Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Kainat baxımından keçmiÅŸ vÉ™ gÉ™lÉ™cÉ™k.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Kainat baxımından keçmiş və gələcək. Empty
PostSubject: Kainat baxımından keçmiÅŸ vÉ™ gÉ™lÉ™cÉ™k.   Kainat baxımından keçmiÅŸ vÉ™ gÉ™lÉ™cÉ™k. Icon_minitimeWed Jul 22, 2009 3:54 pm

Qara dəlik, yalnız kosmosun həndəsi ölçılərini pozmaqla qalmır, zamanın axışında da sapmalara səbəb olur. Son hesablamalardan aydın olduğuna görə, kosmos və zamanın kompleks quruluşu da qara dəliyin ''hadisə üfüqü'' (daxili təsir həddi) içərisində toqquşmaqdadır. Məkan və zaman çərçivəsi bu nöqtədə bükülüb pozulmaqdadır.
Qara dəliyin əzici cazibə qüvvəsini aşaraq dəliyin digər tərəfinə keçmək mümkün görünməsə də, elm adamları, Eynşteynin tənliklərindən faydalanaraq, başqa kainatları riyazi olaraq hesablamaqdadırlar. Ümumi müşahidə qaydası, başqa kainatların mövcudluğunun mümkün olduğunu ifadə etməklə kifayətlənər. Halbuki fizikanın digər bəzi budaqları, bunların mövcudluğunun mütləq olduğunu irəli sürməkdədir.
Fizikanın digər böyük budağını meydana gətirən kvant qaydası, maddənin ən kiçik komponentlərini və bunların davranışlarını araşdırır. Kvant olduqca kompleks bir qaydadır; amma paralel kainatlarla əlaqəsi ortaya atıla bilər. Gündəlik həyatımızı davam etdirərkən hər qərar alışımızda çox kiçik bir səviyyədə də olsa, kainatın gələcəyinə təsir etməkdəyik. Hər qərar bir yol ayrıcında edilən seçimə bənzər, bütün bir mümkün gələcəklər silsiləsini bir kənara buraxar. Seçilməyən yolun varlığına davam etməsi, bir mənada onun da eyni ölçüdə ''gerçək'' olması mümkündürmü? Bu yol, öz kainatımızdakı seçmiş olduğumuz yoldan fərqli bir gələcəyə sahib olaraq, başqa bir kainata açıla bilərmi? Hər qərar alışımızda bir yol daha olmaqda və mümkün bir kainat bizim kainatımızdan bir ağacın ayrılan budağı kimi öz zaman mövhumunu yaradaraq ayrılmaqdadır. Bu anda da, bizimkiylə "yan-yana" bir çox kainat olmalıdır. Bunlardan, dördüncü ölçüdə bizə ən "yaxın" olanları, çox fərqli deyil; yaxın keçmişdə alınan qərarlardan qaynaqlanmışlar. Daha köhnədən alınan qərarlarsa, bizimkindən gedərək fərqliləşmiş kainatların ayrılmasına gətirib çıxarmışlar.
Kainatı bir bütün olaraq araşdıran kosmoloqlar, bir müddətdir ki, paralel kainatlar ola biləcəyi düşüncəsini ciddi qəbul etməyə başlamışlar. Paralel kainatların təbiət qanunları bizim üçün tamamilə yad ola bilər. Hətta kimi paralel kainatların bizimkinə çox bənzəyən çəkiliş qanunlarını tələb edən eynşteyn-Rosen körpüləri belə, bu kainatları bizim kainatımıza bağlaya bilməz. Bizə qavraya bilməyəcəyimiz qədər yad qalmaqdadırlar. Elm hələ o kainatları müəyyənləşdirəcək səviyyədə deyil.
Müasir elmi görüşlər, paralel kainatların mümkün, hətta zəruri olduğunu ortaya qoymuşdur. Dördüncü ölçü anlayışı bunların ''harada'' ola biləcəyini ifadə etməkdədir. Einşteinin qara dəlik üzərinə işləri də paralel kainatların eynşteyn-Rosen körpüləriylə necə bir-birinə bağlana biləcəyini göstərməkdədir. Sonsuz həddə iki ölçülü kainatın vizual olaraq xəyal edilə bilməsi kimi, birdən çox üç ölçülü kainat da ola bilər. Bunların hər biri sonsuz böyüklükdədir, amma bir dördüncü, hətta beşinci ölçüdə bir-birlərindən ayrılarlar. Bizimkiylə birlikdə mövcud olan ayrı bir dünya anlayışı, kosmosda bir dördüncü ölçünü tələb etməkdədir. Amma üç ölçülü beynimizin belə bir anlayışı vizual olaraq xəyal etməsi qeyri-mümkündür. Elm adamları belə bir modeldən faydalanaraq, böyük ölçüdə deformasiyaya uğramış bir kosmos parçasıyla bir-birinə bağlanan paralel kainatları hazırlamaqdadır. Bəlkə də bu ola biləcək paralel kainatlar bir kitabın səhifələri kimi bir-birlərini şaquli bir bucaqda kəsərkən öz kainatımızın keçmiş və gələcəyinə aid zaman/kosmos səhifələri də bizim kosmosumuza üfüqi bir bucaqda silsilə ola bilərlər. Bəlkə də bu fərqli "zaman səhifələri" paralel kainatlarla birlikdə eyni istiqamətdə bir-biri içərisinə girmiş bir şəkildə 4-cü ölçüdə asılı dayanmaqdadır.
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Kainat baxımından keçmiş və gələcək.
Back to top 
Page 1 of 1
 Similar topics
-

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Parapsixologiya platformu :: Yazılar & sÉ™nÉ™dlÉ™r-
Jump to: