HomeHome  RegisterRegister  Log inLog in  

 

 Gizli Sənədlər (Majestik Sənədi) 2

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Gizli Sənədlər (Majestik Sənədi) 2 Empty
PostSubject: Gizli Sənədlər (Majestik Sənədi) 2   Gizli Sənədlər (Majestik Sənədi) 2 Icon_minitimeSat Sep 20, 2008 2:18 pm

[You must be registered and logged in to see this image.]

MAJESTIC 12 SƏNƏDİ - 6
Səhifə 6/9

Blue Book Proyektinin dekabr 1969-da sona çatdırılmasına baxmayaraq, Aquarius Proyekti NSC və MJ12-nin yoxlaması altında icra edilməyə davam etdirildi. NSC, UFO müşahidələri və hadisələri ilə əlaqədar araşdırmaların məxfi və xalqın məlumatı xaricində davam etdirilməsi lazım olduğunu düşünürdü: Əgər Hava qüvvələri UFO araşdırmalarına davam etsəydi, bəzi Hava qüvvələri vəzifəliləri və sivil müdafiə personalı əzəl-axır Aquarius Proyekti ardında yatan gerçəkləri öyrənəcəkdi. Buna icazə verilə bilməzdi. UFO araşdırmalarının gizlilik içində icra edilməsini təmin etmək məqsədiylə, CIA/DCD və MJ12dən araşdırmaçılar müxtəlif əsgəri və hökumət qurumlarına yerləşdirildi və UFO/IAC hadisələrini araşdırmaqla vəzifələndirildi. Bu agentlər ABŞ və Kanadanın müxtəlif yerlərində vəzifə yerinə yetirməyə davam etməkdədir.

QEYD: Yadplanetlilər nüvə silahlar və nüvə araşdırmalarla çox yaxından maraqlanmaqda idilər. Hesabat edilən bir çox UFO müşahidəsi və hadisəsi nüvə silah aerodromları yaxınlarında reallaşmışdır. Yadplanetlilərin nüvə silahlara olan bu yaxın marağı gələcəkdə Dünya üzərində meydana gələ biləcək bir nüvə döyüş hədəsinə qarşı tədbir almaq olaraq şərh oluna bilər. Hava qüvvələri nüvə silahların yadplanetlilər tərəfindən oğurlanması, ya da yox edilməsi təhlükəsinə qarşı tədbirlər almışdır. MJ12, yadplanetlilərin günəş sistemimizi sülh məqsədlərlə səyahət etdiklərinə əmindir. Yenə də, yadplanetlilərin gələcəyə istiqamətli planlarının milli təhlükəsizliyə və mədəniyyətin inkişafına qarşı bir hədə meydana gətirmədiyi qətiliklə təyin olunana qədər yadplanetlilərin hərəkətlərini müşahidə etməyə və yazmağa davam etməliyik.

MAJESTIC 12 SƏNƏDİ - 7
Səhifə 7/9

Əldəki məlumatların düşmən kəşfiyyatların tərəfindən ələ keçərilməsindən qorxan MJ12, yadplanetlilərin tibbi vəziyyətləriylə əlaqədar texnoloji gerçəklərin -məsələn bir yadplanetlinin canlı olaraq ələ keçirildiyi və üç il həyatda qaldığı gerçəyinin- xalqa açıqlanmaması lazım olduğunu düşünürdü. MAMA tərəfindən verilən və mövzunun həssaslığı səbəbindən xalqa açıqlanmaması lazım olduğu düşünülən başqa məlumatlar da vardı. MAMA, yadplanetli atalarının 2000 il əvvəl Dünya sakinlərinin bir mədəniyyət inkişaf etdirmələrinə köməkçi olmaq üzrə Dünyaya insan toxumu atdıqlarını bildirmişdi. Hər nə qədər bu homo-sapienin şəxsiyyəti haqqında məlumat tapılmamış olsa da, qəti olan bir şey vardı: Əgər bu məlumat xalqa eşitdirilsə dünya daxilində dini bir çaxnaşma meydana gətirə bilərdi

MAJESTIC 12 SƏNƏDİ - 8
Səhifə 8/9

1976 tarixli MJ12 hesabatında yadplanetlilərin texnologiyasının ABŞ texnologiyasından minlərlə il irəlidə olduğu ifadə olunmaqdadır. Elm adamları, ABŞın indiyə qədər yadplanetlilərdən nə qədər geniş əhatəli məlumatlar əldə etmiş olduğunu ancaq texnologiyamız yadplanetlilərinkinə bərabər vəziyyətə gəlincə anlayacağımızı söyləməkdədirlər. ABŞ texnologiyasının bu vəziyyətə çatması isə minlərlə il ala bilər.

MAJESTIC 12 SƏNƏDİ - 9
Səhifə 9/9

AQUARIUS PROYEKTİ DAXİLİNDƏ İCRA EDİLƏN PROYEKTLƏR

1. ORKESTR PROYEKTİ (Parol: Risk) 1949-cu ildə başladıldı. Vəzifəsi, həyatda qalan yadplanetli varlıq və tapılan digər yadplanetli bədənləri haqqında tibbi məlumat yığmaq və qiymətləndirmək idi. Bu proyekt daxilində MAMA tibbi araşdırmalardan keçirilmiş və təkamül nəzəriyyəsi haqqındakı suallara qəti cavablar tapılmışdır. Proyektə 1974-cü ildə son verilmişdir.

2. SIGMA PROYEKTİ (Parol: Gecə yarısı) 1954-cü ildə, Gleem Proyektinin bir qolu olaraq quruldu. 1976-da ayrı bir proyekt olaraq icra edilməyə başlandı. Vəzifəsi, yadplanetlilərlə ünsiyyət qurmaq idi. Bu proyekt, 1959-da ABŞın yadplanetlilərlə primitiv səviyyədə ünsiyyət qurmağa başlamasıyla müvəffəqiyyətə çatmışdır. 25 Aprel 1964-də bir Hava qüvvələri kəşfiyyat səlahiyyətlisi New Mexiko səhrasında daha əvvəldən təyin olunan bir yerdə iki yadplanetliylə görüşmüşdür. Təmas təxminən 3 saat davam etmiş və kəşfiyyat səlahiyyətlisi bu iki yadplanetliylə təməl məlumat alveri etmişdilər.

3. SNOWBIRD PROYEKTİ: (Parol: Balina ulduzu) 1972-də qurulmuşdur. Vəzifəsi, ələ keçərilən yadplanetli vasitələrini test uçuşuna çıxarmaq idi. Bu proyekt hələ də Nevadada ([You must be registered and logged in to see this link.]) icra edilməkdədir

4. POUNCE PROYEKTİ (Parol: Dixie) 1968-də quruldu. Vəzifəsi kosmos texnologiyası haqqında əldə edilən bütün məlumatları qiymətləndirmək idi. Pounce Proyekti də hələ də davam etməkdədir.

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Gizli Sənədlər (Majestik Sənədi) 2
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsixologiya platformu :: Yazılar & sənədlər-
Jump to: