaya psixometriya kahinləri əllə toxunar, ya da onu əllərinin arasına götürərlər. Və o əşyanın başından keçənlər, ya da o əşyayla təmas edənlər haqqındakı məlumatlar, durugörü texnikasındakı kimi müxtəlif imiclərlə gəlir. Təməli tamamilə durugörüyə söykənən bir qabiliyyətdir. Du-rugörüsü olmayanların edə biləcəyi bir iş deyil. Buna görə də, durugörü məşqlərini sizlərə aidiyyatı başlıqda anlatdıqdan sonra bu mövzunu ələ alırıq...

Əgər durugörü məşqlərində müəyyən bir irəliləmə təmin edə bilmədinizsə belə aşağıdakı son dərəcə sadə psixometriya tapşırığını öz özünüzə tətbiq edə bilərsiniz... Bu eyni zamanda durugörü qabiliyyətinizin inkişafı üçün də faydalı bir işdir

Sadə Bir Təcrübə
Diqqətinizi otaqdakı bir əşyaya mərkəzləyin. Və gedib ona toxunun. Əgər kiçik bir əşya isə onu əllərinizin arasına ala bilərsiniz... Bu təcrübə üçün dərin bir boşalmağa ehtiyac yoxdur.
Yalnız zehininizi boşaldıb, yüngül bir boşalma kafidir.

Qısa bir müddət sonra o əşya haqqındakı fikirlər şüurunuza yığışar: O əşyanın adı, ya da etiketi, gördüyü iş, gözəlliyi, ya da çirkinliyi, onunla əlaqədar daha əvvəldən əldə etmiş olduğunuz bir çox düşüncə zehininizə gəlməyə başlayacaq. Bunlar keçmiş təcrübələrdən qaynaqlanan əvvəldən qəbul edilmiş fikirlərdir. İndi isə, bunlar o ankı təcrübələrinizə mane olan şeylərdir. Bu fikirləri fərq etdiyiniz anda, buraxın uzaqlaşıb getsinlər... Siz əşya haqqındakı maraqlı rəftarınızı canlı tutun. Anlayışların önünü kəsməyə çalışmayın. Öz sürətləriylə gəlib keçmələrinə icazə verin. O əşya haqqındakı fikirlər bitib tükəndiyində, əşya hələ orada olacaq.

İndi artıq onunla əlaqədar yeni bir görüş fürsəti meydana gələ bolər. O əşyayla əlaqədar olaraq, əvvəldən bilmiş olduqlarınızın kənarında, həqiqətən nələr qəbul edirsiniz? Bu təcrübəni bir çox əşya üzərində edin. Xüsusilə sizə aid olmayan əşyalar üzərində də bu təcrübənizi davam etdirin. Tətbiq edə edə, sonunda əşya ilə əlaqədar əvvəlki anlayışların keçib getməsinə icazə verərək, yeni bir təcrübəyə yer açma mövzusunda bacarıq qazanacaqsınız.

Əşya haqqında əvvəldən əldə etmiş olduğunuz bütün fikirlər uzaqlaşdıqdan sonra diqqətinizi təkrar əşyaya mərkəzləşdirməyə çalışın. O andan etibarən, o əşya ilə əlaqədar zehininizdə meydana çıxmağa başlayacaq olan yeni düşüncələr olub olmadığına diqqət yetirin. Özünüzü yeni düşüncələrin zehininizə gəlməsi üçün əsla məcbur etməyin. Bu tapşırığın can alan yönü, zehininizi əşya haqqında əvvəldən əldə edilmiş fikirlərdən təmizləmək və zehininizi sükunətə qovuşdurmaqdır. Beləcə yeni hisslər, əşya, ya da adamı qəbul etmədə yeni yollar varlığınızın başqa səviyyələrindən sizə gələ bilər.

Bu tapşırıq eyni zamanda hiss kanallarınızı açmanızda sizə böyük bir asanlıq təmin edəcək. Hissi qəbul etmə nədir? Bunu telepatiya hissəmizdə ələ alacağıq...

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Psixometriya.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Psixometriya-
Jump to: