ADMiN Admin
Cinsiyyəti : İsmarıc sayı : 217 Şəhər/Ölkə : Bakı/Azərbaycan İşi/hobbisi : Parapsixologiya, astral səyahət, fenomenal qabiliyyətlər və kompüterlə maraqlanıram. Ovqat : 99,9999......% yaxşı. Qeydiyyat tarixi : 2008-07-31
| Subject: Torpaqlanma üçün İmicləmə Thu Jul 30, 2009 6:06 pm | |
| A. Onurğanız dik, ayaq dabanlarınız yerə basacaq şəkildə oturub gözlərinizi bağlayın. Hər iki əlinizi iç-içə tutun və baş barmaqlarınızı bir-birinə dəydirin. Burnunuzdan dərin bir nəfəs alarkən, yer kürəsi enerjilərinin ayaq dabanlarınızdan içəri girdiyini və göbək çuxurunuza qədər yüksəldiyini düşünün. Bu nəfəsi verərkən göbəyinizdəki enerjinin yuxarı doğru yüksəldiyini və təpə çakranızdan çıxdığını xəyal edin. (3 dəfə) İndi diqqətinizi səmaya yönəldin. Başınızın üstündə ağ bir işıq xəyal edin. Nəfəs alarkən, bu işığın təpə çakranızdan içəri girdiyini və göbək çuxurunuza qədər endiyini düşünün. Nəfəs verərkən, bu işığın qıçlarınızdan endiyini və ayaq dabanlarınızdan yer kürəsinə doğru axdığını düşünün. B. Qıçlarınızı yüngülcə açıb ayaqda durun və ya oturun və gözlərinizi bağlayın. Ağ bir işıq hüzməsinin, başınızın üstündəki təpə çakrasından girdiyini, gövdənizdən keçib iki qıç arasından və ayaq dabanlarından yer kürəsinin dərinliklərinə axdığını düşünün. Ağ işıq yer kürəsini deşib çıxsın və yüksəlib təpə çakranızdan təkrar girsin. Bu imicləməni inanaraq 4 və ya 5 dəfə təkrarlayın. Rahatladıcı bir yuxudan sonra torpaqlandığımızda, psixik qorunma üçün lazımlı olan digər imicləmələri etmək, o obrazları enerji ilə şarj edib gücləndirmək asanlaşar. Etdiyimiz işdən səmərə götürmə şansımız çox artar. | |
|