ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: ÖLÜM OTAĞI. Sun Jul 19, 2009 8:18 pm | |
| Ontario, Kanadadaki Amhurstberg qəsəbəsi; Detroit Çayı sahilində tikilmiş sevimli, sakit və köhnə bir qəsəbə. Böyük metropoliten bölgəsindən bir saatlıq avtomobil səfəriylə, sanki bir əvvəlki əsrdən izlər daşıyan bu qəsəbəyə çatılır. Ən yaxşı yoldaşlarımdan biri olan Patti Henson, Windsor Universitetində oxuyarkən ailəsi ilə birlikdə qalırdı. Ailəsi, ön qismində atasının ləl-cəvahirat dükanı üçün uyğun bir qisim də olan köhnə, ötən əsr sonunda inşa edilmiş bir ferma evi satın almışdı. Pattinin iki böyük çoban iti vardı və bu evə daşınılması, ən çox onları xoşbəxt etmişdi. İlk başlarda hadisə, bir narahatlıqdan ibarət idi. Arxa yataq otaqlarından biri həmişə soyuq idi. Qızdırıcılara nə qədər çox dilim əlavə olunsa da, otaq sümükləri donduracaq qədər soyuq idi. Sonra Patti, çoban itərinin o otağa heç girmədiklərini fərq etdi. Zorla it içəri soxulsalar mırıldanır, qulaqlarını geriyə yatırdır və icazə verilər verilməz otağı tərk edirdilər. Bir dəfə məni yeməyə dəvət etmişdilər və səbəb olduğunu söyləmədən o yataq otağına girib nələr hiss etdiyimi deməmi istədilər. Detroitdəki Wayne Universitetində bir psixik təcrübəyə qatılmışdım və bir baxıma "həssas" olaraq qəbul edilirdim. Qəbul etdim və otağa girər girməz, "tikan üstündə oturur" kimi oldum. İçim üşümüşdü və özümü çox kədərli hiss edirdim. Bunu Pattiyə izah etdim və ailədəki hər kəsin bu otaqdaykən eyni şeyi hiss etdiyini izah etdi mənə. Heç kim o otaqda yatmaq istəmirdi və əgər yatmaq məcburiyyətində qalsalar, qorxunc bir ölümlə əlaqədar kabuslar görürdülər. Dahası, yataq otağının qapısı heç cür bağlı qalmırdı. Arada bir, ətrafda kimsələr yoxkən və pəncərələr də bağlıykən yüksək bir səslə birdən açılırdı. Marağım yaxşıca artdığından, sabahısı gün yerli Tarix Dərnəyi ilə əlaqəyə keçdik və bunu öyrəndik O otaqda qısqanc bir ər arvadını bıçaqlayaraq vəhşicə öldürmüş və daha sonra öz biləklərini kəsib, intihar etmişdi. Təbii ki, itlərə hər kəs haqq verdi, madam girmək istəmirdilər, girməyəcəkdilər. O otaq artıq "killer" olaraq istifadə edilirdi. | |
|