ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: OKULTİZM NƏDİR? Mon Nov 03, 2008 8:28 pm | |
| Okultizm sözünün dilimizdə qarşılığı "gizli elm, məxfi elm" olaraq ifadə edilməkdədir. Gizli elmlər deyilincə, köhnə ənənənin davamını təmin edən ezoterik (qərbi) doktrina anlaşılmaqdadır. Okultizmin daha yaxşı aydın ola bilməsi üçün, onun necə meydana gəldiyinin bilinməsində fayda vardır. Keçmiş zamanların böyük mütəfəkkirləri, fikirlərini mükəmməlləşdirmək məqsədiylə, dünyamızda doğulmuş böyük sivilizasiyalardan və xüsusilə də Qədim Misir sirrlərindən böyük ölçüdə faydalanmışlar. Bu antik çağ sivilizasiyalarında elm, başlıca iki ana hissəyə ayrılardı: 1- Hərəkətlərə söykənən maddi qisim; 2- Prinsiplərə söykənən fikiri qisim. Bu ikisi arasında birindən digərinə keçiş xüsusiyyətində rəqəmsal bir qisim vardı ki, bu da "Qanunlar"a söykənərdi. Görünür ki, hər elmin bir fizika, bir metafizik və bir də riyaziyyat qismi vardır. Metafizika qisim olmadan, elm, ölü şeylərin sayılması olardı. Metafizika, bütün elmlərin canlandırıcı ruhu idi. Buna qarşılıq fizika qismi də olmasaydı, bu dəfə fikri qisim yalnız xəyali bir mərhələdə qalar, dünyaya uyğun bir məlumat halına gələ bilməzdi. Bu üç ünsürə də sahib olan elm, gerçək elm idi. Buna ƏKSİKSİZ ELM, TAM ELM deyilərdi. Tezis (fizika), antitezis (metafizik) və sintez (riyaziyyat), TAM ELMi meydana gətirən üç ana ünsür idi. Fizika və metafizika sahələrinin istifadə edilməsi, ancaq sintez ilə mümkün ola bilməkdə və bu da, uzun və çətin bir işi tələb etməkdə idi. Məbədlərdəki gizli mistik işlər sayəsində əldə edilə bilən bir zehin dinamizmi, bu işlər üçün lazımlı idi. Barbarların zəbtin dövrlərində, Qərb dünyasının Orta Əsrlər sirçiliyi boyunca davam etmiş ağır templi zehni inkişafı, ən sonunda səhhəti, hər problemi bu üç cəphədən araşdıran qədim sintezediciyə müraciət etməkdə tapdı. İstanbulun Osmanlıların əlinə keçməsi bu çağı bağladı. Ərəblər də Qərb aləminə yayılmağa başladılar. On beşinci və on altıncı əsrlərdə bir qisim elm mərkəzləri, məktəblər, işlərin fiziki tərəfinə yönəldilər. Çünki bu onlara həm daha rahat gəlir, həm də daha az yorucu və qısa bir iş tələb edirdi. Beləcə, insanlığa aid bütün elmlərin bütün qollarında ayrılıqlar başladı. Fikri qisim teoloji təhsil mərkəzlərinə çəkilərkən, maddi qisim də, tibb universitetlərinin və elm məktəblərinin malı oldu. Zamanla, gerçək işlərin və yüksək məlumatların bütünü, OKULT ELMLƏR adı altında qaranlığa itələnildi. Okult elmlər, "müsbət" (pozitif) olaraq adlandırılan bütün elmlərin gerçək prinsiplərini və bütün fəlsəfəsini özündə saxlamaqdadır. Və nə vaxt ki, bu söz mövzusu elmlər -ki əslində gerçək elmin qırıntılarıdır- özlərini bütünləmək ehtiyacı hiss edəcəklər, o zaman öz əsaslarını okult və ezoterik elmlərdə axtarmaq məcburiyyətində qalacaqlar. Elmlərin iki hissəsi arasındakı bu ayrılıq cəmiyyətlər tərəfindən də mənimsəndikdən sonra, rəsmi təlimin yanında daim bir gizli təlim də nəsildən nəsilə, inisiyativ birlikləri tərəfindən köçürüldü. Bu gizli təlimin səyləri, köhnə TAM ELMin yenidən qurulması yönündə idi ki, bu da "sintez"dən qaynaqlanırdı. Məbədlərin ən gizli hissələrində gizli tutulan bu "sintez", elmlərin aşkar edilməyən gerçəklərini öz bünyəsində saxlayır və prinsipləri saxlamağa yarayan işarələr və herogliflərlə ifadə edilirdi. Okultizm, müsbət elmlərin yerini alıcı deyil, onları tamamlayıcıdır. Çox sayda fenomenin nəzəriyyə və praktikasına malikdir. Kabala tətbiqləri, magiya, əlkimya (el-simya) və astrologiya bu işlərin başlıcalarıdır. Okult işlərdə köhnə ənənələrin öyrənilməsi və öyrədilməsi əsasdır. Bu ənənə və məlumatlar başlıca üç əsasa söykənməkdədir: 1-Tək Tanrı fikiri. 2-Təkrardoğuş. 3-Təkamül. Bu əsaslar üzərinə qurulmuş araşdırma və araşdırma mövzuları belə sıralana bilər: - Ölüm xaricində və batinində nə vardır? - Haradan gəlib hara gedirik? - Bu dünyadakı həyat tərzimiz nə olmalıdır? - Bunun üçün məqbul bir ölçü vardırmı? - Öz-özümüzü islah edə bilərikmi? - Təbiət qüvvətlərindən faydalanmağı necə bacararıq? - Ölüm sonrası aləmlərin qanunları nələrdir? Okultizm bu sualların ən doğru və qəti cavablarını verdiyini əsla iddia etməz. Bu bir ara vasitəsidir, bir araşdırma vasitəsidir və əgər müəllim tələbələrinə mütləq gerçəyi yaxaladıqlarını söyləyirsə, bu yalnız və yalnız qürur məhsulu boş bir aldatmacadan ibarətdir. Okultizm, ümumiyyətlə içimizə doğan bəzi sualların həllini göstərər. Bu sualların nələr olduğunu yuxarıda görmüşdük. Əldə edilən nəticələr, daim sıx və dərininə bir təcrübə və müşahidənin nəticəsi olmalıdır və bunların, mütləq gerçəyin də özü olduğu heç bir zaman iddia edilməməlidir. Bu mərhələdə, okultizmi iki mərhələdə ələ ala bilərik: 1- Ənənələrin təməlini meydana gətirən "dəyişməz qisim", ki, buna, hansı çağda yaşamış və hansı kökə bağlı olursa olsun, bütün hermetistlərin yazılarında rast gəlinər. 2- Okultistin, tamamilə öz xüsusi araşdırma və şərhlərinə söykənən "fərdi qisim". Dəyişməz qisimi də üç ana nöqtədə araşdıra bilərik: 1- Kainatın bütün planlarında mövcud hərəkətin əsası olan "Üçlü Birlik" (Tri modul-Trinite) Qanununun varlığı(Bunun xristiyanlığa təsiri özünü "Üçlü tanrı" prinsipində büruzə verir). 2- Görünən və görünməyən kainatın bütün qisimlərini bir-birinə möhkəmcə bağlayan "əlaqələr"in varlığı. 3- Görünər aləmin əkiz kopiyası olan və varlığının başlıca təməlini təşkil edən "görünməz aləm"in varlığı. Bu qisimdə, kainatda mövcud görünməz varlıqlar, təbiətdəki və insandakı okult güclər və astral aləm ilə əlaqədar ezoterik məlumatlar ələ alınmaqdadır. Mövzumuza bir giriş şəklində olan bu hissəni bitirərkən, okultizmin üç ana əsasını belə sıralaya bilərik: 1-Tanrı, Qanunlar qoymuşdur(Hətta, özünə də). 2-Təbiətdəki bütün hadisələr, bu İlahi Qanunlar daxilində meydana gəlir. 3- İnsan təbiətdəki hadisələrlə İlahi Qanunlar arasındakı rəqəmsal əlaqələri tanımağa çalışaraq qanunları araşdırar(Əbcəd hesabı, Cifr elmi buna misal ola bilər). | |
|