Şayiə isə Misir qəzetlərindən birində çap olunan xəbərdən qaynaqlanır. Xəbərdə deyilir ki, paytaxt Qahirənin cənubundakı Mallavi şəhərində bir kişi rəqəmlərin xüsusi kombinasiyasından ibarət SMS alandan sonra vəfat edib. “O naməlum nömrədən mesajı alandan az sonra qan qusub, daha sonra isə iflic olaraq canını tapşırıb. Mesaj “+” işarəsi ilə başlayıb 111 rəqəmi ilə bitir”.
Misirdə şayiə yayılıb ki, “xaricdəki naməlum mənbədən göndərilən” mobil telefon mesajı həmin mesajı oxuyanların ölümünə səbəb olur. İndi hökumət belə şayiələrin qarşısını almağa çalışır. İşə Misirin daxili işlər və səhiyyə nazirlikləri də qarışıb. (Frans-press).
Şayiə isə Misir qəzetlərindən birində çap olunan xəbərdən qaynaqlanır. Xəbərdə deyilir ki, paytaxt Qahirənin cənubundakı Mallavi şəhərində bir kişi rəqəmlərin xüsusi kombinasiyasından ibarət SMS alandan sonra vəfat edib. “O naməlum nömrədən mesajı alandan az sonra qan qusub, daha sonra isə iflic olaraq canını tapşırıb. Mesaj “+” işarəsi ilə başlayıb 111 rəqəmi ilə bitir”.
Rəsmi MENA agentliyi “təhlükəsizlik orqanlarındakı mənbə”yə istinadla xəbər yayıb ki, sözügedən mesajı alanların “kəskin baş ağrılarından əziyyət çəkməsi, daha sonra isə onların beynə qaz sızmasından ölməsi” haqda yayılan şayiələrin heç bir əsası yoxdur.
Səhiyyə Nazirliyi özünün müxtəlif bölgələrindəki nümayəndələrinə istinadla açıqlama yayıb ki, “belə simptomlarla heç bir xəstə qəbul etməyiblər”. Açıqlamada deyilir ki, “yayılan şayiələr bütün elmi faktlara ziddir”.
Misirin Daxili İşlər Nazirliyi isə bir neft şirkətində işləyən 3 şəxsi şayiəni yaymaqda şübhəli bilərək saxlayıb. MENA agentliyi xəbər verir ki, indi həmin şəxslər dindirilir.