ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Üçüncü Ölçü. Wed Jul 22, 2009 4:19 pm | |
| Bir kağız parçasının səthində yaşayan iki ölçülü varlıqlar hazırlayaq. Bunlar, Edwin A.Abbottun tanınmış romanı "Flatland"dakı (yastı ölkə) iki ölçülü kainatın sakinlərinə bənzəyəcək. Yastı ölkəlilər yalnız iki ölçülü, sağdan sola və öndən arxaya doğru olan uzanımları bililər. Hərəkətləri də kağızın səthində edilə biləcək hərəkətlərlə məhduddur. Görmə qəbulu üçün də eyni məhdudluq söz mövzusudur. Yastı ölkəlilər üçüncü ölçü (aşağıdan yuxarıya)haqqında heç bir şey bilməzlər, hətta bunu düşünə bilməzlər belə. Bir yastı ölkəli, özündən sağdan sola və öndən arxaya uzanımlara düz bucaq təşkil edəcək bir xətt çəkməsi istəndiyində, kağızın səthində olmayan belə bir yönün istiqamətini bilməyəcək. Əgər üzərində yaşadıqları kağız sonsuz böyüklükdədirsə, Yastı ölkəlilər də təbii olaraq, öz iki ölçülü kainatlarının mövcud olan hər şeyi əhatə etdiyini düşünəcəklər. Bu kainatın altında və üstündə, üçüncü ölçüdə də bizim üç ölçülü kosmosumuz olduğunu düşünə bilməzlər. Halbuki biz, üç ölçülü baxış tərzimizlə, Yasstı ölkə kainatının, həqiqətin ancaq kiçik bir parçasını meydana gətirdiyini görə bilərik. İki ölçülü bir kainatdan daha çoxunun da var olduğu bizim üçün bilinən bir şeydir. Bir-birinə paralel olan və bir-birindən tamamilə xəbərsiz olaraq iki ayrı yastı ölkə kainatı var ola bilər. Əslində, eynilə bir kitabın səhifələri kimi, hər hansı bir həddə, üst-üstə yığılmış Yastı ölkə kainatı ola bilər. Bu bənzətməyi davam etdirərək, hər biri sonsuz böyüklükdə, amma dördüncü ölçüdə bir-birindən ayrılmış olaraq mövcud olan birdən çox üçölçülü kainatın ola biləcəyini söyləmək də mümkündür. Bir Yastı ölkəlinin üçüncü ölçünü anlaya bilməməsi kimi, insan ağlı da belə bir şeyi hissi olaraq, bilavasitə qavraya bilməz; amma bu ehtimalın irəli sürülməsini təmin edən nəticə də inandırıcıdır. Dördüncü bir ölçünün(hətta bir beşincinin, altıncının və daha çoxunun) var olduğundan şübhə etmək üçün heç bir məntiqi səbəb yoxdur. Bu vəziyyətdə, dördüncü ölçüdə paralel kainatların ola biləcəyini də qəbul etmək lazımdır. Ancaq, hər nə qədər paralel kainatların mövcudluğu mümkünsə də, əgər bunlarla əlaqə qurulmaz, ya da haqqlarında heç bir məlumat əldə edilməzsə, bu düşüncə fəlsəfi bir anlayış olaraq qalmaq məcburiyyətindədir. Amma Eynşteynin ümumi müşahidə qaydası, paralel kainatları bir-birinə bağlayan ''körpülərin'' ola biləcəyini irəli sürməkdədir. Ümumi müşahidə, kompleks bir qaydadır. Cazibə gücünü, kosmosu və zamanı ehtiva edər və bunların iç-içə keçmiş olduğunu göstərər. Bu qaydaya görə, bir cazibə sahəsi, kosmosda bir qıvrılma yaradır.(Einşteinin ümumi müşahidə qaydasına görə, kütləsi olan hər cisim məkan-zaman əyilməsinə səbəb olar. )Üç ölçülü kosmos, dördüncü ölçüyə doğru qıvrılar. Yastı ölkə bənzətməsi, bu yanaşmaya da açıqlıq gətirə bilməkdədir. Cazibə gücünü ələ almaq üçün, Yasstı ölkəni meydana gətirən kağız təbəqəsinin yerinə, gərilə bilən və forma dəyişdirə bilən çox incə bir rezin təbəqəsini keçirə bilərik(Bu rezin təbəqə iki ölçülü bir zaman-məkan çərçivəsini təmsil edər). Eynşteyn, cazibə qüvvəsinə sahib və ağırlığı olan bir obyektin olduğu bir yerdə, bu təbəqənin büzüləcəyini və aşağıya, yəni üçüncü ölçüyə doğru gərilə biləcəyini irəli sürməkdədir. Belə bir vəziyyətdə rezin təbəqə çuxurlaşaraq qıvrılar, amma bu əyrilik və onu yaradan kütlə, Yastı ölkəylə tamamilə bağlarını qoparmaz, yenə Yastı ölkənin ölçü çərçivəsinə bağlıdır. Buna görə də, Yastı ölkəlilər bu əyilmədən aşağıya enə bilərlər. | |
|