ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Parapsixologiya 1. Sun Jul 19, 2009 7:13 pm | |
| Parapsixologiya, şüur çərçivəsindən kənarındakı hadisələri araşdırmaqdadır. Çünki bu hadisələr, şüura aid deyil. Şüurun xaricində cərəyan etməkdədirlər. Şüurun xaricində cərəyan etdiyi üçün də bunların qanunlarını ağıl yolu ilə bilməyə və idrak etməyə imkan yoxdur. Parapsixoloq Professor Rhinenin dediyi kimi: "Yaddaşın və düşüncənin necə meydana gəldiyini açıqlaya bilməyən ağıl, şüurun kənarındakı hadisələri necə açıqlaya bilər? Şüurun sərhədləri aşılınca, naməlumlar dünyasına girilməkdə və ağıl pərdələnilməkdədir." Əslində ağıl da gerçək haqqında çox əskik məlumata malikdir. İnsan, kainat gerçəyini bütünlüyüylə qavrayacaq qüdrətdə deyil. Bu belə olunca, şüurun hüdudlarını aşmış kəslərin bizə xəbər verdikləri aləmlərin varlığını, ya da şüurun hüdudunun kənarında cərəyan edən hadisələrin həqiqətini inkar etmək, böyük bir məlumat səhvi olar. Parapsixologiya, rəsmi elmin bu həddən kənara addım atmaq yolunda bir az təcrübəsidir. Bu günə qədər metafizikaya arxasını çevirmiş olan elmi düşüncə, olanların təzyiqi altında parapsixik hadisələri də laboratoriyasına almaq məcburiyyətində qalmışdır. Parapsixologiyanın mövzusu içinə girən hadisələr ümumiyyətlə dörd qrupa ayrılmaqdadır: 1- Parapsixik hadisələr. 2- Parafizioloji hadisələr. 3- Parafizik hadisələr. 4- Spirit hadisələr.
1- Parapsixik hadisələr: Bunlara yeni deyimlə hisslərdən kənar təcrübə deyilməkdədir. Bu qrupa bu hadisələr girməkdədir: A) Telepatiya. B) Telesteziya. Telepatiya iki qisimə bölünməkdədir: a) Saf telepatiya: Düşüncə emisiyası etmək və zehindəki düşüncələri oxumaq üzrə ikiyə ayrılar. Bir düşüncəni başqasına zehnən nəql etmək, ya da başqasının ağılından keçəni bilmək kimi. b) Müxtəlif telepatiya, əşya vasitəsiylə edilən telepatiya təcrübələridir.
Parapsixik hadisələrin ikinci qrupuna, yəni telesteziyaya gəlincə, buna klervoyans, daxili duyğu da deyilməkdədir. İslam da mənəvi məlumat, yəni qədim İslam okult elmlərində buna kəşf deyilərdi. İslam dünyasında uzun illər metapsixik hadisələr üzərində çalışılmışdır. Şərq dünyasında sehr, cadu, ruh çağırma, telesteziya, telepatiya kimi hadisələr üzərində dərin məlumat və ixtisası olan kəslər hələ o zamanlarda yetişmişdi. Böyük mutəsəvvif Molla Məscid, paranormal hadisələrdən danışmışdır. Telesteziya, bu qisimlərə ayrılmaqdadır: a) Məkan içində telesteziya, kəşf, başqa bir yerdə cərəyan edən, ya da etmiş olan ya da edəcək bir hadisənin görülməsi. b) Psixometrik telesteziya, partnyorun əlinə verilən bir cisim vasitəsiylə bu cisimin sahibinin harada və kim olduğunu bilmək təcrübəsidir. c) Zaman içində telesteziya, bu da ya keçmişdə bir hadisənin olmuş olduğunu bilmək, ya da gələcəyə bağlı bir hadisəni əvvəldən bilməkdir.
2. Parafizioloji hadisələr: Parapsixologiyanın ikinci böyük qrupunu meydana gətirən parafizioloji hadisələr bədəndən çıxan axınlardır. Bunlar iki qismə bölünər. Bir qismi radyestezik hadisələrdir. İkinci qisimi, əldən, barmaqların ucundan maqnetik axınların gəlməsidir. Bu axınlar, sağlamlıq vermədə istifadə edilməkdədir. Parapsixologiya, bu kimi sağlamlıq vermələri telepatik təlqinlərə bağlamaqdadır.
3. Parafizik hadisələr: Üçüncü böyük qrup, öz içində ayrıca üç hissəyə ayrılmaqdadır: a) Telekineziya: Cisimləri əl dəydirmədən uzaqdan hərəkət etdirmək təcrübəsidir. Buna, psixokineziya da deyilməkdədir. ABŞ, Duke Universitetində Professor Rhinenin pərdələr ilə etdiyi təcrübələr, bu kimi hadisələrin varlığını statistik üsullarla isbat etmişdir. Spirit masa təcrübələrində masanın hərəkəti, ya da otaq içində cisimlərin yer dəyişdirməsi bir telekineziya hadisəsidir. b) Teleplastiya: Partnyorun, ya da medyumun bədənindən ektoplazmik bir cisimin çıxaraq şəkil alması hadisəsidir. Bir qisim araşdırıcılar, ektoplazmanın şəkil alışını, medyumun şüuraltı düşüncəsinə bağlamaqdadırlar. Bir qismi də, ruhların materiyalizasiyası sanmaqdadırlar. Yəni ruh, özünü medyumdan çıxan ektoplazma ilə maddələşdirərək görünməkdədir. Parapsixologiya, bu gün birinci görüşə, yəni medyumun şüuraltı təsəvvürünün ektoplazmaya şəkil verdiyi qənaətinə meyllidir. Lakin problem hələ işıqlanmış deyil. Həqiqətən medyumun bilmədiyi, tanımadığı ruhi bir varlığın teleplastik bir şəkildə materiyalizə olduğu da görülməkdədir. c) Fiziki xəbərlər: Bir kimsənin ölümü anında saatın dayanması, ya da şəkilin divardan düşməsi, bir stəkanın qırılması kimi hadisələrdir.
4. Spirit hadisələr: Bura qədər sıraladığımız hadisələr, əhəmiyyətli bir qismi elmi baxımdan var olduğu aydın olmaqda və təcrübə edilə bilməkdədir. Psixologiya, qədim elmi ənənənin təsiri altında bədəndən müstəqil ruhların varlığını hələ qəbul edə bilmir. Hadisələrin çoxunu, telepatiyaya, telekineziyaya və telesteziyaya bağlamaqdadır. Parapsixologiyada bu gün iki üsul suverendir. Bunların biri hal, o birisi xüsusiyyət üsuludur. Hal üsulu, hadisələri statistik rəqəmləriylə yazar və zəbt edər. Bir hadisəyə statistik sıxlığına görə düzgünlük dəyəri verər. Bu gün parapsixologiyanın daha çox bu istiqamətdə getdiyi görülməkdədir. Xüsusiyyət üsulu, statistika yolundan getmədən hadisələri xüsusiyyətlərinə görə qeyd və təsbit etməkdə, görüşlər yığmaqda, hadisələrin doğruluğunu ətraflıca araşdırmaqdadır. Hər iki üsul, bu gün parapsixologiya sahəsindəki məlumatımızı artırmaqda olması baxımından faydalıdır... | |
|