Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
HomeHome  Latest imagesLatest images  RegisterRegister  Log inLog in  

 

 Ölüb dirilən gəncin anlatdıqları.

Go down 
AuthorMessage
ADMiN
Admin
Admin
ADMiN


Cinsiyyəti : Male İsmarıc sayı : 217
Şəhər/Ölkə : Bakı/Azərbaycan
İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram.
Ovqat : 99,9999......% yaxşı.
Qeydiyyat tarixi : 2008-07-31

Ölüb dirilən gəncin anlatdıqları. Empty
PostSubject: Ölüb dirilən gəncin anlatdıqları.   Ölüb dirilən gəncin anlatdıqları. Icon_minitimeFri Jul 24, 2009 4:27 pm

Ölümlə çarpışanların izah etdikləri isə hər vaxt marağa səbəb olur. Bıçaqlı bir hücumda ağır yaralanan 22 yaşındakı gəncin ürəyi tam beş dəfə dayanmış.

22 yaşındakı gənc ölüb dirilənlərdəndir. Əməliyyatda ürəyi beş dəfə dayanmış, ölüb-ölüb dirilmişdir. Bunları izah edir:
"Səhrada gedirmiş kimi hiss etdim. Ucsuz-bucaqsız dümağ bir yer idi. Səhraya qar yağmış kimi idi. Bir şey görmək, bir səs eşitmək istədim. Yox idi."

Tam beş dəfə ölüb-dirildi

Bıçaqlı bir hücumda ağır yaralanan 22 yaşındakı gənc əməliyyatda keçirdiyi anları izah etdi: Bilinməzliyin ortasında gedirdim, ağ bir qar səhranı bürümüşdü.

İnsan oğlu üçün ən böyük sirlərdən biri də ölümdür. Tarix boyunca ölülər üçün təşkil edilən mərasimlərin hər cəmiyyət üçün fərqli mənaları oldu. Keçmişdə və indiki vaxtda ölümdən sonra nələr yaşandığı mövzusunda bir-birindən fərqli şərhlər edilir. Kimilərinə görə bu bir qurtuluş idi və ölən adam son səfərinə coşğu ilə yola salılmalı idi.

Tək tanrılı dinlərdə isə ölüm yalnız maddi dünyanın sonu idi. Bədəndən ayrılan ruhun Tanrıya çatana qədər keçirəcəyi bir macəra vardı. Materiyalist görüşə görə isə ölüm, enerjinin bitməsiylə gələn mütləq bir son idi. Ancaq necə düşünülürsə düşünülsün, o biri dünyayla əlaqədar ən kiçik bir işarə belə insanların həyəcanlanmasına kifayətdir. Keçirdikləri xəstəliklər, əməliyyatlar, ya da qəzalar əsnasında klinik olaraq bir müddət ölü qəbul edilənlərin tibbi müdaxilələrlə həyata döndürüldükləri qısa müddət içində yaşadıqları parapsixologiyada "ölümə yaxın təcrübələr" olaraq adlandırılır.

ARTIQ ÜRƏYİ DAYANMIŞDI


Ölüm-dirilənlərin izah etdikləri isə hər zaman maraq mövzusu olur. Bu təcrübəni yaşayanların izahatlarında ortaq xüsusiyyət ağ bir işıq görmələri və daha əvvəl yaşamadıqları bir rahatlama duyğusu hiss etmələri. Parapsixoloqlara görə bu qısa müddət içində insanlar o biri dünya ilə qarşılaşır və ölümü təcrübə edirlər. 22 yaşındakı gəncin yaşadıqları da, "ölümə yaxın təcrübə"lərdən birisidir… İşçi gənc, 5 Aprel günü evinin qarşısında heç tanımadığı dörd adamın bıçaqlı hücumuna uğradı. Kürəyindən və ürəyindən aldığı bıçaq zərbələriylə ağır yaralanan gənc, xəstəxanaya aparıldı. Xəstəxanaya getdiklərində ürəyi dayanmışdı. Həkimlərin müdaxiləsiylə ürəyi yenidən atmağa başladı. Bu həyata ilk dönüşü idi. Gəncin ürəyi əməliyyat əsnasında da dörd dəfə daha dayandı. Hər səfərində müdaxilələrlə, həyata yenidən yapışdı. Gəncin müalicəsi hələ davam edir. Beş dəfə ürəyi dayanan və buna qarşı həyatda qala bilən gəncin izah etdikləri xeyli maraqlı:

QAR YAĞMIŞ BİR SƏHRA


"Yaşadıqlarıma bir məna verə bilmirəm. O gün evimin qarşısında gözləyirdim. Tanımadığım dörd adam yanıma gəldi. Nə olduğunu belə anlamadan məni kürəyimdən bıçakladılar. Mən əvvəl fərqinə vara bilmədim. Əlimə qan gəlincə məni bıçaklayanlara döndüm, o zaman ürəyimə bıçaq zərbəsi gəlmiş, ağciyərim də zərər görmüşdü. Həkimlərin izah etdiyinə görə, bıçaq zərbələri çox riskli olan ürək bölgəsinə gəldiyi üçün xilas olma şansım yüzdə bir-ikiymiş. Dörd saat davam edən əməliyyatım boyunca da onsuz da beş dəfə ürəyim dayanmış, həkimlər məni həyata döndürmüşdür. Gənc adam o anı belə dilə gətirir:

Əməliyyatdaykən, səhrada tək başına gedirmişəm kimi hiss etdim. Ucu-bucağı görünməyən bir yer. Sonu yox, başlanğıcı yox. Bir bilinməzliyin tam ortasındayam. Sanki səhraya qar yağmış kimi idi. Dümağ bir yerdə gəzirdim və heç kim yox idi. Bir cisim görmək istədim, bir səs eşitmək istədim, heç bir şey görə bilmədən, eşidə bilmədən bilinməzliyin içində qaldım. Onsuz da bir şey düşünə bilmirsiniz.

Tam bir şeylər düşünəcəkdim ağrı hiss etdim. Sonra incə bir səs ‘həyata döndü, ürəyi döyünməyə başladı' dedi. Əməliyyat otağındakı səsləri eşitməyə başladım. Sonra gözümü açdım, bir çox işığın altındayam, ətrafımda qaçışanlar var. Kimi mənə dərman verir, kimi də mənim üçün bir şeylər daşıyırdı. Sonra yenə özümü itirmişəm. Gözümü reanimasiyada açdım. Doktor mənə ‘xilas oldun' dedilər…."
Back to top Go down
https://fenomen.azerbaijaniforum.com
 
Ölüb dirilən gəncin anlatdıqları.
Back to top 
Page 1 of 1
 Similar topics
-
» Telepatiya Tap??r?qlar? #1
» Telepatiya Tap??r?qlar? #2

Permissions in this forum:You cannot reply to topics in this forum
 :: Relax :: Maraqlı hadisələr, xəbərlər-
Jump to: