ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Torpaqlanma Nədir? Thu Jul 30, 2009 6:05 pm | |
| Doğum əsnasında və doğumdan sonra şüur olaraq bədənə fokuslanan ruh varlığı kök çakrasını açaraq dünyanın enerjiləriylə əlaqə qurar. Bu müddətdə kök çakrasını açmaq və dünyayla əlaqə qurmaq üçün böyük bir səy göstərilər. Bu əlaqə onun bədəndə qalması və yaşamağı seçməsi üçün lazımlıdır. Bədən enerjiləriylə dünya enerjilərinin əlaqə qurmasına torpaqlanma deyilir. Yetkin fərdlərin də kök çakraları vasitəsilə, dünya enerjiləriylə olan əlaqələrinin güclü olması həm fiziki, həm də enerji sahəsinin sağlamlığı üçün lazımlıdır. Xüsusilə enerji çalışması edəcək olan insanların torpaqlanma dediyimiz məşqlə bu əlaqəni gücləndirmələri və özlərini dünya enerjilərinə çapalamaları işlərini çox asanlaşdırar. Çapalanılan bədən, torpağın dərinliklərinə kök salmış sağlam bir ağac kimi dimdik ayaqda olduğunu hiss edər. Yer kürəsi enerjiləriylə bəslənər və güclənər. Aurasının titrəşmələri də artar. Biyo-Elektro-Manyetik İnstitutunun (Reno, Nevadada) qurucusu olan Dr. John Zimmermana görə, şəfaçıların torpaqlanma dedikləri şey, yer üzünün maqnetik sahəsi ilə həm tezlik, həm də faza baxımından əlaqə qurma hərəkətidir. Zimmerman şəfaçıların, şəfavermə əsnasında Schmann dalğaları ilə əlaqə qurduqlarını, beyinlərinin sağ və sol yarımkürələrinin bir-biriylə balanslı hala gəldiyini və beyin dalğalarının 7,8 - 8 Hz-lik alfa ritmi göstərdiklərini kəşf etmişdir. Şəfaçı xəstəyə enerji köçürməyə başladığında xəstənin beyin dalğaları da alfa ritminə keçməkdədir. Əslində şəfaçı, xəstəni yer üzünün maqnetik sahəsinin detonasiyası ilə bağlamaqda və beləcə şəfa üçün böyük bir enerji qaynağını da istifadə etməkdədir. Torpaqlanma məşqi hər yerdə; iş yerində, təyyarədə, hətta avtobusda belə rahatlıqla edilə bilər. Ən çox bir neçə dəqiqə, hətta saniyələr içində etmək mümkündür. Beləcə, bədən enerjisi dünyanın enerjisinə güclü və dərin bir şəkildə təkrar bağlanıb çapalanır. Torpaqlanma məşqi də imajinasiya işiylə edilər. İmajinasiya bir düşüncəni, bir xəyali zehində canlandırmaqdır. Olmasını istədiyimiz şeyi ehtiraslı bir istəklə, sanki həqiqətən də o şey olurmuş kimi hiss edərək xəyal etməkdir. Bütün enerjilər düşüncəni izlər. Fərqindəliklə imicinə etdiyimiz hər düşüncə və imajinasiya da enerjini istiqamətləndirər. Bilavasitə torpaqla təmas etmək, torpaqla məşğul olmaq da torpaqlanmağı təmin edər. Torpaqlanma üçün yalın ayaq torpaqda getmək, torpaqla məşğul olmaq, əlləri torpağa toxundurmaq, çöl sahələrində və ya parklarda oturmaq və s. yaxşı bir yoldur. Torpaqla məşğul olan cütçülər, kəndlilər və s. çox yaxşı torpaqlanmış vəziyyətdədir. Yuxuda ruh və bədən əlaqəsi boşalar. Şüurumuz, fərqindəliyimiz bir azca passivləşmişdir. Bu səbəblə, əvvəlcə fərqindəliyi təkrar bədənə fokuslamaq lazımdır. Fərqindəliyi bədənə fokuslamaq üçün oyanar-oyanmaz yatağınızdan atılmayın. İşləyirsinzsə oyanış saatınızı hər zamankından bir az önə alın. Kürək üstə uzanıb ayaq barmaqlarınızı, ayaq biləklərinizi hərəkət etdirin. Qıç və baldır əzələlərinizi sıxıb buraxın. Qarın, gövdə, üz, qol əzələlərinizi sıxıb buraxın. Bu sıxıb boşalma tətbiqini edərkən şüurunuzun ayaq barmaqlarınızdan başlayıb bütün bədəninizə təkrar nüfuz etdiyini düşünün. Bu iş təxminən 4 dəqiqənizi alacaq. Ondan sonra qalxın. İstəsəniz başqa bir otağa keçin. | |
|