Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Təhtəlşüur.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Təhtəlşüur. Empty
PostSubject: Təhtəlşüur.   Təhtəlşüur. Icon_minitimeSun Oct 19, 2008 3:08 pm

Tarixdə, təhtəlşüur bir neçə basdırılmış zədə və ya xatirəni saxlayan mənliyimizin kiçik bir parçası olaraq hesab edilmişdir. Yaxın illərdə, yuxular, obrazlar, şüur və ESP (beş duyğu xaricində hiss) üzərinə işlər irəlilədikcə, təhtəlşüurun ən az şüur qədər əhəmiyyətli bir rolu olduğu aydın olmaqdadır. Fərdi inancıma səbəb olacaq heç bir elmi şərh olmamasına baxmayaraq, məncə mənim təhtəlşüurum şüurumdan qat-qat daha qüdrətli və müdrikdir. Onun bu geniş potensialını düşünün! Bu da bizə bütün mənliyimizin həyatımızı tamamilə idarə etdiyi ehtimalını verər. Sizin təhtəlşüurunuz mütləq başqalarınınkı ilə qarışacaq. Təhtəlşüur sahələrinin bir-birinə qarışması psixologiyanın liderlərindən Carl Jungun toplu-təhtəlşüur (collective unconcious) fikri ilə bənzərliklər doğurmaqdadır.

Təhtəlşüurunuzun ölçülərindən çox daha əhəmiyyətli olanı onun məzmunu haqqındakı fikirlərinizdir. Tarixi olaraq, fəlakəti önləmək baxımından, qaranlıq, pis, təhlükəli və mütləq ciddi idarə altında tutulması lazım olan bir təhtəlşüura inanmaq məşhur olmuşdur. Təhtəlşüur ilə əlaqədar nə qədər zərərli bir inanışdır bu! İnsanın bilmədiyi tərəflərinə, instinktləri və yuxularına ( ki onlar bizim ən uca və şah əsər ruhi qidalarımızdır) güvənə bilmədiyi bir həyat xoşbəxt ola bilməz. Bəli, təhtəlşüurunda bəzi zədə dolu xatirələr yer ala bilər, ancaq mənə görə bu, yaradıcılıq, oyun, sevinc, ruhilik, özünə güvən və xoşbəxtlik üçün ödənəcək kiçik bir əvəzdir.

Mənim təklifim, bütün hissərinizə güvənməniz və onları sınamanızdır. Hamısına görə davranın demirəm. Amma bu hisslər hər vaxt araşdırılacaq qədər əhəmiyyətli və bir səviyyədə güvənilməli olacaq qədər etibarlıdır. Əgər hisslərin nəticələri qəbul edilə bilər isə, bunlara görə hərəkət etməniz də təklif edilir.

Yaxşı qəbul edilə bilməz bir hissə necə cavab verilər, məsələn birinə zərər vermə hissinə? Təkrar edirəm: Hissiniz sizə etibarlı məlumat verməkdədir, amma davranış uyğun deyil. Siz böyük ehtimalla o insandan nifrət edirsiniz. Bu nifrəti inkar etmədən dəyişdirməniz mümkündürmümü? Bu insanı qarşınızda fərz edib, ona olan nifrətinizi xəyalən ifadə etmək ehtiyacındasınızmı? Bu nifrət başqasınamı istiqamətləndirilməlidir? Qəbul edilə bilməyəcək hissləri "Mən bundan nə öyrənə bilərəm?" sualı ilə araşdırmaq əhəmiyyətlidir. Əgər hisslər təkrar-təkrar geri gəlirsə, hələ dərsinizi öyrənməmisiniz deməkdir.

Hamımız hisslərimizə güvənməmək üzrə öyrədildik. Bu "Təhsil", həyatımızın bir çox sahəsində ilişib qalmamıza səbəb olur.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Təhtəlşüur.
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Alternativ tibb & İnsan psixologiyası :: Şüur & Şüuraltı-
Jump to: