|
| 10. Planet Nibiru (Marduk) | |
| | Author | Message |
---|
ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: 10. Planet Nibiru (Marduk) Thu Jun 18, 2009 10:00 pm | |
| 10. Planet Nibiru (Marduk) Nibiru, Marduk, Wormwood, Nemesis, 10-th Planet, Celestial Quetzalcoatl Nəzəriyyələrə görə 10. planet deyilən Nibiru (NASA-nin 2001 KX76 olaraq kataloqladığı planet), günəş ətrafındakı 3657 illik hər dönüşündə dünyaya yaxın olaraq gəlib keçərkən dünya üzərində müxtəlif fəlakətlərə səbəb olmaqdadır. Bu səfərki keçiş isə müxtəlif qaynaqlara görə 2012-ci ildə reallaşacaq. Günəş sistemimizi araşdıran alimlər olaraq Zecheria Sitchinə görə, Günəşi və Ayı da cisim olaraq ələ aldığında 11 cisim söz mövzusu olmaqdadır. Nibirunu bu sistemə əlavə etdiyində Sumer lövhələrini çevirən Sitchinə görə 12 sayına çatılmaqdadır. Günəş və Ayı saymazsaq 9 planetdən ibarət olan günəş sistemimizdə Nibiru 10. Planet olmaqdadır. Zecheria Sitchinin kitabında izah edilən 12. Planet ilə bu gün mübahisə edilən 10. Planet eyni planetdir. Son zamanlardakı, Günəş sistemimizdəki planetlərin parlaqlıqlarındakı artım, Yupiterin peykləri ilə arasında iyonizə bir əlaqə meydana gəlməsi, planetlərin maqnetik çəkiliş güclərindəki artım və dəyişmələr, Yupiter, Uran və Neptun atmosferlərindəki qeyri-adi dəyişikliklər dünya üzərindən teleskoplarla izlənilməkdədir. Son aylarda bütün dünyada görülən atmosferik anormallıqlar və müxtəlif böyüklükdəki zəlzələlərin sıxlıq qazanması ilə əlaqədar açıqlamalar 10. planetin gəlişi ilə əlaqədardır. Pioneer 10 və Pioneer 11-in Dünyadan uzaqlaşma sürətlərindəki azalmaların da 10. Planet təsiri ilə olduğu irəli sürülməkdədir. Planetin gəlişi ilə əlaqədar İnternetdən toplanan məlumatlar bu səhifədə toplanılmağa çalışılmışdır.
Nələr oldu? 1976: Zecheria Sitchinin 12. Planet kitabı satışa çıxdı. 1979: Zecharia Sitchinin kitabının bazara çıxmasından 3 il sonra Amerikan Astronomiya Birliyi "Planet X" proyektini başlatdı. 1981: Plutonun orbitində müəyyən olunan nizamsızlıqlar üzərinə 10. planetin var olub olmaması üzərinə araşdırmalar başladıldı. 1982: NASA, rəsmi olaraq 10. planetin varlığını qəbul etdi. 1983: Nibiru, NASA-ya aid IRAS (Infrared Astronomical Satellite) peyki ilə 10. planet olaraq ilk dəfə görüldü 1992: Kuiper Qurşağı üzərində ilk tədqiqatlar David Jewitt və Jane Luu tərəfindən Havay Universitetində başladıldı. O tarixdən günümüzə qədər Kuiper Bölgəsində 400-ə qədər obyekt müəyyən olundu. 1998: 1970-ci illərin başında göndərilən kosmik aparatların uzaqlaşma sürətlərindəki azalmalar diqqət çəkdi (Pioneer 10, Pioneer 11). 90-lı illərin başında bunun səbəbi aydın ola bilmədi. Bu il isə bunun 2001 KX76-nın cazibə qüvvəsindən qaynaqlandığı iddia olunur. 2000: NEOS (Near Earth Objects) proyekti daxilində 2001 KX76 daxil olmaq üzrə dünya həyatına təhlükə ola biləcək cisimlər üzərində işlər başladıldı. Fevral 2001: Kuiper Qurşağı ətrafında dolanan CR105 adlı kametin orbitindəki diqqətə çarpan nizamsızlıqlar üzərində işlər başladıldı. Nizamsızlıqlara orada böyük bir planetin səbəb olacağı nəticəsinə varıldı. 4 Aprel 2001: Planet, Arizona Lowell Müşahidə Mərkəzi tərəfindən 2001 KX76 olaraq Robert Millis və yoldaşları tərəfindən rəsmi olaraq kataloqlandı. 7 Yanvar 2001: İsveçrədəki Neuchatel müşahidə evində də müşahidə edildi. Elm adamları kəşflərini mətbuata elan etdilər, bir həftə sonra xəbərin əsassız olduğunu ifadə etdilər. 11 Aprel 2001: National Optical Astronomy Observatory (NOAO) tərəfindən 10. planet, Trans Neptunian Object (TNO) 28976 = 2001 KX76 olaraq təsdiqləndi. 23 Avqust 2001: ESO 2001 KX76-nın Ceresdən daha böyük olduğunu bildirdi. 2001: Deep Ecliptic Survey adlı proyekt daxilində Nibirunun ilk rəqəmsal şəkilləri çəkildi (Tucson yaxınlarındakı (AZ) Kitt Peak Milli Rəsədxana və Çilidəki Cerro Tololo Inter-American Rəsədxana). 2001: Nibirunun albedosu, rəngi və digər xüsusiyyətləri 6.5 metrlik Magellan Teleskopu ilə Las Campanasdakı rəsədxanadan (Çili) müəyyən olundu (Magellan Instant Camera (MagIC). 2003: 10. Planetin yaxınlaşmasının təsiriylə dünyanın hər tərəfində müxtəlif böyüklüklərdə zəlzələlər olmağa başladı. Can itkisinə gətirib çıxarmayan yüngül zəlzələlərin sıxlığı artmağa başladı. 2003: 1980-ci illərin ortalarından etibarən meydana gələn Günəşdəki anormallıqlar səbəbi aydın olmamışdı. Nibirunun təsiri ilə Günəşdəki dəyişikliklər dünyadakı bütün günəş müşahidə rəsədxanalarında və kosmosdakı SOHO peyki ilə araşdırılmağa başlandı. 17 Aprel 2003: 2001 KX76-nın adı, "Ixion" olaraq dəyişdirildi. 15 Mart 2004: NASA, Kuiper qurşağında yeni bir böyük cisim təyin etdiyini bildirdi. 2003 UB16 olaraq kataloqlanan bu yeni cisimə SEDNA adı verildi. 6 Sentyabr 2006: 2003 UB313 (Əvvəl Xena sonra Eris adı verildi) Günəşdən 97 Astronomik vahid uzaqlıqda 10. planet namizədi olaraq kəşf edildi və kataloqlandı.
Niyə 12. Ya da 10. Planet Deyilir? Madam Günəş Sistemimizdə 9 Planet Var; Nibirunun 10. Planet Olması Lazım deyilmi? 1. Günəş 2. Merkuri 3. Venera 4. Dünya 5. Ay 6. Mars 7. Yupiter 8. Saturn 9. Uran 10. Neptun 11. Pluton 12. Nibiru Günəş və Ay sayılmazsa 1. Merkuri 2. Venera 3. Dünya 4. Mars 5. Yupiter 6. Saturn 7. Uran 8. Neptun 9. Pluton 10. Nibiru
2003-mü 2012-mi? Maya təqviminin sonu olan 21 dekabr 2012, bəzilərinə görə Qreqoryan təqvimində May 2003-ə təkabul edirdi. Bu mövzuda iki görüş vardı. Bu an əldə yalnız 2012 fikiri qaldı.
Dünyanın peyki Ay, asteroid Qurşağı və Saturnun halqasının mənşəyi nədir? Plutonun orbiti digər planetlərdən niyə fərqlidir? asteroidlərin mənşəyi nədir? Sumer lövhələrindəki məlumatlara görə "AB ZU" adındakı ilk sistemdə yalnız Günəş və 4 qrup planet vardı. Qruplarda cəmi 8 planet vardı. Yəni "AB ZU" adındakı ilk Günəş sistemində cəmi 8 planet vardı. Bunlar: Qrup 1. Merkuri və Venera Qrup 2: Mars və Tiamat Qrup 3. Yupiter və Saturn Qrup 4. Uran və Neptun
4 milyard il əvvəlki günəş sistemimizdə bu günki dünyamız hələ yox idi. Əgər 4 milyard il əvvəlki günəş sistemimizin planetlərini Sumer mətnlərindəki adları mötərizə içərisində verərək Günəşdən etibarən sıralasaq: 1. Merkuri (Mummu) 2. Venera (Lahamu) 3. Mars (Lahmu) 4. Tiamat (11 peyki ilə birlikdə, peyklərindən ən böyüyünün isə adı Kinqu) 5. Yupiter (Kişar) 6. Saturn (Anşar) Saturnun o zamanlar Qaqa adında nəhəng bir peyki vardı. Qaqak bu günki Plutondur. 7. Uran (Anu) 8. Neptun (Ea) Müasir astronomiyanın bu gün hələ cavablandıra bilmədiyi mövzuları Sumer lövlərindən oxuya bilirik; asteroid qurşağının mənşəyi, asteroid qurşağının planetlərin fırlanma istiqamətinin əksinə dönməsinin səbəbi, Saturnun və Plutonun halqalarının mənşəyi, Ayın, Dünyanın mənşələri, Tritonun dönmə istiqamətinin planetlərin dönmə istiqamətinə əks istiqamətdə dönməsi və kametlərin mənşəyi kimi sualları Sumer lövhərindən öyrənməkdəyik. Lövhələrə görə, bu günki dünyamız əvvəllər Tiamat deyilən böyük bir planetin bir parçası idi. Tiamatın o zamanlar 11 peyki vardı. Tiamat okeanlar və dənizlərlə dolu bol sulu və nəmli bir planet idi.
Tiamat iki parçaya ayrıldı. Tiamatın böyük parçası Dünyamızı, digər kiçik parçası parçalanaraq asteroid qurşağını meydana gətirdi. Bu günki asteroid qurşağını meydana gətirən parçalar bir zamanlar Tiamata aid idi. Tiamat, Qalaktika Federasiyası tərəfindən 18 milyon il əvvəl niyə yox edildi? Çünki Tiamat üzərində yaşayan reptoid/dinoid (əjdaha) sivilizasiyası təhlükə ifadə edirdi. Bu mədəniyyəti ortadan qaldırmaq üçün Tiamat yox edildi. Daha detallı şərh:
Planetlərin fırlanma istiqamətlərinin əksi istiqamətindən dörd peyki ilə birlikdə gələn Nibiru (Marduk) əvvəlcə Neptun ilə qarşılaşdı. Cazibə qüvvəsi ilə onun səthini yondu və sonunda yaranmış cisim o qədər böyüdü ki, planetdən qopdu. Beləcə Neptunun peyki Triton meydana gəldi (Triton bütün planetlərin tərsi istiqamətində dönür). Daha sonra Nibiru Urana yaxınlaşdı və cazibə qüvvəsi ilə onun öz ətrafındakı fırlanma oxunu əydi və ayrıca cazibə qüvvəsi ilə Uranın 4 peykininmeydana gəlməsinə gətirib çıxardı. Bu peyklərdən üçünü Nibiru özü götürdü və geridə Tritonu olduğu kimi buraxdı. Beləcə Nibirunun 4+3 yeddi peyki oldu. Nibiru Yupiter və Saturna yaxınlaşaraq Günəş oxu ətrafındakı orbitlərini dəyişdi. O anda Saturnun orbitində olan Saturnun nəhəng peyki Qaqa, Nibirunun təsiri ilə Saturndan uzaqlaşdı və bu günki Pluton halını aldı. (Plutonun digər planetlərə görə çox kiçik boyda olması, orbitinin Neptunla kəsişməsi və digər planetlərin orbit müstəvisi ilə olan böyük fərqi kimi anormallıqları səbəbiylə Praqada toplanan Beynəlxalq Astronomiya Birliyi, 24 Avqust 2006-da Plutonu planet statusundan çıxardı. Çünki, Pluton heç bir zaman planet olmamışdı. Yalnız bir zamanlar Saturnun peyki idi.) Nibirunun izlədiyi daha sonrakı yolun üzərində olan Yupiterin cazibəsi səbəbi ilə Nibiru, 11 peyki olan Tiamata çox yaxınlaşdı və Tiamat cəzbetmə qüvvəsi ilə ikiyə bölündü. Bu hadisədən əvvəl Tiamat son dərəcə bolsulu bir planet idi (asteroid qurşağındakı bu andakı donmuş bol miqdarlardakı buz). Ayrıca Nibirunun orbitindəki 7 peykin hamısı Sumer Yaradılış eposu "Enuma Eliş"ə görə Tiamata çırpıldıı. Tiamat bu şəkildə bir böyük bir kiçik iki parçaya ayrıldı. Kiçik olan parça parçalanaraq asteroid qurşağını meydana gətirdi. Böyük olan da Qaia (Şan, ya da bu günki dünyamız) halına gəldi. Asteroid qurşağını meydana gətirən parçalar cazibə qüvvəsi ilə digər buz vs. parçalarla birlikdə toqquşma sonrasında Günəşə doğru çəkildilər və bir qisimi Günəşə düşərək yox oldu, amma bunların böyük qismi isə Günəşə düşməyib bu günki asteroid qurşağı bölgəsində (Bir zamanlar Tiamatın orbitinin olduğu yerdə) bir araya gəldilər. Beləcə digər planetlərin fırlanma istiqamətinin əksinə (Nibirunun gəliş istiqaməti ilə eyni) dönəcək şəkildə bu günki asteroid Qurşağı meydana gəldi. Böyük parça (Qaia) isə Günəş ətrafında yeni bir orbitə oturdu və bu günki Dünyamızı meydana gətirdi.
Last edited by ADMiN on Sun Jul 05, 2009 5:27 pm; edited 1 time in total | |
| | | ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Tiamat, Niyə Yox edildi? Sat Jun 20, 2009 2:40 pm | |
| Reptoid/dinoid irqinin Tiamat üzərində böyük koloniyaları vardı. İnsanlar və sürünənlər Tiamat üzərində barış içində yaşayırdılar. Sürünən irq, insan irqi ilə birlikdə yaşamaq istəmədi və insanları yox etmə istəyi Qalaktika Federasiyası tərəfindən bəyənilmədi. Buna görə Nibiru Tiamatdakı həyatı yox etmək üzrə vəzifələndirildi. Tiamat iki parçaya bölünərək həyat yox edildikdən sonra sürünənlər Maldek adında kiçik bir döyüş planetinə keçdilər. Bu planeti irəli texnologiya silahlarla təchiz etmişdilər. Tiamatın köhnə orbitinə yaxın bir yerdə Nibiru ilə Maldek bir-biri ilə qarşıdurmaya başladı. Nibirunun Maldekə hücumu əsnasında reptoid/dinoid irqi özlərini müdafiə etmək üçün tez-tez nüvə silahı istifadə etdilər. Maldek yox oldu, amma Nibirunun səthi də ziyan gördü. Nibirunun qoruyucu qalxanları yararsız hala gəldi. Məğlub olan reptoid/dinoid irqdən qalanlar qaçarkən Venera və Mars planetindəki Hibornea deyilən başqa insan koloniyalarının olduğu böyük məskunlaşma bölgələrini də yox etdilər. Reptoid/dinoid irq bu dağıtmadan sonra Günəş Sistemimizi əllərində qalan gəmiləriylə tərk etdi. Maldek planetindən geridə qalan parçalar, Tiamatın parçalarına qarışaraq asteroid qurşağına əlavə olundular. Beləcə, bu günki asteroid qurşağını meydana gətirən parçaların Tiamat və Maldakın parçalarından meydana gəldiyini bilirik. Nibirunun peyklərinin Tiamata toqquşmasıyla meydana gələn böyük dağılma nəticəsində çox sulu bir planet olan Tiamat iki parçaya ayrıldı demişdik. Peyklərin Tiamata şiddətlə toqquşması ilə Tiamat ikiyə bölünərkən nəhəng okeanları kosmosa saçıldı. Bunlar nəhəng buz kütlələrini meydana gətirərək bu gün hələ fırlanmaqda olan kametləri meydana gətirdilər. "944 Hidalqo" kimi çox köhnə olanlar artıq qaz və buz materiallarını bitirib kometlər halında Günəş Sistemimizdəki periyotlarına davam etməkdədirlər. Hər 76.8 ildə bir dünyamızdan müşahidə edilən Halley kometası da Sitchinə görə Tiamatın bir parçasıdır.
Ayın mənşəyinə gəlincə: Tiamatın bu toqquşmadan əvvəl 11 peyki vardı və bunlardan ən böyüyü olan Kinqu Qaianın (Dünya) peyki Ay olaraq Dünyanın orbitinə Qalaktika Federasiyası tərəfindən lazımi şəkildə qoyuldu (Ayın fiziki və elementar quruluşu Dünya ilə uyğunlaşmamaqdadır, yəni Ayın mənşəyi Dünyanın özü deyil). Yəni bu günki peykimiz Ay bir zamanlar Tiamatın peyki idi. Titius-Bode qanununa görə bu günki asteroid qurşağının olduğu yerdə bir zamanlar Tiamat planeti vardı. Nibiru, Tiamatın 7 peykini götürərək yoluna davam etdi.
Karbon, silikon, metal, qaz və buz parçalarından ibarət olan asteroid qurşağındakı parçalar bu gün bir araya gəlsələr bir planeti meydana gətirəcək çoxluqda deyildirlər. Ayrıca Yupiterin varlığı da bunların bir araya gəlib bir planet meydana gətirməsinə cazibə qüvvəsi səbəbiylə maneə törədir. Tiamatın kiçik parçası və Maldekdən artıq qalan hissələr eynilə Nibirunun əksi istiqamətindəki dönüşü ilə eyni istiqamətdə olmaq üzrə Mars ilə Yupiter arasındakı boşluqda dönməyə başladılar və bu qurşağı meydana gətirdilər. Bu parçaların bir qisimi Saturn tərəfindən də tutuldu və Saturnun bu günki bilinən qurşağının bir qisimini meydana gətirdi. Saturnun halqasındakı digər parçalar Nibirunun cazibəsi ilə Saturnun səthindən çəkilənlərdir. Bu gün asteroid qurşağını meydana gətirən irili-xırdalı parçaların bir-birlərinə yaxın məsafədə yerləşməyib, bir-birlərindən çox uzaqlarda olduqlarını və bunlardan on minlərləsinin hər ay təxminən 5000 dənə olmaq üzrə astronomlar tərəfindən kataloqlandığını bilirik. 100 km. diametrindən böyük olan 220 dənəsi xaricində 1000 kilometrlik diametriylə ən böyükləri 1801-ci ildə Siciliyadakı Palermo rəsədxanasında Giuseppe Piazzi tərəfindən kəşf edilən Ceresdir. Asteroid qurşağını meydana gətirən bütün parçalar bir yerə toplanıldığında Ayın 35-də 1-i qədər bir həcm tutacağı hesablanmışdır ki, bu miqdar Ceresin təxminən 3-də 1-idir. Sanılanın əksinə, daha çox kametdən meydana gəlməyən bu qurşaq, ayrıca kosmosun dərinliklərinə göndərilən kosmik aparatlar (probe) üçün, qurşağı meydana gətirən qalıq parçacıqların bir-birlərinin arasındakı məsafələr uzaq olduqlarından çox bir təhlükə ifadə etməməkdədir.
Günəş Sistemimizin Qruplaşdırıldırılmasında asteroid Qurşağının İstifadə edilməsi Günümüzdə Marsla Yupiter arasında yer alan və bir qismi bir zamanlar Tiamata aid olan materiadan və yox edilən Maldakdan geridə qalan parçalarından ibarət olan asteroid qurşağı sərhəd alınaraq Daxili Günəş Sistemi və Xarici Günəş Sistemi olaraq günəş sistemimizi qruplaşdırdıq. Buna görə Günəş ilə asteroid qurşağı arasındakı daxili günəş sistemində sırası ilə Merkuri, Venera, Dünya və Mars olmaq üzrə 4 planet; asteroid qurşağından etibarən də Yupiter, Saturn, Uran, Neptun, Pluton və Nibiru (Marduk) olmaq üzrə 6 planet (xarici günəş sistemi) cəmi 10 planet bu günki günəş sistemini meydana gətirdi. Bütün bu hadisələrin sonunda Nibiru (Marduk) 3600 illik basıq ellips şəklindəki orbitini izləməyə başladı. Beləcə Günəş sistemimizlə əlaqədar cevaplanamayan aşağıdakı suallar SUMER lövhələri tərəfindən cavablandırılmış oldu: 1. Tritonun fırlanma istiqamətinin planetlərin fırlanma istiqamətinə tərs dönməsinin səbəbi 2. asteroid qurşağının mənşəyi 3. asteroid qurşağında olan bol miqdarda donmuş buzun mənşəyi 4. asteroid qurşağını meydana gətirən qalıqların fırlanma istiqamətinin planetlərin fırlanma istiqamətinin əksinə istiqamətdə dönməsinin səbəbi 4. Ayın (Kinqu) mənşəyi 5. Dünyanın mənşəyi 6. Saturnun halqalarının mənşəyi 7. Plutonun (Qaqa) orbitindəki anormallıqlar 8. Plutonun halqalarının mənşəyi 9. Uranın oxundakı əyiklik
Nibirunun digər adı niyə Mardukdur? Sumer dilində Nibiru, Babil dilində isə Marduk deyilməkdədir. E. Əş 2200-cü ildə Marduk, güc tətbiq edərək Nibirunun idarəsini Anudan götürdü. Bu anda Nibirunun hakimi Marduk olduğundan Nibiruya bəzən Marduk adı verilir. Ay, Süni Olaraq Dünyanın Orbitinəmi Yerləşdirildi? İndiki vaxtda hələ də cavabı tapılmamış suallardan ilk 10-u: 1. Dünyadakı torpaq elementləri ilə uyğunlaşmayan bir quruluşu olması (Aydan gələn daşlar araşdırıldığında xrom, titan və zirkonyum ağırlıqlı bir quruluş müşahidə edilmişdir) 2. Dünya ilə Ayın sıxlıqları arasındakı fərq (Dünya 5.5 q/sm kub, Ay 3.34 q/sm kub) 3. Dünyanın dönüşü ilə tam olaraq eynilə öz ətrafında dönməsi, tam sinxronizasiya (Dünyanın dönüşü ilə (24 saat) öz dönüşünün eyni olması (24 saat). Buna görə həmişə eyni üzünü görərik, Ay bizə arxa yüzünü heç göstərməz) 4. Ayın Dünya ətrafında mükəmmələ yaxın dairəvi bir orbitdə dönməsi (Ay əgər Dünya tərəfindən sonradan cazibə qüvvəsi ilə tutulmuş olsaydı, Ayın Dünya ətrafındakı orbiti ellips olardı) 5. Dünya ilə Ay arasındakı məsafənin çox yaxın olması (günəş sistemimizdə və xaricində müşahidə edilən planetlərin peyklərinin həm bu böyüklükdə həm də bu yaxınlıqda olması vəziyyəti heç müşahidə edilməmişdir) 6. Ay üzərindəki ən böyük və kiçik kraterlər araşdırıldığında dərinliklərinin niyə çox dayaz olduğu hələ də cavablanmamışdır (Ən böyük krater olan Qaqarin krateri 186 mil diametrində olmasına baxmayaraq, dərinliyi 4 mili keçməz. Ayrıca, böyük kraterlərin dib qisimləri qabarıq olub Ay səthinin əyik şəklini almışdır) 7. Ayın, digər planetlərin peyklərinin uyğun gəldiyi "ekvator müstəvisi" qaydasına uyğun gəlməməsi (Günəş sistemindəki və xaricindəki az qala bütün peyklər, ətrafında döndükləri planetin ekvator müstəvisində dönər. Lakin, Ay, Dünyanın Günəş ətrafındakı orbit müstəvisində dönməkdədir) 8. Ayın bizə baxan üzünün daha deformasiya olması (Ayın bizə baxan üzüylə, heç görə bilmədiyimiz qaranlıq səthini müqayisə etdiyimizdə, qaranlıq üzdə meteorların yaratdıqları kraterlərin və müxtəlif sonradan olmuş deformasiyaların, bizə baxan üzünə nəzərən çox daha az olduğunu görərik) 9. Digər bir cavaplanmayan mövzu da, Ayın xarici qabığının 60 km olaraq, Dünyanınkından 2 qat qalın olmasıdır. Ay səthindəki kraterlər necə vulkanik fəaliyyətlərlə meydana gəlmədisə, eləcə də qabığın qalın olmasının səbəbi yığılan lava ola bilməz. 10. Dünyanın mərkəzindəki ərimiş haldakı nüvə, Dünyadan daha yavaş dönməkdə və bu sürtünmə səbəbilə dünyanın maqnetik sahəsini (qütbləri) meydana gətirməkdədir. Ayın mərkəzində ərimiş bir nüvənin olmadığını elm adamları hesabladılar. Gərək rus, gərək amerikalıların kosmik aparatlarındaki maqnetometrlərlə etdikləri ölçümlərdə, Ayın biz zamanlar çox yüksək bir maqnetik sahəyə sahib olduğu, bunun qalıqlarının da Aydan gələn qayalarda müşahidə edilə biləcəyi deyilmişdir
Last edited by ADMiN on Sun Jul 05, 2009 5:32 pm; edited 1 time in total | |
| | | ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Re: 10. Planet Nibiru (Marduk) Sat Jun 20, 2009 2:41 pm | |
| Ay, bu gün Dünyanın orbitinə yerləşdirilmədən əvvəl Tiamatın peyki idi demişdik. Apollon-1-in Ayın Sükunət dənizindən (Mare Tranquillitatis) gətirdiyi ay daşlarının yaşları, "Sky and Telescope" jurnalındakı məqaləyə görə 7 milyard ildir. Apollon-12-nin Fırtınalar Okeanından (Oceanus Procellarum) gətirdiyi ay daşlarının yaşları isə, kalium-arqon metoduyla edilən ölçümlərə görə 20 milyard ildir və bu, Günəş Sisteminin yaşından da köhnədir! "Chemistry" jurnalındakı Ureyin məqaləsində, Ay daşlarının Plutonium-244-dən ibarət olan Ksenon izotopları ehtiva etdiyini, bunların Dünyada olmayan elementlər olduğunu təyin etmişdir. Dünyada tapılmış ən köhnə qaya Qrenlandiyada tapılmışdır və 3.7 milyard yaşındandır. Ayın bu məlumatlarına görə Dünyadan daha köhnə olduğu ortaya çıxır. Ay daşlarının digər bir xüsusiyyəti də, çox zəif bir termik keçiriciliyə sahib olmasıdır. Yəni, istiliyi az qala heç keşirmirlər. Ərimə temperaturu yüksək olan elementlər Dünyada az tapılırlar. Buna qarşılıq, ərimə temperaturu yüksək olan elementlərin Ay tərkibində daha çox olması da ayrı bir mövzudur. Ay daşlarında və Ayda müəyyən olunmuş Titan, Zirkonyum və İttirium miqdarı, Dünya və Kainatdakı ortalamanın üzərindədir (Science News, 16 Avqust 1969). Ay üzərində rast gəlinən Masconların səbəbi də hələ izah edilə bilməmişdir (Apollon-8 astronavtları Ay dənizləri üzərindən keçərkən gəmilərinin sürətləndiyini, alçalıb yüksəldiyini göstəricilərə baxaraq təsbit etmişlər. Daha sonralar Ay ətrafında gəzmiş insanlı, ya da insansız hər hansı gəmi, Ay dənizlərinin bu təsirini qeyd etmişdir. Elm adamları bu problemi, o bölgələrdəki qravitasiyanın o biri bölgələrə görə daha çox olması şəklində cavablandırmış, Ay üzərindəki bu nöqtələrə kütlə konsentrasiyası mənasını verən "mass concentration" sözcüyündən törətdikləri "Mascon" adını vermişlər). Ayla əlaqədar edilən seysmik araşdırmalarda, Dünyada istifadə edilənlərdən yüzlərlə dəfə daha həssas cihazlar istifadə edilmişdir. Apollon-12-nin ay modulu Ay səthinə endiyi zaman yaranan süni zəlzələ sarsıntısı 55 dəqiqə davam edincə elm adamları çox təəccüblənmişdi. Ayrıca, siqnallar kiçik dalğalardan başlayaraq müəyyən bir təpə nöqtəsinə çatmış, sonra da Dünyada alışılmış olanlara heç bənzəməyən bir şəkildə periyotlarla davam etmişdi. Bu da Ayın səth qabığının 15-20 mil qədər altının boş olduğunu göstərər. Elm adamlarının, saatlarla sürən süni zəlzələ titrəşmələrini çox gözəl çatdıran bir quruluşun, ancaq o quruluş metal bir kürə isə ola biləcəyini söyləmələri də Ayın 15-20 mil altında metal bir kürə olduğunu izah edir. Tiahuanaco şəhərindəki məşhur Günəş Qapısı, 120x360 metr ölçülərində tək parçalıq bir andizit daşdır və ağırlığı 10 tondur. Üzəri uçan tanrılar və nəqliyyat vasitəsilər fiqurlarıyla bəzəkli daşda 27 min illik bir təqvim işlənmişdir. Səmanın 27 min il əvvəlki halını göstərən qabartmalarda, bütün planetlər təsvir edildiyi halda Ay orada yoxdur. Dr. Bellamy və Dr. Allana görə Günəş Qapısı simvollarında Ay, dünya orbitində 11500-13000 il arası bir zamanda meydana çıxmaqdadır. Təqvimdəki hesablamalara görə Ayın 13 min il əvvəlki Dünya ətrafındakı dönüşü ildə 425 dövr idi. Bu gün bu dövr sayı 365dir.
Bir çox səbəbdən ötəri, Ay dünyanın ətrafına süni olaraq yerləşdirilmişdir deyilir. Yupiterin peyki Fobosun və Plutonun da süni olaraq yerləşdirildiyi deyilir. Bir çox fərqli qaynağa görə süni bir peyk olan Ayın və Fobosun içində bir sivilizasiya var. Bir zamanlar Saturnun peyki olan Plutonun (Qaqa) Günəş sistemimizi müşahidə etmək və qorumaqla vəzifəli bir polis bölməsi olduğu ifadə edilir. Bir çox qaynaqda yazılanlara görə, bu üçünün məqsədi Dünyanı yaxından izləmək və sürünən pis niyyətli zəbtçilər kimi xaricdən gələcək təhlükələrə qarşı qorumaqdır. Fobos və Pluton kimi Nibirunun özünün də süni, amma çox böyük bir peyk olduğu da açıqlamalar arasındadır. Ayın, Fobos və Plutonun Qalaktika Federasiyası tərəfindən Dünyanı təhlükələrə qarşı qorumaq məqsədi ilə süni olaraq yerləşdirilməsi məlumatı İnternetdə bir çox yerdə mövcuddur. Bunlardan dünyamıza ən yaxın mövqedə olan peykimiz Ay isə tamam ayrı bir araşdırma mövzusudur. Gərək NASA-nın, gərək astronavtların birə-bir müşahidə etdikləri, gərək Dünya üzərindən teleskoplarla davamlı müşahidə edilən Ay anormallıqları (Ay üzərində görülən işıqlı cisimlər, böyük iş maşınları bənzəri cisimlər, görünüb itən nəhəng strukturlar) haqqında çox yazılmış qaynaq mövcuddur. "Lunar Anomalies", "TLP" (və ya "Transient Lunar Phenomena") açar sözlərini istifadə edərək bunları tapa bilərsiniz. Ay Olmasaydı Nə Olardı? Dünya bu günki kimi olmazdı. Həyat belə olmazdı. Ay olmasaydı günlər daha qısa olardı. Şiddətli fırtınalar və qasırğaların heç kəsilmədiyi bir dünya olardı. Atmosfer bu günki kimi olmazdı. Daha qalın bir atmosferə sahib olardıq. Ay olmasaydı, dövretmə hadisələri 70% nisbətində azalardı. Ay işığında fəaliyyətini davam etdirən canlılar inkişaf etməzdi və mövsümlər olmazdı. Dövranın ola bilməyəcəyi üçün Dünyada həyat meydana gəlməzdi. Yalnız Günəşin varlığı ilə olan mövsümlər, küləklər və yağışların var olduğu bitkilərdən ibarət boş bir planet olardı Dünya. Ayın varlığı həyatı açıqlayır. Qadınların mensturasiyası 28 günlük bir periodda olması da Ayın varlığı ilə əlaqədardır. Ayrıca, Dünyanın Günəş ətrafındakı orbitindən 5 dərəcəlik bir orbit əyikliyiylə Dünyanın ətrafında dönür. Nibirunun Peykləri Nəyi İfadə Edir? Başlanğıcda 4 olan peyk sayının bu an 7 olduğu deyilir. Nibirunun özü üzərində həyat yoxdur, ağıllı həyatın Nibirunun səthinin altında və peykləri üzərində olduğu deyilir. Nibiru, çöldən baxıldığında qızıl sarısı rəngindədir. Buna görə Nibirunun ətrafında bənövşəyi bir halqa görünür. Nibiru, Dünyamızdan 4 qat daha böyükdür. Nibiru Qalaktika Federasiyası tərəfindən "Sirius B"-də başıboş olaraq kəşf edilən böyük bir parça idi. Daha sonra kainatdakı ən üstün texnologiya ilə bir döyüş ulduzu halına gətirildi. Bu anda Nibiru 5-ci ölçüdə olduğundan Dünyadan çılpaq gözlə görülə bilmir, lakin təsirləri hiss edilir. Nemesis Nəzəriyyəsi Nədir? Günəşin görünməyən qaranlıq (qara dəlik) əkizindən bəhs edər. Adı Nemesisdir. Bir ellipsin iki mərkəzi vardır. Bu nəzəriyyəyə görə Nibirunun ellips olan orbitindəki mərkəzlərdən biri Günəş, digəri Nemesisdir. Ayrıca Nibiruya Sumerlər, "Gəlib keçib gedən"; Babillilər və Mesopotamiyalılar, "Marduk, Cənnətlərin kralı"; Köhnə Yəhudilər, "Qanadlı dünya", Yunanlılar isə "Nemesis" demişlər. Albedo Nədir? Ən sadə izahatıyla albedo, Günəşdən gələn şüa ilə planetin səthindən kosmosa əks olunan işığın nisbətidir. Bilinən ən yüksək albedo yer səthində qardadır və 1-ə (vahidə, ən yüksəyə) yaxındır. Albedosu sıfır olan bir səth qaranlıq deməkdir. Dünyanın albedosu 0.38-dir.
Titius-Bode Qanunu Nədir? 18-ci əsrdə Johann Daniel Titius və Johann Elert Bode planetlərin Günəşdən uzaqlıqlarının müəyyən bir nisbətə görə qanunauyğunluqla düzüldüyünü nəzərdə tutan bir qanun kəşf etdilər (1772). Onlara görə planetlərin uzaqlıqları müəyyən bir sıranı izləyirdi. Onlara görə sıfır ilə başlayan bu ədədlər bu şəkildə sıralanırdı: 0, 3, 6, 12, 24, 48, 96, 192, 384, 768. Daha sonra hər bir ədədə 4 əlavə edib 10-a böldülər.
Nəticə standart astronomik vahid ilə üst-üstə düşüncə də kəşflərini açıqladılar. İllər sonra başqa cür yanaşmalarla planetlərin günəşə uzaqlıqları üçün əmsallar tapdılar. Məqsəd, o günə qədər kəşf edilməmiş planetləri tapmaq və ola biləcək uzaqlıqlarını təyin etmək idi. Bunlardan ən sonuncusu isə Fibonacci yanaşmasıdır. Titius-Bode qanunu elan edildikdən sonra bu düzülüşə görə dünyanın hər yerində planet ovçuluğu başlamışdı. Ayrıca Titius-Bode bu qanunu kəşf etdiklərində asteroid qurşağı, Uran və Neptun hələ kəşf edilməmişdi. 1781-ci ildə William Herschel Uranı və 1801-də Giuseppe Piazzi asteroid qurşağının ən böyük cismi olan Keresi, 1846-da Johann Galle Neptunu və 1930-da Clyde Tombaugh Plutonu kəşf etdiklərində bunların uzaqlıqlarının Titius-Bode qanuna uyğun gəldiyi görüldü Nuh Tufanına Səbəb olan Su, Haradan Gəldi? İnternetdə olan bir çox qaynağa görə, çox uzun bir zaman əvvəl dünyanın ətrafında sıx nəmdən ibarət olan bir qurşaq vardı. Bu qurşaq sayəsində dünyada fırtınalar, mövsimi anormallıqlar və sel kimi fəlakətlər görülmürdü. Dünyanın ətrafını bürüyən təxminən 3 mil qalınlığındakı bu qurşaq (ya da göy qübbə) sayəsində dünyanın hər yerində iılıman bir iqlim mövcud idi. Dünyada cənnətə bənzər bir həyat sürülürdü. Köhnə kitablarda haqqında danışılan yamyaşıl ağac və sıx bitkilərlə örtülü dünyamızdakı şərtləri ancaq belə bir göy qübbə təmin edə bilərdi. O zamanlar dünyadakı insanlar bu qurşaq üzündən Günəşi və Ayı görə bilmirdi. Subtropik qurşaqlardakı həyat şərtləri o zaman çox rahat idi. Bu qurşağı Qalaktika Federasiyasının planet və həyat yaradan mühəndisləri tikmişdi və onu yerində tutan enerji çıxaran strukturlar dünyanın dəyişik yerlərində gizlənmişdi. Daha sonra bu strukturların bir neçəsinin insanlar tərəfindən yox edilməsi ilə buz kristallarından və nəmdən olan qurşaq dünyaya yağış halında düşərək böyük tufanı meydana gətirəcək miqdarda suyu meydana gətirdi. Bu enerji kristallarının yox edilməsi fikri Nibirunun komandiri Marduk tərəfindən başladılmışdı. Marduk, Misirdəki oğlu Setə Böyük Piramidanın kristal məbədlərinə hücum etməsini əmr etdi. ME adı verilən bu kristalların bəzilərinin yox edilməsi nəticəsində qurşaq 40 gün davam edən böyük yağışlarla yerə çökdü. Bu gün Nuh Tufanını meydana gətirəcək qədər bol miqdarda suyun haradan gəldiyi ilə əlaqədar bir çox görüş ortaya atılmaqdadır. Enerji çıxaran strukturlardan bəziləri hələ dünyanın müxtəlif yerlərində möhkəm olaraq mövcuddur iddiasını sübut etmək məqsədiylə bunların yerləriylə əlaqədar bir çox araşdırma edilmiş, lakin müvəffəqiyyətsiz olunmuşdur. Bu qədər bol miqdarda suyun bir anda ortaya çıxışı ilə əlaqədar nəzəriyyələrdən biri olan buz kristalları qurşağı, ya da nəm qurşağı nəzəriyyəsi bu nəzəriyyələrdən biridir. Qlobal istiləşmə ilə əlaqədar proyektlərdən birində, qütblərdəki buzların hamısının əriyərək okean su səviyyəsini nə qədər yüksəldəcəyi ilə əlaqədar araşdırmalar aparılmışdır. Araşdırmalar nəticəsində yer üzünün bütününə təsir edəcək böyüklükdəki bir tufanın meydana gətirəcəyi suyun yağan yağışlarla açıqlana bilinməyəcəyi nəticəsinə varıldıqdan sonra bu suyun haradan gəldiyi ilə əlaqədar fərziyyələr irəli sürülmüşdü. Bunların içlərində ən ağlabatanı sıx nəmdən ibarət olan bu qurşağın yox edilərək yağan yağışlarla qlobal bir sel fəlakətinə gətirib çıxarması fikridir. Bu mövzu ilə əlaqədar bir çox məlumata, İnternetdə "canopy" və "flood" açar sözləri axtarişa verərək tapa bilərsiniz. Ayrıca , Virginia Essenenin "Qalaktika İnsanı" kitabında və Jelaila Starrın "12. Planetin Dönüşü" kitabında bu qurşaqdan detallı olaraq bəhs edilməkdədir. Kosmosun Dərinliklərini Müşahidə etmək Üçün Qurulan Teleskoplar Niyə Əksəriyyətlə Cənub Yarımkürədədir? Günəş sistemimizin də içində olduğu Samanyolu, vəya Südyolu qalaktikasının mərkəzi ilə əlaqədar çox maraq var. Ayrıca, səmadakı bir çox əhəmiyyətli nebula, qalaktika və s. əksəriyyətlə cənub yarımkürədən izlənilə bilir. Həm qalaktika mərkəzi, həm də əhəmiyyətli göy cisimləri daha çox dünyanın cənub yarımkürəsindən daha rahat izlənilə bildiyindən, çox böyük ölçülü yeni bir teleskop (ya da rəsədxana) qurulacağı zaman bunun üçün ümumiyyətlə uyğun yer əksərən cənub yarımkürədən seçilər. Amma, həm havada toz olmaması, həm də aydın səma səbəbi ilə şimal qütbündə və qütbə yaxın yerlərdə də teleskoplar qurulmuşdur. Habl ilk orbitə buraxıldığı zaman da (nasazlığı aradan qaldırıldıqdan sonra) qaçınılmaz olaraq ilk iş olaraq dərhal cənub yarımkürədəki maraqlı cisimlərə fokuslanmışdır. | |
| | | Sponsored content
| Subject: Re: 10. Planet Nibiru (Marduk) | |
| |
| | | | 10. Planet Nibiru (Marduk) | |
|
| Permissions in this forum: | You cannot reply to topics in this forum
| |
| |
| |