Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Fikrin gücü

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Fikrin gücü Empty
PostSubject: Fikrin gücü   Fikrin gücü Icon_minitimeSun Aug 03, 2008 2:15 pm

SSRİ telepatiya yolu ilə Amerikanın məxfi sənədlərini oxumaq istəyirmiş

XXI əsrin elmi telepatiya adlı hadisəni qəbul etmir. Buna baxmayaraq, entuziastlar uzaq məsafədən fikirləri oxumaq cəhdini də rədd etmirlər. Və bu təhqiqatlar hərbçiləri daha çox cəlb edir. Əgər 1956-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında "T" hərfini açsaq, "telepatiya" sözü barəsində bu sözləri oxuyarıq: "Telepatiya - antielmi, idealist uydurma". Böyük dövlətin rəsmi mövqeyi belə idi. Lakin hökumət strukturlarında uzaq məsafədən fikir ötürülməsi məsələsi tamamilə başqa cür idi. İctimaiyyətdən gizli saxlanılan məxfi laboratoriyalarda bu fenomenin daim təhqiqatı aparılırdı.
MKİ-nin isə telepatiya sahəsindəki eksperimentləri XX əsrin 70-ci illərinin əvvəllərində başlamışdı. MKİ bu sahədə Sovet hökumətinin "işləkləri"ndən narahat idi. Onların məlumatına görə, Sovet İttifaqı həmin bu "anti elmi, idealist uydurma"nın təhqiqatına dövlət büdcəsindən ildə 60 milyondan 300 milyon rubla qədər vəsait ayırırmış! ABŞ-ın Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi hətta prezident Cerald Fordun sərəncamı ilə SSRİ-də parapsixoloyi təhqiqatın vəziyyətinin analizini aparmışdı.
Bu "reviziya"nın yekunları bu gün artıq məlumdur. İnformasiya azadlığı qanununa uyğun olaraq, bu məlumatlar hətta dərc olunub. Məruzədə deyilir: "...rusların parapsixologiya sahəsindəki təhqiqatları həddindən çoxdur. Bu təhqiqatlar onlara tezliklə imkan verəcək ki, onlar uzaq məsafədən Amerikanın çox məxfi sənədlərinin məzmunundan xəbərdar olsunlar, ABŞ ordusu və gəmilərinin hərəkətini izləsinlər, uzaq məsafədən istənilən şəxsin ani ölümünü təşkil etsinlər, uçan kosmik aparatlar da daxil olmaqla, istənilən təchizatı sıradan çıxarsınlar..."
Bütün bu xoflardan qorxan amerikalılar bu sahədə geridə qalmamaqdan ötrü hətta, alternativ təhqiqat proqramı buraxmışdılar. Həmin proqram yalnız 90-cı illərin əvvəllərində bağlandı. Onlar nədən qorxurdular elə? Axı artıq neçə onilliklər keçməsinə baxmayaraq, parapsixologiya sahəsində heç bir qeyri-adilik baş verməmişdi!
İlkin təhqiqatlar
...1875-ci il. İngilis təhqiqatçıları E.Herney, F.Mayers və F.Podmer uzaq məsafədən fikrin ötürülməsi hadisəsinin izahı üçün ilkin olaraq "telepatiya" terminini istifadə ediblər.
...1887-ci il. Butlerov hipotezinin əsaslarının inkişafı ilə bağlı Lvov Universitetinin fəlsəfə, psixologiya və fiziologiya professoru Y.Oxoroviç çıxış etmişdi.
Gördüyümüz kimi, parapsixologiyanın elmi təhqiqatları bu yaxınlarda yaranmayıb, onun təhqiqatını dünya şöhrətli alimlər keçiriblər. Məsələn, bu gün az adam bilir ki, 1919-1927-ci illərdə Leninqrad institutunda beyinin öyrənilməsi ilə bağlı akademik V.Bexterovun telepatiya sahəsində ciddi eksperimentləri keçirilib. Bu kimi təcrübələri məşhur mühəndis B.Kayinski də aparıb. A.Belyayevin "Dünya hökmdarı" adlı elmi-fantastik romanının (1929) süyeti belədir: demə, əxlaqsız adamların əlində insanların fikirlərini oxumağa və yazmağa imkan verən bir ixtira var. Həmçinin, xüsusi şüa buraxmanın köməyi ilə itaət edən fikir əmrlərini çatdırmaq da mümkündür. Bu əsərin süyeti bütünlüklə Bernard Bernardoviç Kayinskinin elmi ideyaları üzərində qurulub. Belyayev yalnız öz baş qəhrəmanının adını Kaçinski qoymaqla, Kayinskinin soyadındakı bircə hərfi dəyişib.
Bexterov və Kayinskinin əldə etdiyi nəticələr fikrin öütürülməsi hadisəsinin mövcudluğu faktını təsdiq etdi. A.Belyayevin romanı da nəzərdən yayınmadı. Və 1932-ci ildə Leninqrad institutu Xalq Müdafiə Komitəsindən telepatiya sahəsində aparılan eksperimental təhqiqatların fəallaşdırılması üçün tapşırıq aldı. Professor L.Vasilyev isə elmi rəhbər təyin edildi. Belə bir əmr akademik P.Lazorevin rəhbərlik etdiyi SSRİ EA-nın Moskva Biofizika Laboratoriyasına da daxil oldu. İşin icrası (iş hərbi sifariş olduğundan "Məxfilik qrifi" almışdı) professor S.Turlıgin idi.
"Etiraf etmək lazımdır ki, doğrudan da, iki orqanizmin öz aralarında qarşılıqlı təsirini quran bir fiziki agent var" - deyə professor S.Turlıgin təsdiq edirdi.
"Nə ekranlama (sipərlə, qoruma), nə də oradakı məsafə nəticələrə xələl gətirmir" - deyə professor L.Vasilyev də etiraf edirdi.
Belə çıxır ki, telepatiyanın mövcudluğu faktı SSRİ-də hələ müharibəyə qədər artıq elmi cəhətdən təsdiq olunubmuş. Bəs görəsən, niyə Böyük Sovet Ensiklopediyasında "telepatiya - antielmi, idealist uydurma" adlandırılıb?
Bunun səbəbləri çox ola bilər. Əvvəla, alimlərin öz sözləri ilə desək, telepatik hadisənin mövcudluğunun eksperimental təsdiqini əldə edən alimlər bu fenomenin izahını verə, kiməsə çatdıra bilmirdilər. Ona görə də, rəsmi elm üçün telepatiya ilə bağlı fikirlərin üstündən xətt çəkmək əlverişli idi. Sonra isə eksperimentlərin uğurlu nəticələri birdən yanlış da ola bilərdi!
İkincisi, telepatiyanın mövcudluğu faktı fikrin maddiliyi kimi birmənalı nəticəyə gətirib çıxarardı ki, bu da marksizm-leninizm fəlsəfəsindəki materiyanın ilkin, şüurun isə ikinci olması kimi postulatlardan birinin ideoloyi cəhətdən ziddiyyətli olmasına zəmin yaradardı.
Üçüncüsü, hərbçilər hələ də ümid edirdilər ki, telepatiyadan öz məqsədləri üçün istifadə edə biləcəklər, ona görə də, əllərindən gələni edirdilər ki, bu barədə söhbət belə getməsin.
Faktlar sübut edir ki, onlar uzaq məsafədən fikrin ötürülməsi hadisəsinin mövcudluğu məsələsinə çox ciddi yanaşırmışlar. Məsələn, 1958-ci ilin sentyabr ayında SSRİ Müdafiə Naziri R.Malinovskinin əmri ilə telepatiya fenomeninin təhqiqatı ilə bağlı bir neçə qapalı iclas keçirilmişdi. Bu iclaslarda hərbi-tibbi Baş İdarəsinin rəisi professor L.Vasilyev, professor P.Tulayev və başqa mütəxəssislər iştirak etmişdilər.
...1960-cı il. Fiziologiya İnstitutunun nəzdində (Leninqrad şəhəri) telepatik hadisələrin öyrənilməsi ilə bağlı xüsusi laboratoriya təşkil edilmişdi.
...1965-1968-ci illər. Novosibirsk yaxınlığındakı Akademiya şəhərciyində SSRİ EA Avtomatika və Elektrometriya İnstitutunda insan və heyvanlar üzərində geniş telepatik təhqiqatlar proqramı həyata keçirilmişdi.
Parapsixologiya ilə bağlı qapalı təhqiqatlar Moskvanın SSRİ EA Beyin İnstitutunda, İnformasiya Ötürülməsi Problemləri İnstitutunda və digər institut və laboratoriyalarında aparılırdı. Məxfi eksperimentlər bahalı texnikadan istifadə etməklə hərbçilərin fəal iştirakı ilə aparılırdı. Bu məqsədlə təcrübələrin keçirilmə yeri kimi sualtı qayıqlardan da istifadə edilir və xərclənən maliyyə vəsaitinə qənaət olunmurdu.
İflas və dağıntı
Təhqiqatların nəticəsi birmənalı deyildi. Belə ki, Moskvanın Niyneqorsk küçəsində Müdafiə Nazirliyinin təşəbbüsü ilə məxfi "241 nömrəli yeşik" yaradılmışdı. Layihənin elmi rəhbəri akademik İosif Eydeyman idi, onun müavini isə professor Dmitri Mirza idi. Eksperimentçilər ev dovşanını (krolik) qəfəsə salıb ona "datçik" yapışdırdılar. Onun balasını isə Tulaya aparıb ona işgəncə verdilər. Guya bu üsulla onların bir-birindən "xəbəri olacaqdı". Həkim Kirill Leontyeviçin xatirələrinə inansaq, əfsuslar olsun ki, təhqiqat heç bir müsbət nəticə vermədi.
...1969-cu il. Sov. İKP MK-nın katibi P.Demiçevin göstərişi ilə parapsixologiya hadisələrinin problemləri və ona olan ictimai marağın güclənməsinin səbəbləri ilə bağlı komissiyanın işində görkəmli nümayəndələrdən olan A.Luriya, A.Lyuboyeviç və V.Zinçenko iştirak edirdi. Onların qarşısında SSRİ-də parapsixoloyi hərəkatın mövcudluğu ilə bağlı yaranan mifi alt-üst etmək məsələsi qoyulmuşdu. Lakin partiya ideoloqlarının təzyiqinə baxmayaraq, alimlər riyakarlıq edə bilmədilər. Oradakı danışıqlarda belə bir fikir qalmaqda idi: "Fenomen var..."
Telepatiyaya qarşı olan maraq gah sönür, gah da yeni bir qüvvə ilə alovlanırdı. 90-cı illərin əvvəllərində sovet dövləti "eneryi informasiyası mübadiləsi" sahəsində çalışan müxtəlif növ mütəxəssislərə yenidən vəsait xərcləməyə başladı. Lakin əfsuslar olsun ki, şıltaq fenomen yenə ipə-sapa yatmırdı...
Amerikalılar da telepatiya ilə az əlləşib çalışmadılar. Belə ki, 1971-ci ildə astronavt, HDQ kapitanı Edqar Mitçel "Apollon-14" adlı Ay gəmisi ilə telepatik əlaqə yaradan seans keçirdi. Müxtəlif şəhərlərdən oalan kosmosdan "gəlmiş" 4 adam öz mülahizələrini yazırdı. Nəticələr mənfi oldu. 1981-ci ildə Pentaqon "görücü" qabiliyyətinə malik olan ekstrasensləri işə cəlb etdi ki, Veronada İtaliyanın "qırmızı briqada" adlı terror təşkilatı tərəfindən oğurlanan general Ceyms Douzeri fikrən axtarsınlar. Cəhd müvəffəqiyyətsizliyə uğradı.
Bəs görəsən, telepatiya varmı? Ona maraq bu gün də elə bir sürətlə artmaqda davam edir ki, qeyri-adi hadisələrin tədqiqatı ilə xeyli sayda diletantlar məşğul olur. Bu sahədə alimlər arasında da yekdillik yoxdur. Mütəxəssislərin fikrincə, qədimdə bizim əcdadlarımız fikir mübadiləsini sözsüz həyata keçirmək qabiliyyətinə malik olublar. Digər bir mütəxəssis isə bildirir ki, insan "fikrin gücü" ilə hətta suyun strukturunu dəyişməyə qadirdir.
Bütün uğursuzluqlara baxmayaraq, təhqiqatlar hələ də davam edir.
Telepatiyanın mövcud olmadığını nə qədər israr etsələr də, bu sahədəki təhqiqat hələ bu gün də səngiməyib. Deməli, bu mövzunun sonluğuna iri bir nöqtə qoymaq hələ tezdir...
MƏNBƏ "KASPİ" QƏZETİ
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Fikrin gücü
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsixologiya platformu :: Yazılar & sənədlər-
Jump to: