Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 XƏBƏRÇİ YUXULAR HARADAN GƏLİR?

Go down 
AuthorMessage
ADMiN2
Admin
Admin



İsmarıc sayı : 15
Qeydiyyat tarixi : 2009-05-30

XƏBƏRÇİ YUXULAR HARADAN GƏLİR? Empty
PostSubject: XƏBƏRÇİ YUXULAR HARADAN GƏLİR?   XƏBƏRÇİ YUXULAR HARADAN GƏLİR? Icon_minitimeMon Jul 20, 2009 4:21 pm

Xərərçi yuxular mövzusu əhatəli bir mövzudur, çünki xəbərçi yuxuların işləyiş mexanizmi bir çox mövzunu içinə almaqdadır. Məsələni, "Xəbər haradan gəlir, nə üçün bizə çatır? Çatdıran kimdir, hansı vasitələri istifadə etməkdədir? Bu vasitələr harada mövcuddur?" kimi bəzi suallarla ələ almaq lazımdır.
Xəbərçi yuxunun geniş bir çevrə içərisində ələ alına bilməsi, başqalarına da köçürülə bilməsi baxımından bəzi varlıqların vəziyyəti digər varlıqlardan daha uyğundur. Bu baxımdan, hər kəsə bu xəbər getməz. Xəbərçi yuxular, ancaq bu xəbəri paylaya bilən, bu xəbəri yerli yerində istifadə edə bilən, daha doğrusu xəbərin özündəki məqsədə xidmət edə bilən varlıqlara intiqal edər.
Yaxşı, xəbərçi yuxular haradan gəlir? Xəbərçi yuxular, Rəhbər Varlıqlardan, sistemi idarə edən, sistemi icra edən varlıqlardan, sistemin özündən gəlir. Səbəb və Nəticə Qanununa uyğun olaraq zaman enerjisinin axışını idarə edə bilən deyil də; müşahidə edə bilən, zaman enerjisinin keçəcəyi yerdəki dəyişikliklərin nələr ola biləcəyinin ruyətinə sahib ola biləcək dərəcədə yüksək təkamül dərəcələrinə sahib ruhi varlıq, ya da varlıqlardan gəlir. Bu yuxular göndəriləcək olan xəbərin bütün zərurətlərini yerinə yetirə biləcək xüsusiyyətdə olan varlıqlara, planlar tərəfindən intiqal etdirilərlər. Bu xəbərin, yəni xəbərçi yuxunun meydana gələ bilməsi üçün müxbir vəziyyətində olan, yəni xəbəri alan, xəbəri bir yerdən bir yerə nəql edəcək olan insanın da bəzi xüsusiyyətlərinin olması lazımdır. Çünki xəbərçi yuxuların təməli, yuxuda reallaşan durugörü bacarığına söykər. Yuxunu görən adamın yuxuda açıq və seçik bir şəkildə özünə xəbər verilən hadisənin nə olduğu haqqında qəti bir məlumata sahib olması lazımdır. Daha açıq bir şəkildə söyləmək lazım olsa, yuxu görənin durugörü qabiliyyətinin olması və durugörü vasitəsiylə dəqiq bir şəkildə götürmüş olduğu xəbəri ən yaxşı tərzdə şərh edə bilməsi lazımdır. Bu, yuxu şərhçiliyi deyil, yuxunu simvolik halından çıxarıb konkretləşdirə bilmək məsələsidir. Yuxunun rəngləndirilməsi, formalandırılması, ona gözəl bir ssenari yazılması, yəni insanların anlaya biləcəyi şəkildə gözəl sözlərə tökülməsi lazımdır. Yuxunun mənasını gerçək bir şəkildə nəql edəcək sözlərin, imiclərin olması lazımdır. Bütün bunlar da yenə xəbərçi yuxunu nəql edəcək olan varlığa aid olan xüsuslardır. Deyək ki, siz yuxular görürsünüz. Görəsən bu gördüyünüz yuxuların otantik olub olmadığını necə anlayacaqsınız? Anlamamız hər vaxt mümkün deyil. Yəni siz bəzi yuxular görərsiniz, amma bu yuxular görəsən sizə nəql edilən bəzi xəbərlərdirmi? Yoxsa başqa qaynaqlardan gələn xəbərlərdirmi? Yuxular da varid olar. İnsan gündüz özünü oyanıq zənn edər, halbuki yuxudadır, bir yerlərə konsentrə olmuşdur, heç bir şeyin fərqində belə deyil. O sıralarda da bəzi təsirlər gəlir, amma bunların belə necə şərh olunacağı, bunların belə otantikliyi, yəni dümdüz oluşları, necə gəlmişsə elə oluşları bir az şübhəlidir. Yuxularımızda da bu, əksərən belə olar. Bir çox xəbərçi yuxu bəzi şeyləri xəbər verər, lakin alan adamın elə bir tutumu olmadığı üçün bunun şərhini doğru-dürüst edə bilməz. Gələn təsir yarım qalar, əskik qalar; tamamlanmamış bir məlumat tərzində çaşdırıcı və beləcə də güvən verməyən, güvən duyulmayan bir məlumat axışı tərzində reallaşar.
Xəbərçi təsirlər, əslində əvvəlcə varlığın şüur xaricinə gəlir. Sistem belə çalışar, bütün təsirlər əvvəlcə şüurun xaricindən alınar. Hansı olursa olsun hər cür təsiri, görünənin arxasındakı görünməyən təsirləri biz şüurumuzdan kənardan alarıq və bunları müəyyən bir zaman içərisində şüurumuza əks etdirərik.
Şüurumuza əks etdirməmizin müxtəlif üsulları vardır. Bunların bir qismi, səs tərzində, bir qisimi yuxu tərzində, bir qismi də toxunma və ya qoxu hiss etmə tərzində, yəni beş duyğunuq vasitəsi ilə əks olunarlar. Amma bəziləri, bu beş duyğu vasitəsi ilə əks olunmaz. Şüurdankənar hal ilə şüur arasında bir aralıq-keçid nöqtəsi, bir bant vardır. Yolda avtomobillə gedərkən görərsiniz, qətiliklə sollama edilməməsi lazım olan yerlərdə yolu ikiyə bölən bir bant vardır. Bax bunun kimi şüurdankənar halı ilə şüur arasında da bir bant vardır. Və şüur sahəmizin gücünün kafi olmaması səbəbiylə gələn təsirlərin bir qismini çəkib götürür, şərh verə bilməmə vəziyyəti ilə qarşılaşa bilərik. İnsanda bəzən belə vəziyyətlər olar. Yaxşı, bəs o təsirin hədəfini tapması, bir hədəfə çatması lazım deyilmi?!. Hədəfinə çata bilməsi üçün o, fəaliyyət halındadır. Bu fəaliyyət, şüurxarici üzərindəki o xətdə, yəni şüur kənarından şüura keçiş əsnasında bir ayağı orada, bir ayağı burada qaldığı vaxt, bunlar bizə yuxular tərzində intiqal etməyə başlarlar. Gördüyünüz kimi, yuxuların içərisinə Hislərdənkənar Qəbul (HQ) etmə mexanizmləri də qarışar. Yuxuların təməlində, əksərən, HQ Mexanizmi vardır.
Göndərilən təsirin nə qədərinin alındığı və nəyə bənzədilərək alındığı çox əhəmiyyətlidir. Şərhi olduqca çətin olan bu əməliyyatı bir cür söz oyununa bənzədə bilərik. Anlaşılması üçün nümunə verək; o ki televiziyada oynayırlar; bir tərəf bir atalar sözünü bəzi hərəkətlərlə, təriflərlə qarşı tərəfə nəql etməyə çalışır. Bax yuxular da, təxminən, buna bənzər. Kompleks bir simvol sistemi istifadə edilərək bir xəbərçi yuxu və ya hər hansı bir yuxu bir adama intiqal etdirilə bilər. Bəzən də əgər məsələ bilinən bir şeysə, o məlumat kompleks olmayan, tək bir simvolla da ifadə edilə bilər.
Yuxu sizin bədəninizdən də qaynaqlana bilər, bədən xaricimdən də qaynaqlana bilər. Bədənimizdən qaynaqlanan yuxular ümumiyyətlə sağlamlığımızla əlaqəli, öz iç potensialımızdakı eniş-yoxuşlarla əlaqəli olan "şüuraltı yuxular" dediyimiz yuxulardır. Amma arada bu xəbərçi yuxular da girər. Burada əhəmiyyətli olan nöqtə, bunu götürəcək olan insanın ruh halının necə bir nizam içərisində olduğudur. Kompleks quruluşda olan bir insanın xəbərçi yuxusu da kompleks olar. Yəni öz iç nizamı yerində olmayan, özünə gələ bilməmiş, özünün fərqində olmayan bir insanın verəcəyi xəbərdən heç bir şey çıxmaz çünki şərh edə bilməz. Şərhi, otantik bir şərh deyil. Etdiyi şərh, öz ehtiyacları istiqamətində, özünü təmin edəcək şəkildədir. Bu baxımdan hər yuxu səhih deyil. Xüsusilə İslam ezoterizmindəki "səhih, doğru yuxular", alınan məlumatın otantik bir şəkildə, heç bir şərhə tabe tutulmadan eynilə anlada bildiyi yuxulardır. Eynilə anlada bilmək demək, alınan təsirin özünün tam qarşılığı olan simvollara çevrilməsi deməkdir. Bu simvol söz də ola bilər, yuxuda birini görmək də ola bilər. Amma verilmək istənən məlumata tam mənasıyla uyğun gəlməlidir. Yəni bir cilalayıcının etmiş olduğu iki ayrı parçanın bir-birini tam mənasıyla əhatəsi, aralarından işıq belə sızmaması kimi bir vəziyyət söz mövzusu olmalıdır. Gerçək, səhih
yuxularda, alınan təsirlə hasil olan təsir, girən təsirlə çıxan təsir bir-birinin bərabəridir. Məsələn, kompüter sistemində bir girən məlumat vardır, bir də çıxan məlumat vardır. Bunlar tam mənası ilə bir-birinin bənzəridir, bərabəridir. Yalnız şəkil dəyişdirmişdir, amma eyni şeyi ifadə edərlər. Yuxular mövzusunda da tərsinə hərəkət etsəniz yuxu meydana gəlir, bu tərəfə hərəkət etsəniz şərh meydana gəlir.
Bir də, "Bir xəbərçi yuxu görsəniz aman bunu əsla başqasına söyləməyin, yuxunun tilsimi qaçar," tərzində bir səhv inanc vardır. Bu, bir baxıma bunu izah etmək istər:
İzah etdiyiniz zaman qarşınızdakı insanlar səhv şərhlər edərlər. Halbuki sizin ilk hissiyyatınız, ilk vicdani şərhiniz sizin üçün ən doğru olandır. Başqalarının şərhinə girdiyiniz vaxt, onların şərhlərinin təsiri altında qalmanız mümkündür. Bu vəziyyət isə səhv hərəkətlərə, səhv davranışlara səbəb ola bilər. Bu baxımdan da, "Çox izah etməyin," deyərlər amma yenə də bunları izah etməkdə, yazmaqda çox fayda vardır.
Bizim tövsiyəmiz; əgər belə xəbərçi yuxular görürsünüzsə, lütfən kiçik bir gündəliyə bu yuxularınızı tarixləriylə birlikdə, heç qaçırmadan olduğu kimi yazın və zaman keçdikcə bunları təkrar-təkrar oxuyaraq tədqiq edin. Baxın, həyatınızda o xəbərçi yuxulara uyğun gələn nə kimi vəziyyətlər hasil olur. Bu, səbirli və gözəl bir psixik yuxu işidir.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
XƏBƏRÇİ YUXULAR HARADAN GƏLİR?
Back to top 
Page 1 of 1

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsikologiya & psixizm :: Yuxular-
Jump to: