HomeHome  RegisterRegister  Log inLog in  

Share
 

 Psixometriya məşqi.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Psixometriya məşqi. Empty
PostSubject: Psixometriya məşqi.   Psixometriya məşqi. Icon_minitimeThu Sep 11, 2008 3:55 pm

İlk sınaqlarınızda ovuc içinizə ala biləcəyiniz, ya da rahatlıqla əlinizlə üstünü örtəbiləcəyiniz kiçik obyektlərlə çalışa bilərsiniz.

Hər obyektlə əlaqədar iki ana "xatirə" vardır. Birincisi obyektin öz varlığının təbiətində ollan "fərdi xatirəsi", ikincisi isə insanlarla əlaqəsi nəticəsində üzərinə sinmiş olan "yığılmış xatirəsi"dir. Psixometriya məşqlərinin ilk mərhələlərində çox əl dəyişdirməmiş obyektlərin istifadə edilməsi sizin qəbul etmənizdə qarışıqlıqları önləyəcək. Sınaqlarınızda təcrübə qazandıqca, əl dəyişdirmiş obyektlər üzərində də detallı qəbul etmələr edə bilərsiniz. O obyektin neçə əl dəyişdirdiyi, köhnə sahibiylə və son sahibiylə əlaqədar məlumatları çox asanlıqla ayırd edə biləcəksiniz. Amma əvvəl sadə işlərlə başlamaq daha yaxşıdır.

Durugörü qabiliyyətiniz əgər ortaya çıxmış vəziyyətdədirsə, zehininizə gələn düşüncələr müxtəlif imiclərə çevriləcək və hər şeyi bir film şeridində izlərmişcəsinə təqib edə biləcəksiniz.

Ancaq bəzi kəslərdə durugörü asan-asan su üstünə çıxacaq vəziyyətdə olmaya bilər. Bəlkə də o adamın hissi və telepatik qabiliyyətləri daha təsirli vəziyyətdə ola bilər. Hər kəsdə bütün parapsixik qabiliyyətlərin su üstünə çıxması zatən mümkün deyil. Ancaq sınaqdan kimdə hansı qabiliyyətin çıxacağı əvvəldən təsbit edilə bilməz. Bəlkə də sizdə durugörü deyil hissi qəbul etmə və telepatiya qabiliyyətləri daha asan inkişaf etdirilə biləcək vəziyyətdə ola bilər. Əgər siz də belə bir vəziyyətdəsinizsə, psixometriya təcrübələrini edərkən hissi olaraq içinizə doğanları məntiq icra etmədən qəbul edə bilər və bənzər müvəffəqiyyəti əldə edə bilərsiniz.
İndi edəcəyiniz praktik iş üçün bir yoldaşınızdan kömək istəməniz lazım olacaq. O yoldaşınızdan, sizin də tanışınız amma kim olduqlarını bilmədiyiniz 5-6 adamdan kredit kartlarını (və ya başqa kiçik əşyaları) yığaraq sizə gətirməsini xahiş edin. Yoldaşınıza kredit kartlarına əsla toxunmaması lazım olduğunu xatırladın. Onları ayrı-ayrı kağız bir dəsmala bükərək sizə təslim edə bilər.

Kredit kartlarını alın... Səssiz və kimsənin olmadığı bir otağa gedərək onları dəsmaldan çıxardın... Üzərlərindəki adları görməməyə diqqət göstərərək onları tərs çevirin və təmiz bir parçanın üzərinə sərin...

Zehininizi boşaldın... Oturduğunuz yerdə boşalın... İşə konsentrə olun... Yaxşıca boşaldıqdan sonra, kartlardan birini ovucunuzun içinə alın. Alınınıza toxundurun. Sinənizin üstünə qoyun. Daha sonra ovucunuzun içində, ya da masanızın üzərinə buraxıb əlinizi üstünə qoyaraq, dərin boşalma halına keçin... Qətiliklə məntiq icra etməyin... Bu kart görəsən Əhmədəmi, Məmmədəmi aid deyə əsla düşünməyin. Yalnız içinizə doğulacaqlara konsentrə olun. Nələr hiss etdiyinizə diqqət yetirin. Kartdan əlinizə istilik duyğusumu gəlir, yoxsa soyuqluq duyğusumu gəlir? Əvvəl buna diqqət yetirin. Bu kartın sahibinin ümumi xarakteristika halları sizə duyğu olaraq əks olunmağa başlayacaq. İçinizdə necə bir duyğu halı canlanır? Əsəbi, həyəcanlı və eqoist bir halmı içinizdə hakim olur; yoxsa sakit, səssiz, sükunət içində dinc bir halamı bürünürsünüz?... Bunlara həmişə diqqət yetirin. Daha sonra bir addım daha atın və bu kartın bir qadınamı, yoxsa kişiyəmi aid ola biləcəyini hiss etməyə çalışın. Ən sonunda bu kartın kimə aid olduğunu tapacaqsınız.... Bunu edərkən də məntiq icra etməyin... İçinizə doğulacaq hissə özünüzü təslim edin... Əgər durugörü qabiliyyətiniz işlək vəziyyətdədirsə kartın sahibini imajinativ olaraq gözlərinizin qarşısında canlanmasını gözləyin. Zehni ekranınızda onun görünüşünü görün və o adam ilə əlaqədar xüsusi bəzi məlumatların hissi olaraq, ya da görüntü olaraq sizə gəlməsini gözləyin.

Bu məşqi digər bütün kartlar üçün təkrarlayın və əldə etdiyiniz bütün təəssüratları qeyd edin. Daha sonra kredit kartlarının üzərindəki adlarla qeydlərinizi müqaisə edin. Yoldaşlarınızı tanıdığınız üçün, qeyd etdiyiniz məlumatların nə qədər gerçəyə yaxın olduğunu dərhal anlaya bilərsiniz. Ancaq işiniz əsnasında bəzi yoldaşlarınızla əlaqədar çox xüsusi və sizin normal olaraq bilmədiyiniz xüsusiyyətləriylə əlaqədar qəbul etmələriniz olmuşsa, bunların doğruluğunu şəxsən o kəslərə soruşaraq özünüzü test edin.

Bu işlərinizin müddəti də durugörü işlərində olduğu kimi 30 dəqiqəni keçməməlidir. Bu müddət içində kartların hamısını bitirə bilməsəniz, ara verib bir sonrakı gün davam edin.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Psixometriya məşqi.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Fenomenal qabiliyyəylər :: Psixometriya-
Jump to: