ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: 777-ci Konstitusiya Thu Jul 31, 2008 2:13 pm | |
| 777-ci Konstitusiya qaydaları və cəzaları. Üzvlərlə əlaqədar. 1. Forumumuzda dini və elmi yazılar yazıla bilər. Forumumuz hər hansı bir rəqəmsal TV, şifrə qırmaq, key vermə saytı deyil. Forumumuzda ədəbsiz yazılar yazmaq, ədəbsiz şəkillər vermək, ya da bunlara bənzər link vermək qəti qadağandır. Əksini edənlər, dərhal, uyğun görülən məhkəmədə mühakimə olunacaq. 2. Forum iştirakçıları yeni bir mövzu başlığı açmadan əvvəl o mövzunun forumda mövcud olub olmadığını nəzarət etməlilər. Bunun üçün forumun axtarış/arama xüsusiyyəti istifadə edilə bilər. Eyni adlı və ya eyni müzakirələri ehtiva edən mövzular açıla bilməz. Açıldığı təqdirdə forum səlahiyyətlisi tərəfindən İZAHAT VERİLMƏDƏN silinə bilər. 3. İdarəçilər hər yazılan mesajı görməyə bilərlər. İdarəçilərdən əvvəl əlverişsiz bir mesajla, linklə və ya vizual mövzuyla qarşılaşdığınızda, lütfən o hissədən məsul idarəçiləri məlumatlandırın. 4. Mesaj yazarkən böyük hərf istifadə etmək qışqırmaq mənasına gələcəyi üçün qətiyyən böyük hərf istifadə edərək yazmayın. Mövzu başlıqlarını mövzunun məzmununu ifadə edən şəkildə seçməniz lazımdır. Mövzu ilə əlaqəli olmayan başlıqlar silinə bilər. Buna edilən etirazlar nəzərə alınmaz. 5. Foruma yazılacaq mövzular əlaqədar mövzu başlıqları altına yazılmalıdır. Buna, xüsusilə, diqqət yetirmənizi xahiş edirik. Əks halda mövzu, səlahiyyətli(lər) tərəfindən aid olduğu başlığa daşına bilər. 6. Üzv olarkən əxlaqsız ad seçmək, imzalara siyasi məqsədli yazılar, reklam yerləşdirmək qadağandır. Şəkil olaraq qəti açıq-saçıq, ya da siyasətlə əlaqədar bir şəkil olmamalı və qəti bir partiyanın simvolu olan loqolar istifadə edilməməlidir. Əks halda, ilk dəfə etmiş olsanız belə, sizə qarşı uyğun görülən şəkildə iddia açıla və üzvlüyünüzə son verilə bilər. 7. Foruma uzun müddət girməyib hər hansı bir mövzuda mesaj yazmayanların üzvlükləri silinə bilər. Bunda etiraz haqqınız yoxdur. 8. İdarəçilər yazılan yazının mövzusuyla əlaqədar olmayan bir hissədə yazıldığına qərar versələr yazını uyğun hissəyə köçürər və ya silə bilərlər. Bu səbəblə etiraz növü yazıların da silinməsi və ya cavablandırılması idarəçi səlahiyyətindədir. 9. Eyni adam birdən çox rumuq və ya adla, fərqli adamlarmış kimi eyni mövzuda görüş ifadə edə bilməz. Forum rəhbərliyi tərəfindən təsbit edilməsi vəziyyətində, adam haqqında "777-ci Kriminal Məhkəməsi"ndə iddia açıla bilər. Yenə buna bağlı olaraq eyni adamın birdən çox e-mail ünvanı ilə müraciət edərək fərqli adlar ilə yazdığının təsbit edilməsi vəziyyətində "777-ci Kriminal Məhkəməsi"ndə iddia açıla bilər. 10. Bu board könüllü və həvəskar iştirak anlayışıyla fikir alış-verişi etmək, dostluq, qardaşlıq, dini və forum əhatəsinə aid olan söhbətlərin edilə biləcəyi bir məkan olması üçün qurulmuşdur. Məqsəddənkənar istifadə edilməməsi lazımdır və eyni zamanda qadağandır. Əks halda, üzv haqqında "777-ci Kriminal Məhkəməsi"ndə iddia açıla bilər. 11. Forumun işləyiş və qaydaları mövzusunda iştirakçıları məlumatlandırmaq forumun və ya moderatorların vəzifəsi deyil. İştirakçılar bu qaydaları oxuyub uymaq məcburiyyətindədirlər. Məhkəmə əsnasında üzv məlumatlanmadığını bəhanə olaraq söyləsə, bu bəhanə qəbul edilməyəcək, hətta İZAHAT VERİLMƏDƏN üzvlüyü ləğv edilə bilər. 12. Başda FENOMEN.FORUM777.COM olmaq üzrə, heç bir forum haqqında qaralayıcı, idarəçilərini hörmətdən salıcı, alçaldıcı sözlər istifadə edilə bilməz. Belə bir yanılmaya düşən üzvlər haqqında "777-ci Kriminal Məhkəməsi"ndə iddia açıla bilər! 13. Bu forumda hörmətsizliyə yer yoxdur. Başqa bir üzv üçün ağıza alınmayacaq sözlər, ya da, alçaldıcı cümlələr istifadə edən, ya da, forumun dincliyini hər cür pozmaq istəyən istifadəçilər haqqında dərhal 1-ci xəbərdarlıq verilər, eyni səhvi ikinci dəfə etdiyində, dərhal adam haqqında "Məhkəmə Salonu"nda, alçaldılan üzv(lər), və ya idarəçi(lər) tərəfindən iddia açıla bilər. 14. Dini qisimdə bilmək və öyrənmək istəyən üzvlərimiz üçün lazımlı hər şey mövcuddur. Ancaq forumumuzun bu xidmətindən sui-istifadə edilə bilməz və din hissəsində hər hansı bir dini qaralayıcı, alçaldıcı yazılar yazıla bilməz, yazılması da, son dərəcə uyğunsuz və qadağandır. Bir üzv orada bir sual soruşsa, məlumat sahibi qardaşlarımız, dərhal, köməyinə çata bilərlər, amma, qətiyyən açdığı mövzu haqqında üzvümüzün şəxsiyyətini və dini məlumatını onu təhqir edəcək şəkildə tənqid edə bilməzlər. Əks halda, təhqir edilən tərəf(lər), və ya idarəçi(lər) tərəfindən "Məhkəmə Salonu"nda iddia açıla bilər. 15. 777-ci Konstitusiyanı ağır şəkildə çeynəyən üzvün foruma yazı yazma hüququ silinə bilər. Bu əməliyyat xəbərdarlıq verilmədən də edilə bilər. 16. 777-ci Konstitusiya Admin tərəfindən hər vaxt dəyişdirə bilər və dəyişdikdən sonra dərhal etibarlıdır. "O zaman elə bir qayda yox idi"-deyə etiraz edilə bilməz. 17. Foruma üzv olan hər üzv, "777-ci Konstitusiya"nı tamamilə oxumuş və qəbul etmiş sayılacağından, sonradan "bilmirdim", ya da, "görmədim", kimi bir bəhanə qəbul edilməz. 18. 777-ci Konstitusiya, forum daxilində MÜQƏDDƏSDİR!!! | |
|