HomeHome  RegisterRegister  Log inLog in  

 

 Keçmiş Çin Tibbində Nəfəs Texnikaları

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Keçmiş Çin Tibbində Nəfəs Texnikaları Empty
PostSubject: Keçmiş Çin Tibbində Nəfəs Texnikaları   Keçmiş Çin Tibbində Nəfəs Texnikaları Icon_minitimeThu Sep 11, 2008 9:50 pm

Nəfəs alıb vermə texnikalarının tarixi iyirmi üç əsrdən daha keçmişə söykəndiyi iddia edilməkdədir. Bu mövzuda bilinən ən köhnə işlərdən biri də, Çin mədəniyyətinə aid olan Kiqonq çalışmalarıdır. Keçmiş Çin mədəniyyətində nəfəs alıb verərək həyat enerjisinin istəyə uyğun olaraq istifadə edilməsi mənasına gələn Kiqonq, digər adıyla Nəfəs texnikaları uzun, sağlam və fərqindəlik meydana gətirən həyat axtarışının ayrılmaz bir parçasıdır.

Bu nəfəs işlərindəki məqsəd, daimi dinc qalmaq üçün bədənin müqavimətini artıraraq xəstəliklərin olmasına maneə törətmək və yaxşılaşdırmaqdır. Rehabilitasiya tibbinin əhəmiyyətli bir parçasıdır. Ki adı verilən həyat enerjisi, içəri çəkilən nəfəslə bədəndəki orjinal həyat enerjisini bəsləyər. Tətbiqlər güclü original Kinin xəstəlikləri alt etmədə və sağlamlığı yaxalamada həyati və təməl bir faktor olduğunu göstərmişdir.

E. Ö. 4-cü əsrdən günümüzə qədər gələn ən köhnə tibbi əsər qəbul edilən "Sarı İmperatorun Daxili Tibb Qanunu" (The Yellow Emperor's Canon of Internal Medicine) adlı əsərin nəfəs alıb-vermə məşqlərinə ayırdığı hissədə belə deyər: "Adam ehtiras və arzularından təmizləndiyində həyat enerjisi təşkil edilmiş və zehini azadlığa qovuşmuş olaraq rahatlayacaq. Xəstəliklər belə birinin varlığını necə zəbt edə bilər ki? Adam konsentrə olaraq və əzələlərini boşaldaraq ruhi enerjini tənəffüs etməlidir.

İkinci Xan xanədanın məşhur müalicə eksperti Zhang Zhanjing "Qızıl Kabinetin Xülasəsi" (Synopsis of the Qoldan Cabinet) adlı əsərində xəstəlikləri daoyin və masajla yaxşılaşdıra biləcəyini iddia edər. Eyni dönəmdə yaşamış olan Hua Tuo (?-298) daoyin təhsilinin ən köhnə sistematik üsulu olan "beş heyvan" məşqlərini yaratmışdır.

Sui Xanədanlığında yaşamış olan Cao Yuan Fang "Xəstəliklərin Səbəbləri və Əlamətləri Haqqında Tezis" (Treatise on the Etilogy and Symptomatology of Diseases) adlı 610-da nəşr olunan əsərində çox müxtəlif daoyin fəaliyyətlərindən danışar.

"Yimen Sənədləri" (Documents of Yimen) adlı əsərdə Tang Xanədanlığı dövründə yaşamış olan Sun Simiao "Sağlamlıq mahnısı" nı bəstələmişdir; əsərdə belə deyər: "Nəfəs alıb vermə məşqləri baharda gözləri itiləşdirər, yazın ürəyi gücləndirər, payızda ağciyərləri gücləndirər, qışda isə böyrəkləri nizamlar."

Sonq Xanədanı dövründə Zhu Xi (1130-1200) "Nəfəs alıb-vermə məşqlerinin Düsturları" (Maxim for Breathing Exercises) adlı əsərdə belə deyər: " Burnunun ucuna konsentrə ol. Bütün bədənini boşalt. Dərədə üzən bir balıq kimi dinc, sonuna qədər nəfəs ver, sonra qış yuxusuna yatmış bir qurd kimi dərin nəfəs al." Bu sitat nəfəs alıb-vermə məşqindəki meditasiyadan sonrakı rahatlama duyğusunu çox gözəl tərif edər.

Jin Xanadanının məşhur doktor/həkimi Zhang Zihe də (1156-1228) xəstəlikləri müalicədə daoyin və masajı istifadə etmişdir. Buna qarşılıq Zhu Danxi (1281-1358) Yuan Xanadanı dövründə "arzulardan təmizlənərək dinclik axtarışı"ndan danışar; ki bu hərəkətsiz nəfəs məşqlərinin nəzəri təməlini meydana gətirər.

Ming Xanadanının fərqli natüralisti Li Shizhen (1518-1593) məşhur əsəri "Çin Müalicə Üsulları Ensiklopediyası"nda (Encyclopedia of Chinese Materia Medica) belə deyər: "Bədəndəki kanal və kollateral sistem yalnız nəfəs al/götürüb-vermə sənətini yaxşı tətbiq edən biri tərəfindən qəbul edilə bilər." Bu bədəndəki kanallar və nəfəs al/götürüb-vermə məşqləri arasındakı əlaqəni açıqca ortaya qoyar.

Qing Xanadanından Wu Shangzian (1806-1886) tərəfindən qarşıya qoyulan "dinginlik nəzəriyyəsi" bir növ səssiz nəfəs al/götürüb-vermə məşqi olaraq görülə bilər. Buna qarşılıq, eyni dövrdə yaşamış olan Wang Renan (1615-?) "Dərmansız Yaxşılaşma" (Convalescence Without Medicine) adlı əsərdə nəfəs alıb-vermə məşqlərini və üsullarını Buddist və Taoist məktəblərindən alınmış uzun ömür axtarışı olaraq izah edər.

Məşhur müasir fizikaçı Zhang Xichun (1860-1933) "Ənənəvi Çin və Qərb Tibblərinin Birləşdirilməsi Üzərinə Qeydlər" (Records on Combining Chinese Traditional and Western Medicine) adlı əsərində nəfəs alıb-vermə texnikaları ilə seminal emisiya müalicəsini izah edər. Çin Xalq Respublikanının qurulmasından sonra nəfəs alıb-vermə məşqləri çox detallı araşdırılmışdır. Klinika müşahidələri və elmi təcrübələrlə yüksək təzyiq, koroner ürək narahatlıqları, mədə xorası, qastroptoniya, sinir xəstəlikləri və xərçəng üzərindəki təsirlərinin təmin edici olduğu sübut edilmiş, müxtəlif dərəcələrdə müsbət nəticə verən nəfəs müalicələri ölkə diametrində tibb təşkilatlarında tətbiq olunmağa başlamışdır.

Hal-hazırda nəfəs aıb-vermə məşqləri işlərində yeni inkişaflar olmaqdadır. Məsələn, içində Çin Təbii Elmlər Akademiyası nəzdində Atom Enerjisi İnstitutunun da olduğu on yeddi vahid nəfəs alıb-vermə məşqlərinin fərqli insanlar üzərindəki fiziki və fizyoloji təsirləri üzərinə minlərlə təcrübə etmişlər. Məşq edən birinin, məşq etməyən birindən fərqli bir sıra fiziki və fizyoloji reaksiyalar göstərdiyini sübut edə bilmişlər. Hətta bəzi nəticələr müasir alətlərlə də müşahidə edilməkdə və Kinin obyektiv varlığı konkret olaraq sübut edilməkdədir. Kinin təbiəti üzərinə edilən işlər nəticəsintdə həyat elmləri, fizika, kimya və riyaziyyat sahələrində edilən araşdırmaları daha da genişlədəcək. Eyni zamanda tibb mühəndisliyi, biyonika, Ənənəvi Çin Tibbi və Qərb Tibbinin qaynaşması və Ənənəvi Çin Tibbi nəzəriyyəsinin inkişafında yeni pəncərələr açacaq.

1970-lərdən bu yana çox sayda xarici araşdırma vahidi Nəfəs Texnikaları, bədən kanalları və Kinin təbiəti üzərinə ətraflı araşdırmalar icra etməyə davam edərək Praq, Fas və Torontoda xüsusilə nəfəs alıb-vermə texnikaları üzərinə beynəlxalq simpoziumlar təşkil edilmişdir.1975-də İsveçrədəki Marsh European Universiteti nəfəs texnikalarını fizyoloji, biyokimyəvi və psixoloji tərəflərindən qiymətləndirən detallı bir araşdırma başlatmışdılar və bu sahədə nəzəriləşmişdilər. 1976-da Amerikada nəşr olunan "Biofeed back" qəzeti Çin tibbi üzərində böyük bir maraq göstərmiş kiqonq və Ki üzərinə xüsusi bir araşdırma etmişdir. Avropa, Asiya və Şimali və Cənubi Amerikada araşdırma birlikləri qurulmuşdur.

Nəfəs alıb-vermə texnikaları tətbiq edən adam meydana gətirdiyi təsir ilə bədən sistemlərini idarə altına alar. Əzələlərini boşaltmağı, düşüncələrini azadlaşdırmağı və iradəsini sağlamlaştırmağı öyrənər. Ən üst səviyyədə rahat və dincliyə çatmaq üçün düşüncənin və romantik reaksiyaların məhdud bir sahədə sıxışması önlənər. Bu, narahatlıqları məğlub etmək və fərdin şəxsi ehtiyaclarını önə çıxararaq müalicə təmin etmək və bədən müqavimətini artırmaq üçün edilən bir müalicədir.

Nəfəs alıb-vermə texnikalarının üç ayrılmaz parçası bunlardır:

Bədəni tarazlaşdırmaq (duruş),
Zehini tarazlaşdırmaq (İçə çevril)
Tənəffüsü tarazlaşdırmaq (nəfəs alıb-vermə).

Bütün bunlar bədəndə bir bütün olaraq fəaliyyət göstərərlər. Nəfəs Texnikaları üzərinə edilən hər cür araşdırmanı bu üçlünün bədəndəki hər orqan və sistem üzərindəki müsbət və qəti təsirini sübut etmişdir.

Nəfəs texnikalarının beyin pərdəsi üzərindəki təsirinin müşahidəsi

Nəfəs texnikaları işlərində sinir sistemi zehni sakinliyə bağlı olaraq içə dönmüş bir vəziyyətdədir. Təcrübə və işlərdə görülmüşdür ki, Ki enerjisi təzyiqi beyin korteksində tutararaq beynin tənzimləmə tutumunu gücləndirməkdə və bədəndəki bütün sistem və orqanların funksiyalarını yaxşılaşdırmaqdadır. Elm adamları tərəfindən edilən detallı çalışmalarda korteksin fərqli hissələrindən alınan elektroensefalografik dalğalarda gərginliyinin bir çox bölgədə fərqli olduğu və genişliklərinin 50 mikrovoltu aşmadığını müşahidə edilmişdir. Nəfəs Texnikaları tətbiqlərindən sonra gərginlik 150-180 mikrovolta qədər yüksəlmişdir, eyni zamanda korteksin hər yerindəki elektroensefalogram gərginliyində sinxronizə bir artım olmuşdur. Məşq nə qədər yaxşı tətbiq olunsa, sinxron da o qədər yüksək olmuşdur. Nəfəs Texnikaları sinir hüceyrələrinin elektrik fəaliyyətini ən üst səviyyədə nizama salmaqda, enerji istehlakını ən aza endirərək beyindən yüksək fayda verilməsini reallaşdırmaqdadır.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Keçmiş Çin Tibbində Nəfəs Texnikaları
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Digərləri-
Jump to: