ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Vampirlər, vampirizm 1. Thu Jul 09, 2009 9:00 pm | |
| Vampirlər… Hamımızın beynində ölümsüz, insanların və heyvanların qanını əmərək varlığını davam etdirən, şəhvət düşkünü, fiziki yöndən çox güclü, günəş işığına dözə bilməyən və fövqəltəbii güclərə sahib varlıqlar olaraq yer tutmuş varlıqlar. Bəlkə film sənayesinin mövzuya olan böyük marağı, bəlkə də fantastika və qorxu ədəbiyyatının onları ən əhəmiyyətli vəsaitlərdən sayması bizdə bu düşüncələri yaratdı. Amma gerçək budur ki, vampirlər və vampirizm ilk çağdan bəri, əfsanələrdə də olsa, var olmuş hamımızın kabuslarına və ya xülyalarına qonaq olmuşdur.
Vampir inancının çıxış nöqtəsi Slav folkloru olaraq qəbul edilir. Məzarlarından çıxan cəsədlər, iki dünya arasına sıxışmış insanlara əziyyət edən ruhlar, heyvanların şəklinə bürünmüş, ya da fövqəltəbii güclərə sahib qan içən insanlar, şeytani varlıqlar… Bunların hamısı Slav folklorunda yer tutur.
Dünyanın, bəlkə də, tək vampir araşdırmaçısı olan Rosemary Ellen Guiley illərcə sürən tədqiqatları nəticəsində dünyada vampirlər üzərinə edilən ən böyük araşdırma olan ''Vampirlər Aramızda'' nı tamamladı. Dünyanın az qala yarısını gəzib, müxtəlif ölkələrdən yüzlərlə vampir dərnəyiylə və saysız insanla görüşərək etdiyi araşdırması nəticəsində əldə etdiyi məlumatlar dünyanın irəli gələn təhsil təşkilatları tərəfindən ciddi ödənişlər edilərək satın alınacaq qədər çaşdırıcı idi.
Guileyin araşdırmasında tez-tez işlətdiyi terminə, ''vampir reallığına görə vampirlər insanlar tərəfindən, qarşılarında görmək istədikləri, ya da əsla tanış olmaq istəmədikləri varlıqlara görə yaradılmışdır. Orta çağ kəndlilərinə görə, qəsəbələrinə ölüm və epidemik xəstəlik gətirən varlıqlar, Victoria dövründəki İngilislərə görə qorxu verici və iyrəndirici əcaiblər, ən nəhayət bizə görə də film və kitab sənayesinin beynimizdə yaratdığı varlıqlar.
Gəlin Guileyin araşdırmasının ''vampir reallığı'' haqqındakı ön sözünü oxuyaq;
"Vampir gerçəyinə xoş gəldiniz, elə bir gerçək ki orada vampirlər var və yaşayırlar; bu bir düşüncə sahəsi və alternativ bir reallıqdır, elə bir reallıq ki, gündəlik həyatın içinə tamamilə nüfuz etmiş vəziyyətdədir. Zamanınızı təkrarlanan işlərlə məşğul olaraq keçirirsiniz, yəni yemək, içmək və rahatlamaq kimi və qonşu evdə, yandakı mənzildə, ya da evdə və ya yaxın bir qəsəbədə və ya şəhərdə çox fərqli bir həyat davam etdirən biri ola bilər; bu həyat gizli bir həyatdır, çünki bir Vampir Reallığıdır. Kimlər bu reallığın içindədirlər? Əvvəlcə onlar vampir olaraq yaşayırlar; tamamilə gerçəkdirlər. Sizin kimi ətdən və sümükdən meydana gəlmişlər, amma ölümsüzdürlər, bəziləri ölümdən geri dönmüş, ruhları vampir, bəziləri fantastik, bəziləri isə... Aralarında qruplaşırlar; qurbanları var; vampir ovçuları və araşdırmaçıları var. Vampir reallığı bir kaleydoskop kimidir; çoxüzlüdür, təməldə sabit qalmaq şərtiylə rəngini, şəklini davamlı dəyişdirər. Baxan adam davamlı dəyişən naxışlar görər; bu bəlkə sıravi bir həyat üçün də etibarlı ola bilər, biz hər nə qədər kollektiv və təyin olunmuş bir kainatda yaşayırıqsa da, hər birimiz ürəyimizin dərinliklərində bir tutam gerçək və inanc daşıyırıq, bu bizim fərdi kainatımızdır, görünüşlərin fərdlərə görə növlərə ayırılan perspektivləridir. Hər fərd nəticədə gördüyü gerçəyə görə yaşayar. Vampir Reallığına girərkən əvvəlcə onların bənzərsiz perspektivini görərik; bax bu, onların öz gerçəyidir. Vampir Reallığı bir başqasının Vampir Reallığından fərqlidir; burada doğru və ya səhv yoxdur, yalnız fərqlilik vardır. Bəziləri bütün zamanlarını Vampir Reallığını yaşayaraq keçirərlər, bəziləri yuxularında, fantaziyalarında, o sahədə gəzişərlər və bilinməyənlə gözlənilməz bir anda görüşərlər. Vampir Reallığını ziyarət etmək mütləqdir. İndi oraya gedirik və onların həyatlarından faktlar görəsiyəz. Vampirler, vampir qurbanları, ovçular, araşdırmaçılar və xəyalçılar, baxın, ordadırlar..."
Guileyin vampirləri ''Bram Stoker''ın ''Drakula'' sına, ya da ''Ana Rice'' nin ''Lestat'' ına görə bir az daha məqbuldurlar. Heç biri ölümsüz olduqlarını və ya gecələri qanadlanıb uça bildiklərini iddia etmir. Yalnız bu yeni həyat formasının yaşlanmağı yavaşlatdığını və sıx bir həssaslıq gətirdiyini söyləyirlər.
Araşdırmada bir də həqiqətən vampir olduğunu iddia edən biriylə edilmiş bir reportaj var. Adamın ləqəbi Kevin, 30 yaşlarında və ABŞ-ın şərq sahilində yaşayır;
''Mənim əhvalatım 8 yaşımda başladı, daha sonrakı dövrdə lisey yoldaşlarımın arasında fövqəltəbii mövzularla maraqlananlar vardı. Bir dənəsi Mike idi və vampir olduğunu söyləyirdi, üzü daim makiyajlı kimi idi. Lisa adlı bir qız yoldaşı vardı və Lisa mənimlə də seksual əlaqəyə girmişdi, amma Mike bunu vecinə almırdı. Lisa onunla sevişdiyində ətraflarında işıqların meydana gəldiyini söyləyirdi, amma mənimləykən belə olmurdu. Sonra Mike mənə yaxınlaşmağa başladı, cinsi deyildi, amma onun gücünə heyrətlənirdim; çox qüvvətli idi və məni tək əliylə dəqiqələrlə havada tuta bilirdi. Amma onunla hər birlikdə olduqdan sonra, özümü çox gücsüz hiss edirdim və bir səhər oyandığımda Mikeni başımın üstündə gördüm. Qəribə bir şəkildə gülümsəyərək mənə dünən gecə qanla bəslənməyə getdiyini izah etdi, qısqanmışdım, mən də bunu etmək istədim. Birdən gözləri dəyişdi, parlaq yaşıla çevrilirdi; bunu heç unuda bilmirəm, 'gözlərin' deyə qışqırdım və o gülməyə başladı, sonra məni dişləməsinə icazə verdim. O gündən sonra məni istiqamətləndirməyə başladı. Lisada aramızda idi, üçümüz bir yerdə yaşamağa başladıq, gecələri görüşür, bəzən bir-birimizin qanını əmir, bəzən də xəstəxanalardan oğurladığımız insan qanlarını və kiçik heyvanların qanlarını içirdik. Onlar olmayanda, kimsəni istəmirdim, gün işığından nifrət edirdim, evim daim loş və səssiz idi. Bir gün, evdən çıxdım və getməyə başladım, tam üç gün heç dayanmadan getdim. Bir daha da nə Mikeni, nə də Lisanı gördüm. İndi burada yaşayıram. Bəzən özümü itirirəm, kimsə duyğularımı anlaya bilməz, xarici dünya məni heç maraqlandırmır; mənə qalan mirasla bu evi aldım, başqa bir mövzuda pulla heç işim yox. Yalnız qanla bəslənmək mənə çatır. Necəmi? Bu bir sirrdir. Təklik bir problemdir, amma qan sayəsində bunu dəf edə bilirəm. Bu uzun illərdir belə sürür, çünki Mikeni idealizə edirəm, amma mənim şəxsiyyətim ondan daha zəifdir, bəzən onun kimi başqalarının diqqətini çəkmək istəyirəm, amma tam o anda buna niyə cəhd etdiyimi anlaya bilmir və imtina edirəm. Bəli, əslində mən Mikeyə bənzəmirəm, əminəm o bir vampirdi, amma fərqli təcrübələri vardı və o daha müvəffəqiyyətli idi. İndi məqsədim digər vampirləri tapmaqdır, bu uzun vaxt alacaq bilirəm, amma vaxtım çoxdur. Qorxduğum tək şey var; AİDS. Bizim üçün ən təhlükəli şeydir, bu səbəblə qan təmin edərkən çox diqqətliyəm. Tək bir dostum var, mənim kimi, amma ona bir şey açıqlaya bilmirəm, bir az danışmağa çalışdım, amma anlamır və düşünürəm əsla nələr olduğunu bilməyəcək..."
Rosemary Ellen Guileyin həqiqətən var olan vampirlərinin yanında vampirliyin genlərdən gələn bir xəstəlik üzündən meydana gəlmiş ola biləcəyini iddia edənlər də var. Biokimyaçı, David Dolphin kimi… Dolphin, vampir əhvalatlarının tarix boyunca eritropoetik protoporfiria (Gunther's disease) adlı bir qan xəstəliyindən törəyən insanlar üzündən ortaya çıxmış ola biləcəyini düşünür. Otozomal dominant keçişli genetik bir xəstəlik olan eritropoetik protoporfiride həddindən artıq miqdarda ifraz edilən protoporfirin adlı maddə üzündən dəri və gözlər qırmızı bir hal alır, barmaq və burun qopub düşə bilir, üst dodaqda yuxarı doğru bir çəkilmə müşahidə edilir və ən əhəmiyyətlisi, günəş işığına məruz qaldıqlarında dərilərində ciddi ziyanlar meydana gəlir. Bu insanlar yalnız gecələri çölə çıxa bilir. Bu gün porfiri xəstəliyi, qan məhsullarının damardan xəstəyə verilməsi ilə müalicə edilir. Öz ziyanlı qırmızı qan hüceyrələrinin yerinə, çöldən sağlam insanların qanları verilir. Dolphin o dövrdə qanlarında bir cür pozuqluq olduğunu düşünən bu xəstələrin qan içərək yaxşılaşacaqlarını düşünmüş ola biləcəklərini ifadə edir.
Azərbaycan tarixində vampir əhvalatlarına az qala heç rast gəlinməz. Amma Osmanlı tarixində qeydlərə qədər keçmiş bir vampir əhvalatı var. Bolqarıstanın Türk rəhbərliyi altında olduğu dövrlərdə Tırnova qazisi olan Əhməd Şükrü Əfəndinin hökumət mərkəzinə göndərdiyi bir rəsmi yazıda, bir vampirizm hadisəsindən danışılmaqdadır. Ayrıca bu hadisə hicri 19 Rəbiulaxir 1249, miladi 1833 tarixli Təqvimi-Vekayi qəzetinin 68-ci sayında nəşr olunmuşdur və Təqvimi-Vekayinin dövlətin rəsmi qəzeti olması da hadisənin maraqlılığını qat-qat artırmaqdadır.
Tırnova qazisi Əhməd Şükrü Əfəndinin hökumət mərkəzinə göndərdiyi rəsmi yazı belədir:
''Tırnovada cadugər törədi, gün batdıqdan sonra evlərə müsəllət olmağa başladı. Zahirəyə dair un, yağ, bal kimi obyektləri bir-birinə qatar, gah bunların içlərinə torpaq qarışdırar, gah yüklüklərdə tapdığı yastıq, yorğan, döşəkcə və boxçaları didikləyər, açar, dağıdar. İnsanların üzərinə daş, torpaq, çanaq, çömlək atar. Heç kim bir şey görə bilməz.
Bir neçə kişi və qadının üzərinə də hücum edilmişdir. Bunlar çağırıldı, soruşuldu. "Üstümüzə sanki bir manda çökmüş sandıq" dedilər. Buna görə, iki məhəllə xalqı evlərini buraxıb başqa yana qaçdı. Qəsəbə xalqı, bunların cadugər, ya da vampir deyilən pis ruhların işi olduğunda ittifaq etdi. Bunun üzərinə İslimyə qəsəbəsində vampir ovçusu olaraq tanınan Nikola adındakı adam Tırnovaya gətirildi. 800 qəpiyə bazarlıq edildi. Bu adamın əlində şəkilli bir taxta vardı. Qəbiristanlığa gedər, taxtanı barmağı üzərində çevirərdi. Taxtadakı şəkil hansı məzara baxsa, vampirin o məzardakı pis ruh olduğu aydın olardı.
Böyük bir izdiham ilə qəbiristanlığa gedildi. Vampir ovçusu şəkilli taxtanı barmağında çevirməyə başladı. Şəkil, sağlamlıqlarında yeniçəri ocağının qanlı zorbalarından olan Tetikoğlu Əli Ələmdar ilə Apti Ələmdar deyilən iki sakinin məzarlarına qarşı dayandı. Məzarlar açıldı. Ölülərin cəsədləri yarım qat böyümüş, tükləri ilə dırnaqları üç, dörd barmaq uzanmışdı. Gözlərini qan bürümüşdü. Çox qorxunc idilər. Qəbiristanlıqdakı bütün izdiham bunu gördü. Bu adamlar sağlamlıqlarında hər cür fəsadı irtikab etmiş, ismətə, namusa, mala təcavüz etmiş, adam öldürmüşlər, ocaqları ləğv edildiyində də bir təhər yaşlarına hörmət olunaraq cəllada verilməmiş, əcəlləriylə ölmüşlər idi. Sağlamlıqlarında etdikləri çatmamış kimi, indi də xalqa/halqa pis ruh olaraq müsəllət olmuşdular.
Vampir ovçusu Nikolanın tərifinə görə bu kimi xəbis ruhları rədd etmək üçün cəsədlərin ürəyinə bir ağac paya çaxılar, daha sonra da ürəkləri qaynar su ilə qaynadılarmış. Əli və Apti Ələmdarların cəsədlərinə də eyni rəftar edildi, amma heç təsir etmədi. Cadugərçi Nikola, bu cəsədləri yandırmağın gərəkdiyini dedi. Bu xüsusda şərən icazə verilə biləcəyindən sənəd verildi və iki yeniçərinin məzardan çıxarılan cəsədləri yandırıldı. Bunun üzərinə çox şükür qəsəbəmiz cadugər şərindən xilas oldu.''
İstər Guileyin araşdırmasındakı kimi, tək yaşamağı sevən, vampirizmi özünə həyat tərzi etmiş olsunlar, İstər Dolphinin iddialarına görə ''Gunther's Disease '' xəstəliyinə tutulmuş. İstər Vlad Tepes kimi sərt qayalıqlardakı qalasında yaşayıb insanlara zülm etməyi adət əldə etmiş, istər də günümüz FRP oyunlarındakı kimi klanlara ayrılmış zadəgan və güclü bir irq olsun, vampirlər bir yerdə həmişə vardı və var olmağa da davam edəcəklər kimi görünür. | |
|