HomeHome  RegisterRegister  Log inLog in  

 

 2256-cı İldən Gəldiyini İddia edən Adam

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

2256-cı İldən Gəldiyini İddia edən Adam Empty
PostSubject: 2256-cı İldən Gəldiyini İddia edən Adam   2256-cı İldən Gəldiyini İddia edən Adam Icon_minitimeFri Sep 12, 2008 6:01 pm

HƏFTƏDƏ 800 DOLLARINI 350 MİLYON DOLLARA ÇIXARAN İNVESTOR, İNSİDER TRADİNG GÜNAHLANDIRMASIYLA QARŞILAŞINCA "MƏN ƏSLİNDƏ 2 MİN 256´DAN GƏLƏN ZAMAN YOLÇUSUYAM" DEDİ. AMERİKAN SƏRMAYƏ BAZARI AVTORİTETİ "SEC" BU İŞDƏN BAŞ AÇA BİLMƏDİ.

Zamanda Səfər Etdiyini İddia edən Adam Birjanı Qarışdırdı... Federal təhlükəsizlik işçiləri, içəridən məlumat sızdırma günahlandırması üzündən bir Wall Street birjaçısını həbs edib sorğulamağa başladılar. Həbs olunan birja dahisi, 2256-cı ildən günümüzə zaman səfəri etdiyini iddia edir!

`Security and Exchange Commission` qaynaqlarına görə, 44 yaşındakı Andrew Carlssin, 28 Yanvar tarixindəki həbs olunmasına gətirib çıxaran şübhə oyandırıcı fövqəladə birja müvəffəqiyyətini yuxarıdakı kimi qəribə bir şəkildə açıqlamaqla kifayətlənir.

Bir SEC vəzifəlisi belə deyir: `Bu adamın uydrumalarına inanmırıq, ya dəlinin biridir, ya da patoloji bir yalan danışma hadisəsidir.` `Ancaq bir də belə bir gerçək var əlimizdə: Adam 800$-lıq bir investisiya ilə başlayıb və 2 həftə içində sahib olduğu portfey 350 milyon dolların üzərindədir! Birja üzərindən reallaşdırdığı bütün alışlar və satışlar gözlənilməz inkişafların məlumatına söykənir, bunu şans faktoru ilə açıqlamaq mümkün deyil.` `Bu məlumatlara sahib olmasının tək bir yolu var, əməliyyat etdiyi şirkətlərlə əlaqədar içəridən məlumat sızdırmış olması-ki bu da qeyri-qanunidir... Bizə məlumat qaynaqlarını söyləyənə qədər onu Rikers Adası`ndaki bir hücrədə tutmağı düşünürük.` Keçən ilki birja dalğalanmaları xeyli çox investoru pulsuz qoymuşdu. Eyni əsnada Carlssin 126 çox riskli əməliyyat reallaşdırıb hamısından da yüksək qazanclar əldə edincə gözlər bir anda bu birjaçıya dönmüşdü. Carlssin, 200 il iləriki bir tarixdən, yəni gələcəkdən günümüzə gəldiyini iddia edir və təbii o zamanki tarix və statistik qeydlərində də günümüzdəki birja dalğalanmaları detallı olaraq yazılmışdır. Carlssinə görə: `Bu fürsətə etiraz etmək çox çətin idi. Əslində hər şeyin sıravi və təbii görünməsini planlamışdım. Bilərsiniz işdə, sağda solda bir neçə dolları bilə-bilə itirəcək və beləcə normal bir birjaçı görünüşü çəkəcəkdim, ancaq son anda yaxalandım.` Üzərinə gedilən Carlssin, Usamə bin Ladin`in aqibəti və AIDS`in çarəsi kimi tarixi gerçəkləri də açıqlaya biləcəyini söylədi, tək ehtiyacı olan zaman maşınına minməsinin icazə verilməsi. Ancaq Carlssin, maşının harada olduğunu heç cür söyləmədiyi kimi necə işlədiyinin şərhini də rədd edir, səbəb: `bu texnologiya pis güclərin əlinə keçə bilər.` Səlahiyyətlilər bu adamın iddialarının uydruma olduğu mövzusunda həmfikirdir, ancaq bir SEC səlahiyyətlisi bunu etiraf edir: `Əlimizdəki bütün federal qeydləri axtardıq, Andrew Carlssin adlı biriylə əlaqədar olaraq, belə bir adamın yaşadığını, bir şeylər etdiyini göstərən dekabr 2002 tarixindən əvvəl heç bir qeyd yoxdur.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
2256-cı İldən Gəldiyini İddia edən Adam
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Paranormal hadisələr-
Jump to: