ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Psi ball2 (Psi ball nədir?) Wed Jul 08, 2009 2:13 pm | |
| Psi ball nədir? Psi ball enerjinizin sıxlaşmış formasıdır, bu ümumiyyətlə ovucların arasında edilər, lakin 3-cü gözdə, hətta istənən hər hansı bir nöqtədə də edilməsi mümkündür(örnək: Amerika )
Psi balla nələr edilər, Enerjinizi doğru və təsirli sıxlaşdırsanız onu idarə edərək cisimlərə təsir edə bilərsiniz, özünüzə bir enerji qalxanı edə bilərsiniz, müxtəlif söz-söhbətlərə və yazılara görə, enerji qılıncı edilə bilər, hətta psi qalxanla görünməzliyə nail olmaq da mümkündür.
Gələk Psi ballın necə edildiyinə.
Əvvəlcə əllərimizi tamamilə birləşdiririk və təxminən 2 dəqiqə boyunca (istənildiyi qədər edilə bilər) ayaqlarımızdan sıx bir enerjinin ovuclarımıza qalxdığını və ovuclarımızda inanılmaz sıx olaraq toplandığını imicə edirik, hətta imicdən kənar da, həqiqi olaraq hiss edəcəyik. Bunu istədiyiniz qədər təkrarladıqdan sonra enerjinin həqiqətən orada olduğunu hiss etdiyinizdə yavaşca əllərinizi açmağa başlayırsınız. 20-30 sm açdıqdan sonra yavaşca bağlamağa başlayırsınız 2 maqniti bir-birinə tutduğunuz kimi bir itələmə qüvvəsi hiss edənə qədər edin bunu(cəzbetmə də hiss edə bilərsiniz) bunun yavaş versiyasını edəcəyik, itələməyi hiss etdiyiniz anda əllərinizin arasıdakı enerjinin fərqinə varmış olursunuz və psiball üzərində çalışa-çalışa onu daha çox böyüdəcək, düzəltmə zamanını çox qısa bi müddətə endirəcək və zamanla cisimlərə təsir edə biləcəksiniz.
Cisimlərə təsir necə edilər, psi qalxan necə yaradılar?
Cisimlərə təsirdə daha çox gözləmə içinə girsəniz bir şey edə bilməzsiniz, ümumiyyətlə təsadüfi olaraq bir şey gözləmədən edilənlər çox ciddi nəticələri doğurmuşdur. Zamanla bunu idarə edə bilərsiniz(mən hələ edə bilmədim) necə ediləcəyinə gəlincə, psiballı meydana gətirdikdən sonra qarşınıza psiwheeli alın(telekinezə yeni başlayanlar üçün kağız çevirmə qurğusu) psiwhellə aranızda 2 metr olsun və etdiyiniz enerji topundan bi parçanın qopduğunu və psiwhellə çevrildiyini imicə edin, yəni psiball köməyilə çevirməyə çalışın psiwhelli. Fiziki olaraq atılır deyənlər var amma açıqcası mən bu qədər zamanda elə atana rast gəlmədim, mən düşüncəylə, təxəyyüllə təsir edildiyinə inanıram, bəzən də psi ballı cisimə yaxınlaşdırdığında hərəkət edər.
Psi qalxana gələcək olsaq ovuclarda meydana gətirmək deyə bir şərt yox deyə, demişdik, yenə ovuclarımızda eyni əməliyyatı edirik, amma ovuclardan enerjinin çıxaraq vücudumuzu bürüdüyünü və ağ rəngli bir təbəqənin sizin üzərinizdə qalxan vəzifəsi etdiyini imicinə edirik.
Mən özümə görə bir şeylər yazdım, heç olmasa bir fikir meydana gətirsin, yol göstərsin deyə, siz də zamanla öz texnikalarınızla edə bilərsiniz bunları. Maksimum enerji meydana gətirə bilmək üçün ən yaxşısı budur. | |
|