HomeHome  RegisterRegister  Log inLog in  

 

 Hipnoz texnikaları.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN

Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Hipnoz texnikaları. Empty
PostSubject: Hipnoz texnikaları.   Hipnoz texnikaları. Icon_minitimeMon Sep 22, 2008 3:15 pm

İndi hər kəsin rahatlıqla tətbiq edə biləcəyi bir ipnoz üsuluyla mövzumuzu açaq...
Bu iş üçün əvvəlcə bir süje tapmaqla işə başlayın. Könüllü bir süjeyi tapdıqdan sonra nələr edəcəksiniz addım-addım bunu görək:

İşə başlamadan əvvəl əlinizi yüzünüzü sabunla yaxşıca yuyun. Mümkünsə ilıq bir duş alın.

Kimsənin sizi narahat etməyəcəyi, səssiz bir otağa keçin.
Süjenizin başına və kürəyinə yumşaq yastıqlardan hazırlayacağınız bir döşəklə, yüngül dik bir mövqedə yatmasını təmin edin. Tam oturmasın, amma tam da yatmasın. İkisinin ortasında bir şəkildə divana uzansın.
Otağınığın işığını azaldın.
Əlinizə işığı mavi qab kağızıyla örtülmüş kiçik bir əl fənəri alın... Süjenizin göz xəttinin bir az üstündə tutaraq, mavi işığa konsentrə olmasını istəyin. 2-3 dəqiqə müddətlə yalnız mavi işığa baxsın və ondan başqa heç bir şey düşünməsin. Mavi işıq süjenizin gözlərindən 30 sm qədər uzaqda tutulmalıdır. Bu müddət içində özünə bu təlqinləri etməyə başlayın:

"Çox rahat, çox sakinsiniz... Sizi bürüyən ağırlıqlardan xilas olun... Rahatca uzandınız... Bədəninizdə sizi narahat edən bir şey varsa hərəkət edib düzəldə bilərsiniz... Bədəninizi sərbəst buraxın... Çiyinlərinizi sərbəst buraxın... Külçə kimi bu kresloya yığın özünüzü... Çox rahat və sakin vəziyyətdəsiniz... Gözlərinizi bağlamaq istəyirsiniz amma bağlamayın. İşığa, yalnız işığa baxın... Zehininiz səsimə və işığa mərkəzlənmiş vəziyyətdədir... Əsla gözlərinizi bağlamayın... Diqqətlicə işığı gözləyin və səsimə konsentrə olun... Az sonra gözlərinizi bağlayacaqsınız... yaxşıca boşalmağa başladınız... Boşalırsınız... Üçə qədər sayacağam... Üç deyincə gözlərinizi bağlaya bilərsiniz... Bir... İki... Üç..."
1-ci təlqin üsulu

Süjeniz gözlərini bağladıqdan sonra 15 saniyə qədər susun. Buraxın a ritmi onu bürüsün. Bu vaxt bu təlqinləri etməyə başlayın:

"Qıçlarınız, qollarınız, qarın və kürək əzələləriniz boşalır... Üz əzələləriniz, gözlərinizin ətrafındakı əzələlər boşalır... Bir boşalma dalğası sizi əhatə etmiş vəziyyətdədir... Bu boşalmanın sizi bürüməsinə icazə verin... Çiyinlərinizi, başınızın yastığa dəyən qisimlərini buraxın yatağa sərilsinlər... Bir azdan gözlərinizi açmanızı sizdən istəyəcəyəm... Bilirəm, sizi bürüyən bu boşalma halı üzündən gözlərinizi açmaq sizə böyük bir əzab kimi gəlir... Amma əmrimi gözləyin... Üçə qədər sayıram... Uc dəyincə açın gözlərinizi açacaqsınız... Bir... İki... Üç..."
2-ci təlqin üsulu

15 saniyə heç bir şey söyləməyin. Mavi işığınıza baxmağa davam etsin... Bu vaxt bu təlqinləri etməyə başlayın:

"Gözlərinizi böyük bir çətinliklə açıq tutursunuz. İşıq sizi ağır ağır özünüzdən keçirir... Ona diqqətlə baxın... Bütün diqqətinizi ona yönəldin... İşıq getdikcə silikləşməyə və bulanıqlaşmağa başladı... Göz qapaqlarınız yaxşıca ağırlaşdı... Gözlərinizlə birlikdə bütün bədəniniz ağırlaşdı... Qollarınız, qıçlarınız daş kimi ağırdır... Daha çox ağırlaşır... Bu ağırlığı getdikcə daha çox hiss edirsiniz. Bu ağırlıq bütün bədəninizi bürüyür... Göz qapaqlarınızı açıq tutmaqda çətinlik çəkirsiniz... Üçə qədər sayacağam və siz çətinliklə açıq tutmağa çalışdığınız gözlərinizi böyük bir dinclik içində bağlayacaqsınız... Gözlərinizi bağladığınızda indiyə qədər heç olmayan bir dinclik və boşalma dalğası sizi əhatə edəcək... Bir... İki... Üç..."
3-cü təlqin üsulu

Süjenizə 15 saniyə təlqin vermədən onu öz halına buraxdıqdan sonra sizə daha əvvəl "öz özünə boşalma" metodlarında verdiyimiz nəfəs alma məşqlərini süjenizə etdirin və daha sonra bu təlqinlərlə hipnoz təcrübənizə davam edin:

"Boşalırsınız... Getdikcə daha çox boşalırsınız... Yuxu ilə oyanıqlıq arasındakı bir sərhəddə dərin bir şəkildə boşalırsınız... Çox rahat, çox sakinsiniz... Böyük bir dinclik içində getdikcə daha çox, daha çox boşalırsınız... Rahat, sakin və nizamlı olaraq nəfəs alırsınız... Özünüzü içinizdən hiss edin... Özünüzü içinizdən hiss edin... Ağır ağır dalğalanırsınız... Ürəyiniz sakin və güclü olaraq atır... içinizə dolan enerji sizi beşikdəymiş kimi yelləməyə davam edir... Çox rahat, çox sakinsiniz... Boşalmanın sizi bürüyən duyğusunu hiss edin... Boşalmanın verdiyi dincliyi hiss edin...

Boşalırsınız... Getdikcə daha çox boşalırsınız... Bütün bədəniniz bir külçə kimi yığılmış vəziyyətdədir... Və siz onu belə hiss edə bilmirsiniz... Özünüzü içinizdən hiss etməyə davam edin... Buraxın boşalmanın dincliyi sizi yaxşıca bürüsün... Artıq enerjinizin mənbəsiylə bir və bütünsünüz..."

Süjeniz bu anda təlqin götürmə qabiliyyətiylə mütənasib bir boşalma şüuru içində olmaqdadır... Artıq istəyiniz istiqamətində ona bəzi təlqinləri etməyə başlayın. İlk başlarda ona böyük bir enerjiylə dolu, şən bir şəkildə qalxacağını təlqin edin. Bu onun streslərdən böyük bir nisbətdə təmizlənməsini təmin edəcək. İşləriniz irəlilədikcə onu müxtəlif vərdişlərindən qurtara bilər, ya da, əgər varsa psixosomatik mənbəli narahatlıqlarını müalicə etməyə də çalışa bilərsiniz. Təcrübələrinizdəki müvəffəqiyyətinizi ölçmək üçün, süjenizə bəzi təlqinləri etməyə başlayın: süjenizin boşalmada hansı mərhələyə qədər çatdığnı test edə bilərsiniz. Məsələn; ondan bir almanı gözünün qarşısında canlandırmasını istəyin. Əgər bunu bacarsa ən az orta dərəcəyə yaxın bir transın reallaşdığını düşünə bilərsiniz.

Süjenizi təkrar oyandırmaq üçün bu yolu izləyin: "İndi bir müddət susacağam... Təkrar səsimi eşitdiyinizdə sizi bürüyən bu boşalma şüurundan yavaş-yavaş uzaqlaşmağa başlayacaqsınız..."
25 - 30 saniyə qədər susduqdan sonra bu təlqinlərlə işinizi sona çatdırın:

"Dərin bir nəfəs alın və verin... Boşalma halından çıxmağa özünüzü hazırlayın... Təkrar dərin bir nəfəs alın və nəfəsinizi verin... Nəfəsinizi verərkən sizi bürüyən boşalma halı sürətlə bədəninizi normal şüurunuza tərk etməyə davam edəcək... Oyanırsınız... Köhnə halınıza geri dönürsünüz... Az sonra sizdən gözlərinizi açmanızı istəyəcəyəm... Yavaş yavaş əllərinizi və ayaqlarınızı tərpədə bilərsiniz... Bir az sonra üçə qədər sayacağam... Üç dediyimdə tamamilə oyanmış olacaqsınız.


Gözlərinizi açdığınızda böyük bir enerji dolmuş vəziyyətdə sevinc içində oyanacaq və ayağa qalxacaqsınız... Bütün narahatlıqlardan və streslərdən uzaq bir həyat sizi gözləyir... Ayaqlarınızı, qıçlarınızı və qollarınızı tərpədin və gərin özünüzü... Yaxşıca gərin... Boyununuzu və başınızı oynadın... Bir... İki... Üç..."

Bu cür hipnoz işlərini edərkən, süjenizin şüuraltı hər cür təsiri qəbula açıq olacağı üçün, sizin duyğu və düşüncə əsasında davamlı müsbət bir enerji çıxarmanız lazımdır. Əgər o gün çox yorğun, ya da streslisinizsə, qətiyyən süjenizlə hipnoz işləri görməməyə diqqət edin.

Qeyd; Süje=partnyor

_________________
Siz bir gülü qoxlamaqla, gül qoxusundan dəyər itirməz. Unutmayın, həyatda ya çarəsizsiniz, ya da çarə sizsiniz.
Back to top Go down
http://fenomen.azerbaijaniforum.com
 
Hipnoz texnikaları.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Şüur & Şüuraltı-
Jump to: